Axtarış
The search found 105715 results in 0.031 seconds.
Search results
Azərbaycan Bərdəni atəşə tutan raket qurğularını məhv etdi - VİDEO
Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 28-10-2020
Ordumuz döyüş meydanından qaçan düşmən qüvvələrini məhv etdi - VİDEO
Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 28-10-2020
Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib
Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 28-10-2020
Bərdədə yaralanan şəxslərin durumu necədir? - VİDEO, FOTOLAR
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralanan şəxslərin xəstəxanada müalicəsi davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Xəstəxanaya daxil olan yaralıların hamısına tibbi yardım göstərilib.
Xəstəxananın direktoru "Report"un əməkdaşına bildirib ki, hazırda əməliyyatda olan xəstələr də var:
"Ağır xəstələrimiz reanimasiyada müalicə almaqda davam etdirilir. Digər xəstələr də hazırda palataya yerləşdirilib və müalicələri xəstəxanada davam etdiriləcək".
Muxalifet2 - 28-10-2020
DÖYÜŞLƏR ÜÇ İSTİQAMƏTDƏ GEDİR - Düşmənin canlı qüvvəsi və texnikası məhv edildi
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Muxalifet2 - 29-10-2020
Xeyli sayda itki verən düşmən geri çəkilib - RƏSMİ AÇIQLAMA
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.
Muxalifet2 - 29-10-2020
DÜŞMƏNİN YÜKSƏK RÜTBƏLİ ZABİTLƏRİ MƏHV EDİLDİ! - FOTO
Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.
Muxalifet2 - 29-10-2020
Düşmənin Qubdalı istiqamətində atıb qaçdığı hərbi texnika və silah-sursat - VİDEO
Müdafiə Nazirliyi düşmənin Qubadlı istiqamətində ötən günlərdə gedən döyüşlər zamanı atıb qaçdığı daha bir partiya silah-sursatın və hərbi texnikanın görüntülərini yayıb.
Muxalifet4 - 29-10-2020
DÜŞMƏN AZƏRBAYCAN ƏRAZİSİNDƏ NECƏ MƏSKUNLAŞDIRILDI... - Ermənilərin öz dillərindən etiraflar! / VİDEO
Muxalifet.az ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə bağlı Misra TV-nin araşdırmasını təqdim edir. Qeyd edək ki, həmin araşdırmada ermənilərin özləri ərazilərimizə necə köçürüldüklərini etiraf edirlər. Buyurun, izləyin.
Muxalifet4 - 29-10-2020
"KİŞİDİRLƏRSƏ, DÖYÜŞ MEYDANINDA ORTAYA ÇIXSINLAR" - Hikmət Hacıyev
“Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib”.
Bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Muxalifet4 - 29-10-2020
İran Azərbaycanla sərhədə HHM sistemləri yerləşdirir - General Musəvi
İranın Xatəmül-Ənbiya Hava Müdafiə Bazasının komandanı ölkənin şimal-qərbində yeni havadan müdafiə sistemlərinin yerləşdirildiyini bildirib.
Muxalifet4 - 29-10-2020
Türkiyə Suriyada PKK-ya qarşı əməliyyatlara başlaya bilər - ƏRDOĞANDAN XƏBƏRDARLIQ
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan oktyabrın 28-də Suriyanın şimalında yeni hərbi əməliyyata başlaya biləcəyini bəyan edib. Ərdoğan deyib ki, o bu addımı Suriy
Muxalifet4 - 29-10-2020
“Azərbaycanla sərhədə Rusiya sərhədçiləri yerləşdirilib” - PAŞİNYANDAN ETİRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə rusiyalı sərhədçilərin yerləşdirildiyini təsdiqləyib.
Paşinyan bu haqda İspaniyanın EFE agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində danışıb. Jurnalist ondan sosial mediada sərhədçilərin sərhəddəki görüntüləri haqda soruşub.
Muxalifet4 - 29-10-2020
Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsi haqda daha bir fakt - FOTO
Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsi ilə bağlı daha bir fakt aşkarlanıb.
Məşhur dağ xizəkçisi olmuş Arsen Harutyunyan hazırda Qarabağdakı döyüşlərdə iştirak edir. Qış Olimpiya Oyunlarının iştirakçısı olan və uzun illər ABŞ-da yaşayan Arsen Amerikada məşhur məşqçilərdən sayılır. O, peşəkar dağ xizəkçiləri yetişdirir.
Muxalifet4 - 29-10-2020
“Zəngəzur Ermənistana bağışlanarkən türk əhalinin fikri nəzərə alınmadı....” - QƏRBİ AZƏRBAYCANLILARDAN ƏLİYEV VƏ ƏRDOĞANA MÜRACİƏT
Qərbi Azərbaycandan olan bir sıra tanınmış şəxslər Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Muxalifet.az həmin müraciəti olduğu kimi dərc edir:
Bu, bizim - çar Rusiyasının 1828-ci ildə işğal etdiyi İrəvan xanlığının varisləri, hazırkı Ermənistan ərazisinin aborigen xalqı, İrəvan Türk Cümhuriyyətinin qurucuları və vətəndaşlarının dünya dövlətləri liderlərinə çağırışıdır.Muxalifet4 - 29-10-2020
Aslan İsmayılov ermənilərə öz dillərində müraciət etdi - 3 DİLDƏ HAZIRLANAN MÜRACİƏTİN TAM MƏTNİ
Tanınmış hüquqşünas Aslan İsmayılov erməni xalqına 3 dildə - Azərbaycan türkcəsi, erməni və rus dillərində müraciət ünvanlayıb. Muxalifet.az həmin müraciətləri olduğu kimi dərc edir:Muxalifet4 - 29-10-2020
Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edildi - VİDEO
Bərdə şəhərində dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet4 - 29-10-2020
ERMƏNİSTANIN İKİ SU-25 TƏYYARƏSİ MƏHV EDİLİB - Rəsmi açıqlama
Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Muxalifet4 - 29-10-2020
Ermənistan Göygölü raket atəşinə tutdu: meşədə yanğın başladı
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.
Muxalifet4 - 29-10-2020
Ermənistan ordusunda xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - CƏMİYYƏT TƏŞVİŞDƏ
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Muxalifet2 - 29-10-2020