Axtarış
The search found 105715 results in 0.03 seconds.
Search results
Vyanada terror aktı törədilib, ölənlər və yaralananlar var - YENİLƏNİB
Vyanada baş verən silahlı insidentlərin təfərrüatları məlum olub.
Vyanada tüfənglə silahlanmış bir neçə nəfər altı fərqli məkanda ətrafa atəş açıb. Hücumlardan biri Şvedenplats meydanında, sinaqoqun yaxınlığında baş verib. İlkin xəbərlərdə hücumun əsas hədəfinin sinaqoq olduğu barədə məlumatlar yayılıb.
Yəhudi Dini İcmasının Prezidenti Oskar Doyç isə Avstriya Teleradiosuna (ORF) müsahibəsində bildirib ki, cinayətkar dəstə sinaqoqu hədəfə almayıblar. O, sinaqoqun daim mühafizə edildiyini və həmin saatda məbəddə heç kimin olmadığını bildirib.
Muxalifet4 - 3-11-2020
Ermənistanın növbəti taktiki PUA-sı məhv edildi
Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Muxalifet4 - 3-11-2020
Gürcüstan müxaifəti deputat mandatlarından rəsmən imtina etdi
Gürcüstanda parlament seçkilərində deputat mandatları əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı siyasi təşkilatlar birgə bəyanat imzalayıblar.
Sənəddə bildirilib ki, müxalifət seçkiləri legitim hesab etmir.
Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir.
Muxalifet4 - 3-11-2020
“Ermənistan qadağan olunmuş silahlardan istifadə edir...” - FRANSA QƏZETİ YAZIR
Fransanın “Liberation” qəzetində “Dağlıq Qarabağ: Ermənistan qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham olunur” adlı məqalə dərc edilib.
Muxalifet4 - 3-11-2020
Ermənistanda terrorçuların orduya cəlb olunması üçün qanun qəbul edilidi
Ermənistan ordusunda canlı qüvvənin çatışmadığı bir daha təsdiqlənir.
“Sputnik Armeniya” xəbər verir ki, Ermənistan parlamentində könüllü dəstələrin komandanlığının yaradılması haqqında qanun ikinci və yekun oxunuşda qəbul edilib.
Bununla da Ermənistan hakimiyyəti muzdluları “könüllü dəstələr” adı altında formalaşdırmağa başlayır. Parlamentin qəbul etdiyi sənədlə buna hüquqi don geyindiriləcək. Bu həm də Ermənistan ordusunda xidmət edən və ya edəcək terrorçuların fəaliyyətinə də hüquqi baza yaradılmasına imkan verir.
Muxalifet4 - 3-11-2020
Avstriyada 3 günlük matəm elan edildi
Bu gün Vyanada törədilən terror hücumları zamanı ölənlərin xatirəsinə ehtiram olaraq hökumət noyabrın 3-dən 5-dək ölkə üzrə matəm elan edib.
“Report” hökumətin saytına istinadən xəbər verir ki, bu gün saat 12-də bir dəqiqəlik sükut gözlənilməklə rəsmi idarələrin qarşısında dövlət bayraqları endirilib.
Muxalifet4 - 3-11-2020
Azərbaycan ictimaiyyətinə MÜRACİƏT: "Qarabağda ermənilərə muxtariyyət gündəmdən çxımışdır"
Hörmətli Azərbaycan ictimaiyyəti!
Muxalifet3 - 3-11-2020
Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edildi - RƏSMİ AÇIQLAMA
Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri, polkovnik-leytenant Nelson Akopcanyan məhv edilib.
Muxalifet2 - 3-11-2020
Türkiyəli idmançı Vyanadakı terrorda polisə və yaşlı qadına kömək etdi
Türkiyə əsilli avstriyalı MMA döyüşçüsü Mikail Özen dostu Receb Gültekin ilə birlikdə Vyanada terror hücumu zamanı yaralı polisi xilas edib.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, onlar yaralı polis işçisinə təcili yardım maşınına tərəf getməyə yardımçı olublar.
Daha sonra isə türklər yaşlı qadına kömək ediblər. Özen bildirib ki, həmin şəxs hadisə yerinə getmək istəyirmiş: "Onu görüb dayandırdıq və təhlükəsiz yerə apardıq".
Hücum zamanı Gültekin da xəsarət alıb.
Muxalifet2 - 3-11-2020
Xocalı soyqırımının ən fəal iştirakçısı Qarabağda ağır yaralandı
Dağlıq Qarabağda gedən döyüşlərdə “Aramo” adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan ağır yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ermənilərdən təşkil edilmiş “Aramo” adlı silahlı dəstə 1992-ci ildə Xocalıda dinc sakinlərin qəddarlıqla öldürülməsində iştirak edib.
Xocalı soyqırımı nəticəsində 63-ü yeniyetmə olmaqla 613 Xocalı sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib.
Muxalifet2 - 3-11-2020
"ERMƏNİSTAN HİBRİD MÜHARİBƏYƏ KEÇİR” - Prezidentin köməkçisi sensasiyalı faktlar açıqladı
“Döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan tərəfindən Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə keçilməsi barədə məlumatlar daxil olmaqdadır”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Muxalifet2 - 3-11-2020
AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMA KƏSKİN ARTDI - 15 nəfər vəfat etdi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 58 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 45 030nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.
Muxalifet2 - 3-11-2020
Zelenskidən erməni rejissora tutarlı cavab - “Bu gün qorxursunuz, çünki...”
Dünən, erməni əsilli kinorejissor Sarik Andreasyan Ukrayna prezidenti Vladimir Zelenskinı erməni uşaqlarının ölümündə ittiham edib.
Prezidentin ona cavabı möhtəşəm olub:
''...İlk dəfə deyil ki, bu cür yalanlarla rastlaşırıq. Əvvəlcə Ukrayna və Donbasdakı müharibə barədə yalan danışdılar. Sonra Ukrayna və Suriyadakı müharibə barədə yalan danışdılar. İndi Dağlıq Qarabağ müharibəsi kontekstindədir. Və hər şeyi eyni insanlar edir. Başa düşmürsən ki, niyə edirlər?
Muxalifet2 - 3-11-2020
AZƏRBAYCAN ERMƏNİLƏRƏ SAĞ QALMAĞIN YOLLARINI GÖSTƏRDİ... - Müdafiə Nazirliyindən açıqlama
“Əminliklə deyirik ki, düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə məqsədyönlü şəkildə bütün istiqamətlərdə sıxışdırılır, ağır itkilər verərək, geri çəkilməyə məcbur edilir”.
Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Muxalifet2 - 3-11-2020
Dövlət Baxçalı: “Qarabağ Azərbaycandır, əmanətdir, əcdadın yadigarıdır” - VİDEO
"Qarabağ Azraycandır, əmanətdir, əcdadın yadigarıdır".
Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı parlamentarilər qarşısında çıxış edərkən belə deyib.
O, Azərbaycanın haqlı mübarizəsində günbəgün nəticə aldığını deyərək, Dağlıq Qarabağın işğal zəncirindən sürətlə azad olduğunu qeyd edib.
MHP lideri çıxışı zamanı həmçinin, Ermənistanı terror dövləti adlandıraraq, onlar mülki vətəndaşlara kaset bombaları ilə hücum edərək qansız və qatil olduqlarını bir daha göstərdiklərini vurğulayıb.
Muxalifet2 - 3-11-2020
Ağrı dağının Ermənistana baxan tərəfi tezliklə belə olacaq - BƏLƏDİYYƏ BAŞQANI AÇIQLADI / FOTO
Türkiyənin Ağrı vilayətinin hakim Ədalət və İnkişaf Partiyasından olan bələdiyyə başqanı Savcı Sayan bu gün özünün Twitter səhifəsindən Ermənistanı “cin atına mindirəcək” foto paylaşıb. Virtualaz.org xəbər verir ki, fotoya əsasən Ağrı dağının (Ermənistanda onu Ararat adlandırırlar) Ermənistana baxan tərəfi Türkiyə və Azərbaycan bayraqlarının rənginə bürünüb.
Muxalifet2 - 3-11-2020
Biləsuvarın icra başçısı müavinini işdən çıxardı
Biləsuvar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
"Report"un Muğan bürosu xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncəmla icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Cəmil oğlu Həsənov tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat olmayıb.
Muxalifet2 - 3-11-2020
"BİZ HƏR YERDƏ İRƏLİ GEDİRİK..." - Tramp seçkidə qalib gəldiyinə əmindir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası seçkilərdə Florida da daxil olmaqla, bəzi ştatlarda əminliklə irəli gedir.
Bu barədə xarici mətbuat xəbər verir.
"Mən eşitdim ki, biz Floridada, Arizonada, inanılmaz dərəcədə Texasda (irəli gedirik-red)”, - Virciniyada respublikaçıların seçki qərargahının əməkdaşları qarşısında çıxış edən Tramp deyib.
"Eşitdim ki, biz hər yerdə irəli gedirik, bu əladır", - Birləşmiş Ştatlar rəhbəri əlavə edib.
Muxalifet2 - 3-11-2020
ERMƏNİSTANIN DAHA BİR ZABİTİ MƏHB EDİLDİ - Alay komandiri yeraltı sığınacaqda öldürülüb
Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan məhv edilib" , - deyə xəbərdə bildirilir.
Muxalifet2 - 3-11-2020
Məmurlar Qarabağdan qaçır… - ARAİK ARUTYUNYAN BƏYANAT YAYDI
Qarabağ separatçılarının lideri Araik Arutyunyan xüsusi bəyanatla çıxış edib.
Ermənistanın aysor.am saytı bildirir ki, A. Arutyunyan işğalçı administrasiya əməkdaşlarının Qarabağdan və Xankəndidən qaçdıqlarını bəyan edib.
"Qarabağı tərk edən bütün ali və aşağı rütbəli dövlət qulluqçuları işdən azad olunacaq və məsuliyyətə cəlb ediləcəklər", - deyə separatçı Facebook səhifəsində bildirib.
Muxalifet2 - 3-11-2020