Axtarış

The search found 105716 results in 0.155 seconds.

Search results

  1. Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü - SON SUTKADA YOLUXMA SAYINDA CİDDİ ARTIM OLUB

    Azərbaycanda koronavirusa (COVID-19) 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 13614 nəfərdir.

    Ölkədə son sutka ərzində 13290, hazırkı dövrədək isə 1404543 test aparılıb.

    Ümumi ölənlərin sayı 794 nəfərdir.

    Ümumi yoluxanların sayı 60873 nəfər, ümumi sağalanların sayı 46465 nəfərdir.

    Muxalifet2 - 5-11-2020

  2. Düşmən Tərtər və Ağdamı atəşə tutur - RƏSMİ

    Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də, Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

    Muxalifet2 - 5-11-2020

  3. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edildi - VİDEO

    Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen (Təpəkənd) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

    Görüntüləri təqdim edirik:

    Muxalifet2 - 5-11-2020

  4. Düşmənin hərbi kolonu pusquya salınaraq məhv edildi - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    "Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib", - məlumatda qeyd edilib.

    Muxalifet2 - 5-11-2020

  5. “PAŞİNYAN İNSANLARIN ÖLÜMÜNƏ GÖRƏ CAVAB VERƏCƏK” - Erməni mediası

    Ermənistan ordusunun döyüş meydanında üzləşdiyi ağır məğlubiyyətlərə baxmayaraq ölkə rəhbərliyinin hələ də insanları bilə-bilə ölümə göndərməsi ölkədə günü-gündən narazılıqların artmasına səbəb olur.

    Ermənistanın “168.am” informasiya portalının yayımladığı son məqalədə ölkə rəhbərliyinin insan həyatına dəyər verməməsi və xalqı bilərəkdən ölümə göndərməsi tənqid olunub.

    Muxalifet2 - 5-11-2020

  6. Ruben Akopyan Paşinyanı istefaya çağırdı

    Qarabağda Ermənistan ordusunun sarsıdıcı məğlubiyyəti və ermənilərin nəzarətində olan böyük ərazilərin azad edilməsi fonunda "Akunk" Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Ermənistan parlamentinin sabiq deputatı Ruben Akopyan erməni xalqının xilasını fəaliyyət qabiliyyəti olmayan baş nazir Nikol Paşinyanın könüllü istefasında görür.

    Muxalifet2 - 5-11-2020

  7. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edildi

    Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

    Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

    Muxalifet2 - 5-11-2020

  8. Azərbaycanlılar Almaniyadan deportasiya edildi

    Almaniya hökuməti bir qrup azərbaycanlını ölkədən deportasiya edib.

    Buna səbəb yerli miqrasiya qanunlarının tələblərinin pozulması, miqrasiya orqanlarına yaşamaq icazəsi ilə bağlı düzgün məlumat verilməməsi olub.

    Deportasiya olunanlardan 2-si Azərbaycan, 3-ü Rusiya, 3-ü isə Türkiyə vətəndaşıdır. Onlardan bir qismi 6, digər qismi isə 1 ilə yaxındır Almaniyada qeyri-qanuni yaşayıblar./report

    Muxalifet2 - 5-11-2020

  9. Tramp səslərin sayılmasının dayandırılmasını tələb edir

    ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən seçkilər çərçivəsində səslərin sayılması prosesinin dayandırılmasını tələb edib.

    Virtualaz.org bildirir ki, bu barədə D.Tramp sosial media hesabında yazıb.

    “Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, - deyə D. Tramp qeyd edib.

    Muxalifet2 - 5-11-2020

  10. "Qarabağ" "Sivasspor"a uduzdu - YENİLƏNİB-2

    "Qarabağ" komandası UEFA Avropa Liqasının I qrupunda növbəti matçını keçirib.

    "Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi oldu komanda Türkiyədə "Sivasspor"la üz-üzə gəlib.

    "Yeni Sivas 4 Eylül" stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində ilk qolu 11-ci dəqiqədə Caner Osmanpaşa vurub. 88-ci dəqiqədə isə Olarenvaju Kayode fərqlənib. 

    Muxalifet2 - 5-11-2020

  11. Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb - FOTOLAR

    Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirməkdədir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir.

    Muxalifet2 - 5-11-2020

  12. Hərbçimizin həyatını xilas edən mobil telefon - FOTO

    Mobil telefon hərbçimizin həyatını xilas edib. 

    Bu barədə foto sosial mediada paylaşılıb. 

    Fotoya şərh kimi yazılmış məlumatda bildirilir ki, zirehli jileti belə deşən güllə mobil telefona ilişib qaldığı üçün əsgərimizə heç nə olmayıb. 

    Həmin fotoları təqdim edirik:

    Muxalifet2 - 5-11-2020

  13. ​DÜŞMƏNİN HÜCUM CƏHDİNİN QARŞISI ALINDI – Ermənilər itki verərək, geri çəkildi

    Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

    Muxalifet2 - 6-11-2020

  14. Makron Kanadanın baş naziri ilə Qarabağı müzakirə edib

    Fransa prezidenti Emanuel Makronla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.

    Muxalifet.az xəbər verir ki, bu barədə “Report” Kanada hökuməti başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

    Qeyd olunub ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

    Bundan başqa, iki ölkə arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə diqqət mərkəzində olub.

    Muxalifet2 - 6-11-2020

  15. ERMƏNİLƏR TÜRK RESTORANINA HÜCUM EDİB... - Azərbaycanın baş konsulu bu hadisəni pisləyib / VİDEO, FOTOLAR

    Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Azərbaycan icmasının üzvləri türk restoranına qarşı törədilmiş zorakılığı pisləyiblər.

    Bu barədə Baş Konsulluqdan məlumat verilib.

    Muxalifet2 - 6-11-2020

  16. Ermənistanın muzdlu dəstəsi darmadağın edildi - ETİRAF ETDİLƏR...

    Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.

    Bu haqda məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

    Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

    Muxalifet2 - 6-11-2020

  17. Düşmənin Tərtərə atdığı top mərmisi evə düşüb - FOTO

    Cəbhədə gərgin döyüşlər davam edir.

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Noyabrın 5-i Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutub. Düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhər mərkəzinə yaxın fərdi yaşayış evinə düşüb. Nəticədə evə və evin həyətində olan yük avtomobilinə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

    Muxalifet2 - 6-11-2020

  18. Ermənilər Korotçenko və Şevçenkonu ölümlə hədələyir - HƏQİQƏTİ DEDİKLƏRİ ÜÇÜN

    Rusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko erməni lobbisi və ermənilər üçün çalışan “beşinci kolon” tərəfindən təhdid və təhqirlərə məruz qalıb.

    Bu barədə "Gradator.Ru" saytı məlumat yayıb.

    Bildirilib ki, bu cəsur rusiyalılar Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

    Muxalifet2 - 6-11-2020

  19. "ERMƏNİ DİASPORU TERRORİZMİ MALİYYƏLƏŞDİRİR" - Prezidentin köməkçisindən BMT üzvlərinə çağırış

    Döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir (“We are our borders – All for Artsakh” donation campaign, Armenia Fund, Armenian General Benevolent Union, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society və s.).

    Muxalifet2 - 6-11-2020

  20. Baydenin ABŞ prezidenti olmağa 17 səsi çatmır - Bir neçə ştatda nəticələr seçkinin taleyini həll edəcək

    ABŞ-da prezident seçkisinin yekun nəticəsi bir neçə ştatda səslərin sayılması ilə bağlı ləngiyir.

    Muxalifet2 - 6-11-2020

Pages