Axtarış

The search found 105715 results in 0.055 seconds.

Search results

  1. Gürcüstanda səslərin 90%-dən çoxu hesablanıb, "Gürcü Arzusu" öndədir / YENİLƏNİR

    Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 532-də (91,81%) səslərin hesablanması prosesini başa çatdırıb.

    “Report”un yerli bürosu xəbər verir ki, nəticələrə görə, Gürcü Arzusu Partiyası 48,13% səs əldə edib.

    Səs çoxluğuna əsasən ikinci yeri 26,84%-lə Vahid Milli Hərəkat Partiyası tutur.

    Daha sonra Avropalı Gürcüstan Partiyası (3,79%), “Lelo” (3,21%), “Vətənpərvərlər Alyansı” (3,12%), “Aqmaşenebeli strategiyası” (3,15%), “Qirçi” (2,99%), “Vətəndaşlar – Eliko Elisaşvili” (1,36%) və Leyboristlər partiyası gəlir.

    ***

    Muxalifet2 - 1-11-2020

  2. CƏBHƏDƏ 4 İSTİQAMƏTDƏ DÖYÜŞLƏR GEDİR - Düşmənə bu gecə də sarsıdıcı zərbələr vurulub

    Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 1-11-2020

  3. “Mercedes” şirkətindən separatçılara maddi dəstək

    “Mercedes” şirkəti Qarabağdakı separatçılara maddi dəstək verib.

    Belə ki, “Avangard Motors” şirkəti Ermənistan Ümumerməni Fondunun fandreyzinqinə qatılıb.

    Şirkət fonda 50 milyon dram (100 min ABŞ dolları) ianə edib.

    Muxalifet2 - 1-11-2020

  4. ÜST rəhbəri koronavirusdan sağalanlara xəbərdarlıq etdi - “EHTİYATLI OLUN!”

    Koronavirusdan sağalan insanlarda virus həyati vacib orqanlara uzunmüddətli təsirini qoyur.

    TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

    Onun sözlərinə görə, bu simptomlar zaman keçdikcə dəyişir və pisləşməyə doğru gedir.

    ÜST rəhbərinin sözlərinə görə, söhbət yorğunluq, öskürək, tənəffüs çətinliyi, iltihab, həmçinin ağciyər və ürək daxil olmaqla əsas orqanların zədələnməsindən gedir.

    Muxalifet2 - 1-11-2020

  5. Məşhur pivə barı Merkeli “qara siyahı”ya saldı

    Berlinin əfsanəvi pivə barı olan “Ständige Vertretung” koronavirus infeksiyasına görə ölkədə tətbiq ediləcək karantinə görə kansler Angela Merkel və bir sıra almaniyalı siyasətçiləri “qara siyahı”ya salıb.

    Bu barədə barın müdiriyyəti adından feysbukda yayılan açıqlamada qeyd olunub. Onlar hökuməti səmərəsiz fəaliyyətdə günahlandırıblar.

    Muxalifet2 - 1-11-2020

  6. Türkiyənin XİN rəhbəri Bakıya gəldi - ÇAVUŞOĞLU NÖVBƏTİ DƏFƏ QARABAĞ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.

    Muxalifet.az xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində yazıb.

    “Can Azərbaycana güclü dəstəyimizi göstərmək, Dağlıq Qarabağ ilə bağlı son hadisələr haqqında fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, - deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri yazıb.

    Muxalifet2 - 1-11-2020

  7. İspaniyada karantin qadağalarına görə etirazlar şəhərləri müharibə meydanına çevirdi - FOTO

    İspaniyada koronavirusun artması ilə bağlı tətbiq edilən karantin qaydaları insanların kəskin etirazları ilə qarşılanır.

    “Anadolu” agentliyi xəbər verir ki, radikal sağçılar “xalq artıq yoruldu, küçələrə çıxırıq” çağırışları ilə insanları etirazlara səsləyiblər.

    Çağırışa cavab verən etirazçılar şəhər mərkəzlərində toplaşaraq mağazalara, dövlət əmlakına zərər verib, zibil konteynerlərini yandırıb və polislərə daşla hücum ediblər.

    Madriddə polis yolu bağlamağa çalışan etirazçılara müdaxilə etməli olub.

    Muxalifet2 - 1-11-2020

  8. Ermənlərini döyüş sursatı yüklənən hərbi yük maşınları partladıldı - VİDEO

    İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

    Muxalifet.az bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    Muxalifet2 - 1-11-2020

  9. DRON SÜRÜSÜ - Düşməni vahiməyə salan KARGU haqda bilmədiklərimiz

    Muxalifet2 - 1-11-2020

  10. ILHAM ƏLİYEV QARABAĞ SAVAŞINI İŞIQLANDIRAN TÜRK JURNALİSTLƏR HAQDA - "Bu görüntükləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür"

    "Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır".

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Muxalifet2 - 1-11-2020

  11. ​“Problemlərinizi Niderlanda gətirməyin!” - Niderlandlı deputat erməni səfirə cavab verdi

    “Niderland-Azərbaycan Evi”nin təşkilatçılığı və təşəbbüsü ilə Niderland parlamentinin deputatlarıyla görüşlər keçirilir.
    Görüşlərin əsas müzakirəsi Qarabağ müharibəsi ilə bağlı real hadisə və faktların, o cümlədən, Azərbaycan həqiqətlərinin yerli siyasətçilərin diqqətinə çatdırmaqdır.

    Muxalifet2 - 1-11-2020

  12. "PREZİDENTİMİZ TAPŞIRDI Kİ, AZƏRBAYCANI TƏK QOYMAYIN" - "Müdafiə nazirimiz də gələcək..."

    "Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır".

    Muxalifet2 - 1-11-2020

  13. ERMƏNİSTANIN XÜSUSİ TƏYİNATLI HƏRBİ HİSSƏSİ DARMADAĞIN EDİLDİ! - Şəxsi heyətin 70 faizi öldürüldü!

    Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində darmadağın edilib.

    Hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla, 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

    Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

    Muxalifet2 - 1-11-2020

  14. Qarabağda daha doqquz PKK/YPG terrorçusu məhv edilib

    Dağlıq Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir. Bu barədə məlumat Ordu.az-a etibarlı hərbi mənbələrdən daxil olub.

    Məlumata görə, son sutka ərzində aparılan əməliyyatlarda doqquz PKK/YPG terrorçusu məhv edilib. Bu, PKK terrorçularını daşıyan yük maşınına Azərbaycan ordusunun zərbə endirməsi nəticəsində baş verib.

    Muxalifet2 - 1-11-2020

  15. Araik Arutunyan məhv edildi - ŞOK İDDİA

    Dağlıq Qarabağdakı separatçıların lideri Araik ArutunyanAzərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

    Bu barədə “Clash Report” xəbər verir.

    Məlumata görə, A.Arutunyan Azərbaycan Ordusu tərəfindən məhv edilən hərbi avtomobil karvanında olub.

    Muxalifet2 - 1-11-2020

  16. Azərbaycanda koronavirusa yoluxanların sayı artır - SON SUTKADA DAHA 10 NƏFƏR ÖLDÜ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

    Muxalifet2 - 1-11-2020

  17. Düşmənin iki ədəd “Qrad”ı məhv edildi - VİDEO

    Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    Muxalifet2 - 1-11-2020

  18. Erməni ordusunun iki artilleriya batareyası məhv edildi - VİDEO

    Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhğ edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    Muxalifet2 - 1-11-2020

  19. Ermənistan ərazisindən Zəngilana hücum cəhdi: düşmən 30-dan çox canlı qüvvə və 1 Su-25 itirərək geri çəkildi

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun ötən gün noyabrın 1-də Zəngilan rayonu ərazisində ordumuzun mövqelərinə hücum cəhdi barədə məlumat yayıb.

    Məlumatda deyilir ki,  noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

    Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

    Muxalifet2 - 2-11-2020

  20. Amerika seçkidən bir gün əvvəl – Bayden 8 faiz fərqlə irəlidədir, amma...

    Amerika Birləşmiş Ştatlarda seçki kampaniyası yekunlaşmaq üzrədir. Prezident Donald Tramp iki gün ərzində seçkidə həlledici rol oynayan ştatlarda 10 tədbir keçirib.

    Muxalifet2 - 2-11-2020

Pages