Axtarış
The search found 105716 results in 0.046 seconds.
Search results
Məmurlar Qarabağdan qaçır… - ARAİK ARUTYUNYAN BƏYANAT YAYDI
Qarabağ separatçılarının lideri Araik Arutyunyan xüsusi bəyanatla çıxış edib.
Ermənistanın aysor.am saytı bildirir ki, A. Arutyunyan işğalçı administrasiya əməkdaşlarının Qarabağdan və Xankəndidən qaçdıqlarını bəyan edib.
"Qarabağı tərk edən bütün ali və aşağı rütbəli dövlət qulluqçuları işdən azad olunacaq və məsuliyyətə cəlb ediləcəklər", - deyə separatçı Facebook səhifəsində bildirib.
Muxalifet2 - 3-11-2020
Ərdoğan Vyanada terrorçulara müdaxilə edən türk gənclərlə danışdı - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın paytaxtı Vyanadakı terror hücumu zamanı yaralanmasına baxmayaraq, digər yaralılara kömək edən və vurulan polis əməkdaşını təcili tibbi yardım maşınına çatdıraraq həyatını xilas edən Rəcəb Tayyib Gültəkin və Mikayıl Özənlə telefonda danışıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə Prezidenti yaralanan Rəcəb Tayyib Gültəkinin səhhəti ilə maraqlanıb və ona şəfa diləyib. R.T.Ərdoğan dostu Mikayıl Özənlə birlikdə polis əməkdaşına kömək etmiş R.Gültəkinə “səninlə qürur duyuruq” deyib.
Muxalifet2 - 3-11-2020
Tramp Arizona istisna olmaqla, bütün ştatlarda liderlik edir - YENİLƏNİB
ABŞ-da keçirilən prezident seçkisində hazırkı dövlət başçısı Donald Tramp Arizona istisna olmaqla, bütün əsas ştatlarda liderlik edir.
Bu barədə “FOX News” xəbər verir.
Belə ki, Bakı vaxtı ilə 08:45-ə olan məlumata görə, Ohayo, Şimali Karolina, Corciya, Florida, Texas, Miçiqan, Pensilvaniya, Viskonsin və Ayova ştatlarında Tramp rəqibi Co Baydeni qabaqlayır. Arizonada isə demokrat Bayden inamla liderliyi əlində saxlayır.***
Muxalifet2 - 4-11-2020
ERMƏNİSTAN ORDUSUNA NÖVBƏTİ ZƏRBƏ - Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib
Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Muxalifet2 - 4-11-2020
Türkiyədə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb - YENİLƏNİB
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, təbii hadisə zamanı həlak olanların sayı 114 nəfərə çatıb.
Muxalifet2 - 4-11-2020
Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur - RƏSMİ AÇIQLAMA
Noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.
Muxalifet2 - 4-11-2020
"Vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və..." - İLHAM ƏLİYEV
"Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsi zamanı jurnalistin "Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?" sualına cavabında deyib.
Muxalifet2 - 4-11-2020
"Paşinyan müharibənin dayanmasını istəmir" - PREZİDENT
"Mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
Muxalifet2 - 4-11-2020
Sosial şəbəkədə pullarını paylaşan boksçu həbs olundu
ABŞ boksçusu Edrien Broner həbs edilib.
"Report" "clevelend.com" saytına istinadən xəbər verir ki, buna idmançının instaqram səhifəsində etdiyi paylaşım səbəb olub.
Ohayo məhkəməsi 2018-ci ildə qadına hücum etməkdə ittiham olunan Bronerin zərərçəkmişə 800 000 avro təzminat ödəməli olduğu barədə qərar çıxarsa da, o, cəmi 13 ABŞ dollarının olduğunu bildirib.
Bu yaxınlarda sosial şəbəkə hesabında qalaq-qalaq pullarla çəkilmiş videosunu paylaşan boksçu məhkəmə qərarına hörmətsizlik etməkdə günahlandırılaraq həbs olunub.
Muxalifet2 - 4-11-2020
Tramp özünü qalib elan etdi: "Fenomenal nəticələr əldə etmişik"
Tramp Ağ Evdə çıxış edib. O, seçkilərdə qələbə qazadndığını bildirib: "Fenomenal nəticələr əldə etmişik! Kimsə bunu gözləmirdi! Biz böyük bayrama, qələbəni qeyd etməyə hazırlaşırıq!"
O deyib ki, o qədər irəlidəyik ki, demokratlar arxamızca çata bilməzlər! "Bizim fərq o qədərdir ki, hər hansə təftişə gərək yoxdur. Bundan sonrakı əlavə səslərə də ehtiyacımız yoxdur. Biz 64 faiz səslə qalib gəlmişik! "
Muxalifet2 - 4-11-2020
ERMƏNİ ƏSGƏRİNIN ÜMİDSIZ HALI... – Fiziki və əqli qüsurluları da cəbhəyə göndərirlər / FOTO
Azərbaycan Ordusunun zəfər yürüşünün bir zamanlar “yenilməz” sayılan erməni hərbi birləşmələrini hansı rəzil günə qoyduğu yaxşı məlumdur. Hərbi texnika və silah-sursat baxımından böyük və yerinin doldurulması mümkün olmayacaq dərəcədə itki verən Ermənistanın sınıq-salxaq ordusunun şəxsi heyət sarıdan da bərbad vəziyyətə düşdüyü və 10 min nəfərədək itki verdiyinə dair məlumatlar var.
Azpolitika.info xəbər verir ki, bu gün Ermənistan mətbuatında cəbhə bölgəsinə yeni gətirilən bir qrup erməninin keşişlər tərəfindən “xaçlanması” mərasiminə dair fotolar yayılıb.
Muxalifet2 - 4-11-2020
Ordumuz Xocavənd istiqamətində üstünlüyə malikdir
Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.
Muxalifet2 - 4-11-2020
Saakaşvili də koronavirusa yoluxub
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili koronavirusa yoluxub.
Bu barədə o, “Pirveli” telekanalına açıqlamasında bildirib.
Siyasətçinin sözlərinə görə, o, xəstəliyi bir neçə həftə öncə yüngül formada keçirib.
Saakaşvili koronavirusun asimptomatik olduğunu və antikor testindən sonra xəstəlik haqqında öyrəndiyini sözlərinə əlavə edib.
Muxalifet2 - 4-11-2020
Düşmənin zenit qurğusu məhv edildi - VİDEO
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Muxalifet2 - 4-11-2020
AZƏRBAYCANDA DAHA 12 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutkada yoluxma sayında ciddi artım olub...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Muxalifet2 - 4-11-2020
Döyüş zonasından video yayanlar cəzalandırılacaq - DTX AÇIQLADI
Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.
Muxalifet2 - 4-11-2020
Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar
Ermənistanın Sünik Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan silah-sursat gətirən şəxsi saxlayıblar.
“Novosti Armeniya” xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UAZ markalı avtomobildən bir ədəd “Kalaşnikov” pulemyot, 5,45 mm çaplı 75 güllə ilə iki ədəd daraq, habelə 317 ədəd müxtəlif çaplı patron aşkar edilib. Aşkar edilən silah-sursat müsadirə olunub.
Muxalifet2 - 4-11-2020
Düşmən Zəngilan istiqamətində diversiyaya cəhd etdi - QARŞISI QƏTİYYƏTLƏ ALINDI
Noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.
Muxalifet2 - 4-11-2020
ABŞ-da prezident seçkiləri: qalib hələ məlum deyil - SƏSLƏRİN HESABLANMASI DAVAM EDİR
ABŞ-da prezident kürsüsü uğrunda mübarizənin qalibi hələ məlum deyil. Çünki istər indiki Prezident Donald Tramp, istərsə də sabiq vitse-prezident Co Bayden qələbə üçün zəruri olan 270 seçkiçi səsini hələ toplaya bilməyib.
Muxalifet2 - 4-11-2020
ERMƏNİ EKSPERT HƏYƏCANLA HƏMVƏTƏNLƏRİNƏ SƏSLƏNDİ - “Telekommunikasiyamız Azərbaycanın tam nəzarətindədir”
Ermənistanda hərbi-analitik portal Razm.info-nun koordinatoru Karen Vrtanesyan Azərbaycan ordusunun döyüş bölgəsindəki telekomunikasiyaya tam nəzarətindən yazıb.
“Facebook” hesabında bu barədə paylaşım edən Vrtanesyan Qarabağdakı hər zəngin bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənildiyini vurğulayıb.
Muxalifet2 - 4-11-2020