Axtarış

The search found 105715 results in 0.093 seconds.

Search results

  1. “Paşinyan müharibəni uduzub, Putinin tualetinin qabağında ulayır...” - RUSİYALI POLİTOLOQ

    Ermənistanın indiki rəhbəri Nikol Paşinyan Qarabağda yaranmış vəziyyətə görə özü günahkardır. Bu barədə PolitWera internet-kanalının efirində istefada olan rusiyalı polkovnik, Rusiyanın Belarusda regional qoşun qruplaşmasının yaradılması üzrə işçi qrupunun üzvü olmuş Vladimir Truxan deyib.

    Muxalifet2 - 2-11-2020

  2. “Bu savaşda can Azərbaycan bir dastan yazır...” - KEÇMİŞ BAŞ NAZİR BİNƏLİ YILDIRIM BAKIDA

    Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Azərbaycana gəlib. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti bu haqda bildirir.

    Məlumata görə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Muxalifet2 - 2-11-2020

  3. “Gürcü Arzusu” daha 4 il iqtidarda qalacaq? – Gürcüstanda siyasi böhran başladı

    Muxalifet2 - 2-11-2020

  4. Как Вова Евсеев затупил и с позором спрятался в кабинете ещё тупого Кости Затулина!

    Как Вова Евсеев затупил и с позором спрятался в кабинете ещё тупого Кости Затулина!

    Muxalifet2 - 2-11-2020

  5. Almaniya azərbaycanlı mühacirləri ölkədən çıxarır

    Almaniyada 187 min əcnəbi ölkəni könüllü tərk etməsi ilə bağlı bildiriş alıb.

    “Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, onların əksəriyyəti 2015-2019-cu illər ərzində Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən xarici ölkə vətəndaşlarıdır.

    Muxalifet2 - 2-11-2020

  6. AZƏRBAYCANDA DAHA 13 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 596 yeni yoluxma var

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 13 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 2-11-2020

  7. Düşmənin 4 ədəd “Qradı” məhv edildi - VİDEO, RƏSMİ AÇIQLAMA

    Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi bölmələrimiz tərəfindən məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 2-11-2020

  8. Azərbaycan Ordusu daha 8 kəndi işğaldan azad etdi - PREZİDENTDƏN AÇIQLAMA

    Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

    Muxalifet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.

    Muxalifet2 - 2-11-2020

  9. Ermənistanın "əfsanəvi dəstəsinin" 5 üzvü məhv edilib

    Ermənistanın Şaqen Meğryan adına “əfsanəvi könüllü” dəstəsinin 5 hərbçisi ölümündən sonra separatçı rejim tərəfindən mükafatlandırılıb.

    “Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

    Bildirilib ki, dəstənin məhv edilən üzvlərinə - Qorq Kirakosyan, Mxitar Qriqoryan, Erik Poqosyan, Qrayr Asryan və Edik Ayrapetyana “rəşadət medalı” verilib.

    Muxalifet2 - 2-11-2020

  10. “Əgər Calal Arutyunyanın yarası yüngül idisə niyə onu dərhal vəzifədən azad etdilər?” - Deputat Gevorg Petrosyan soruşur

    Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasından deputat Gevorg Petrosyan qondarma “dqr müdafiə naziri”, general-leytenant Calal Arutyunyanın “yüngül yaralandığı” barədə deyilənlərə inanmadığını bildirib.

    Muxalifet2 - 2-11-2020

  11. ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

    Noyabrın 2-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun minaxtaranı, 1967-ci il təvəllüdlü Zeynalov Telman Bərbir oğlu Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə (PMN-Э) minaya düşüb.

    Bu barədə APA-ya ANAMA-dan bildirilib.

    Partlayış nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya  olunub. Hazırda, T.Zeynalov Füzuli rayonu Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır.

    Muxalifet2 - 2-11-2020

  12. Zəngilan istiqamətində vurulan düşmən döyüş təyyarəsi - VİDEO

    Xəbər verildiyi kimi ötən gün noyabrın 1-də düşmən qüvvələri Ermənistan istiqamətindən Zəngilan rayonunun ordumuzun nəzarətində olan ərazilərinə hücum cəhdi edib. Düşmən hücuma hazırlaşaraq əvvəlcə minaatanlar və toplardan artilleriya hazırlığı aparıb, bu vaxt onların mövqeləri ordumuz tərəfindən aşkar edilib. Nəticədə düşmən hücuma keçməyə imkan tapmadan 30-dan çox canlı qüvvə itirərək geri çəkilib. Bu vaxt Ermənistan HHQ-nin düşmən bölmələrinə hava dəstəyi verməyə çalışan Su-25 hücum təyyarəsi də vurulub.

    Muxalifet2 - 2-11-2020

  13. Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO

    Ermənistanın Vardenis (Göyçə) rayonunun Solk kəndi ərazisində polis əməkdaşlarının dayandırdıqları avtomobildən işğal altında olan Qarabağdan “Kalaşnikov” avtomatı gətirildiyi müəyyən edilib.

    Muxalifet.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

    Bildirilib ki, axtarış zamanı 7,62 mm çaplı 120 güllə də aşkar edilib. Məlumata görə, Qarabağda döyüşdən imtina edən ermənilər qaçarkən özləri ilə birlikdə avtomat silahlarını da götürüblər.

    Muxalifet2 - 2-11-2020

  14. Qırmızı Bazarda düşmənin canlı qüvvəsi məhv edilib - RƏSMİ AÇIQLAMA / VİDEO

    Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb.

    Muxalifet2 - 2-11-2020

  15. “Alovlu kortej” və ya uğursuz görüş: Araik sağdırmı?

    Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri tərəfindən separatçı rejimin başçısı Araik Arutunyanın öldürülməsinə dair KİV-də yayılan məlumatlardan sonra Ermənistan tərəfi bütün mümkün yollarla bu xəbərləri isterik formada təkzib etməyə başladı.

    "Report" xəbər verir ki, hətta onların hərbi maşın karvanının bizim dronlar tərəfindən endirilən zərbələr nəticəsində külə dönməsini əks edən görüntülər də qarşı tərəfi inandıra bilmədi. Sosial şəbəkələrdə də məhz bu kadrların separatçıların başçısının məhv edildiyi əməliyyatla bağlı olduğu qızğın müzakirə edildi.

    Muxalifet2 - 2-11-2020

  16. Gürcüstan müxalifəti parlamenti boykot etdi - AÇIQLAMA

    Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.

    “Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.

    “Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.

    Muxalifet2 - 2-11-2020

  17. İzmirdə zəlzələdən ölənlərin sayı 92 nəfərə çatdı

    Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 92-yə yüksəlib.

    “Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

    Qeyd olunub ki, yeraltı təkandan yaralananlardan 147 nəfərinin müalicəsi davam edir.

    Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində şəhərin bir sıra binaları dağılıb.

    Muxalifet2 - 2-11-2020

  18. Düşmənin “KUB” zenit-raket kompleksi məhv edildi - VİDEO

    Noyabrın 2-i saat 18:00 radələrində Tərtər rayonunun Çardaqlı kəndində (keçmiş Ağdərə rayonunun Maqavuz kəndi) yerləsdirilmiş düşmənin KUB zenit-raket kompleksi dəqiq atəşlə məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 2-11-2020

  19. AZƏRBAYCAN ORDUSUNDAN DÜŞMƏNƏ AĞIR ZƏRBƏ - Ermənilər itkilər verərək geri çəkilməyə məcbur edilib

    Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet4 - 3-11-2020

  20. Bayden Trampı yalan danışmaqda günahlandırdı

    ABŞ-da demokratların dövlət başçısı postuna namizədi Co Bayden seçkilərdə qalib gələcəyi təqdirdə amerikalılara koronavirus pandemiyası ilə bağlı bütün həqiqətləri danışacağını və infeksiyaya qarşı mübarizə üsulları hazırlayarkən mütəxəssislərin rəyini dinləyəcəyini söz verib.

    Bu barədə “TASS” xəbər verir.

    Muxalifet4 - 3-11-2020

Pages