Axtarış

The search found 105715 results in 0.032 seconds.

Search results

  1. Fransa hakimiyyəti ASALA ilə işləyir?

    Fransa dünyada demokratiyanın beşiklərindən sayılır. Deməli, məntiqlə bu ölkədən daha çox ədalətli mövqe gözlənilməsi də təbiidir. Son illər bu möhtəşəm tarixi olan dövlətin başına gələnlərin davranışı və müdafiə etdikləri məsələlər Fransanın yeni tarixinə ləkə salır. Ancaq yaranmış şərait bu ölkənin nüfuzunun enməsini təsdiqləyir. Bir də Fransa dünyanı idarə etmək iddiasında olan 5 dövlətdən biridir. Odur ki, başqaları ondan haqq-ədalət məsələsində daha çox umur.

    Muxalifet2 - 28-10-2020

  2. Bərdə yenidən raket atəşinə tutuldu - AZI 14 NƏFƏR DİNC SAKİN ÖLDÜ, 40 YARALI VAR / VİDEO

    Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

    Muxalifet2 - 28-10-2020

  3. Ərdoğan Putinə: "Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz"

    “Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa gözümüz görməz”.

    Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    Muxalifet2 - 28-10-2020

  4. Goranboy və Tərtər rayonları atəşə tutulur

    Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14:40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutur.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 28-10-2020

  5. Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırdı

    Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb.

    Oxu.Az-ın məlumatına görə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyanın bununla bağlı müraciəti yayılıb.

    “Bütün Xankəndi və Şuşa sakinlərindən təhlükəsizlik naminə müvəqqəti olaraq şəhəri tərk etmələrini xahiş edirik”, - deyə məlumatda bildirilib.

    Muxalifet2 - 28-10-2020

  6. “Döyüş meydanında uduzan Ermənistan öz faşist simasını göstərməyə davam edir” - MARKOV

    “Döyüş meydanında uduzan Ermənistan öz faşist simasını göstərməyə davam edir. Həmsədr ölkələrin təşəbbüsü ilə əldə olunan hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini raketlərlə hədəfə alan Ermənistanın məqsədi həm üçüncü ölkələri münaqişəyə cəlb etmək, həm də Azərbaycan əhalisi arasında qorxu-təşviş yaratmaqdır”.
    Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

    Muxalifet2 - 28-10-2020

  7. ​“2000 PKK-YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür” - ƏRDOĞAN

    “Bizi ittiham edirlər ki, guya biz Suriyadan Qarabağa döyüşçü göndəririk. Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür”.
    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.
    O, bu məsələni dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırdığını qeyd edib.

    Muxalifet2 - 28-10-2020

  8. BƏRDƏDƏ ÖLƏNLƏRİN SAYI 21 NƏFƏRƏ ÇATDI - Azı 70 nəfər də yaralıdır / YENİLƏNİB

    Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.

    Muxalifet.az daxil olan açıqlamada deyilir:

    Muxalifet2 - 28-10-2020

  9. Qazaxıstan səfiri Bərdəyə hücumu pislədi

    Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Ermənistan ordusunun Bərdə şəhərinə hücumunu pisləyib.

    “Report” xəbər verir ki, bugünkü faciəli hadisələri şərh edən diplomat deyib:

    Muxalifet2 - 28-10-2020

  10. Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırdı

    Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

    H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək: “Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.

    Muxalifet2 - 28-10-2020

  11. Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi

    Ermənistan xüsusi təyinatlıların Zəngilan rayonu ərazisində diversiya cəhdinin qarşısı alınıb.

    "Report" xəbər verir ki, bütün qrup məhv edilib.

    Muxalifet2 - 28-10-2020

  12. Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır

    Ermənistanın Bərdə rayonuna raket atması nəticəsində mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Naziriyinin (FHN) bir əməkdaşı həlak olub, biri isə ağır yaralanıb

    Bu barərə "Report"a FHN-dən məlumat verilib.

    Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

    Muxalifet2 - 28-10-2020

  13. FRANSIZLAR VƏ RUSLAR... - Fransızlar demək olar ki, daim mənfur və rəzil rus çar imperiyasının siyasətinə züy tutublar

    Fransız mütəfəkkiri Şarl Lul Monteskyenin “İran məktubları” əsərini oxuyanda, yumşaq desək, bir qəribə fikirlə rasflaşanda diksindim. Məsələ belədi: Monteskye yazır ki, Fransada hər hansı bir şəxsin arvadının məşuqəsi olduğu məlum olanda heç kim təəccüb eləmir. Hətta hansı bir cavan ər arvadının bu hərəkətlərini biləndə, yəni arvadının məşuqəsi olduğunu öyrənəndə təəccüblənib və əsəbləşirsə, bunu eşidən bütün başqa kişilər ona gülürlər.

    Muxalifet2 - 28-10-2020

  14. AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI MİN NƏFƏRƏ ÇATDI - Son sutkada daha 11 nəfər öldü

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
     
    Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib.
     
    Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 405 nəfərdir.
     

    Muxalifet2 - 28-10-2020

  15. "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq" - PREZİDENT

    "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

    Muxalifet.az xəbər verir ki, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.

    Muxalifet2 - 28-10-2020

  16. DAHA 13 KƏND İŞĞALDAN AZAD EDİLDİ - Prezidentdən açıqlama

    Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

    Muxalifet.az xəbər verir ki, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.

    Muxalifet2 - 28-10-2020

  17. "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər" - RUSİYALI EKSPERT

    “Paşinyan rejimi tam əsasla faşist adına layiqdir. Cəbhədə müvafiq qaydada cavab verə bilməyən erməni hərbçiləri Azərbaycanın dinc əhalisinə alçaq zərbələr endirirlər”.

    Muxalifet2 - 28-10-2020

  18. Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

    Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

    Muxalifet2 - 28-10-2020

  19. “BAŞDA XANKƏNDİ OLMAQLA, HƏR YERƏ ZƏRBƏ ENDİRİLMƏLİDİR!” – “Paşinyan hərbi cinayətkardır”

    Düşmən tərəfindən Bərdə şəhərinin yenidən ballistik raketlərlə atəşə tutulması nəticəsində ölənlərin sayı 21-ə, çatıb, 70-dən artıq yaralı var. Həlak olanların sayının artacağı istisna olunmur. Cəmiyyətdə isə düşmənə adekvat zərbələr vurulması çağırışları artır.

    Muxalifet2 - 28-10-2020

  20. “DEDİM Kİ, ƏGƏR QIRMIZI XƏTT KEÇİLƏRSƏ...” – Ərdoğan Putinə xəbərdarlıq edib! / YENİLƏNİB, VİDEO

    “Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa gözümüz görməz”.

    Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    Muxalifet2 - 28-10-2020

Pages