Axtarış

The search found 105716 results in 0.032 seconds.

Search results

  1. Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı oğlan həlak oldu

    Bu gün Ermənistanın silahlı qüvvələrinin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

    Bildirilib ki, bu gün saat 16:00 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

    Muxalifet2 - 7-11-2020

  2. Düşmən cəbhənin Ağdam istiqamətində itki verib - RƏSMİ AÇIQLAMA

    Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

    Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

    Muxalifet2 - 7-11-2020

  3. “AZƏRBAYCAN ORDUSU TARİXİ ŞƏHƏRƏ ÇATDI” – “Le Monde” noyabrın 6-da ermənilərin Şuşadan qaçdığını yazıb

    “Azərbaycan Ordusu tarixi şəhərə çatdı, hansı ki, Bakının sentyabrın 27-dən başladığı hücumun əsas məqsədi də bu idi. Gərgin döyüşlər onların üstünlüyü ilə davam edir.”

    Muxalifet2 - 7-11-2020

  4. "BİR DOSTUM YARALANDI, DİGƏRİ ÖLDÜ..." - Seyran Ohanyan etiraf etdi

    Ermənistanın sabiq müdafiə naziri, Xocalı qatillərindən biri Seyran Ohanyan Şuşada gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən atəşə məruz qaldığını etiraf edib.

    Erməni mətbuatına danışan S.Ohanyan deyib ki, döyüş zamanı onunla birgə olanlar gülləyə tuş gəlib: “Mən yaxşıyam. Bir dostum yaralandı, digəri öldü…”

    S.Ohanyan yaralı olub-olmadığına aydınlıq gətirməyib.

    Muxalifet2 - 7-11-2020

  5. "Cinayətkar tamaşanı dayandırın!..."- Tanınmış erməni ictimai xadimi Paşinyana müraciət etdi

    “Gülünc müttəfiq axtarışından əl çəkin! Biabırçı sədəqə ümidini dayandırın!”

    Ermənistanın tanınmış kino və teatr xadimi Georgi Vanyan ölkəsinin başnaziri Nikol Paşinyana açıq məktubla müraciət edərək, müharibəni dayandırıb Azərbaycanla razılaşmağa çağırıb. 

    Muxalifet2 - 7-11-2020

  6. Paşinyan istefaya gedib? - MƏTBUAT KATİBİNDƏN AÇIQLAMA

    Ermənistan Baş nazirinin mətbuat katibi Mane Qriqoryan Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

    "Yayılan məlumat doğru deyil", - Facebook-da spiker yazıb.

    Mane Qriqoryanı belə bir açıqlama verməyə sövq edən səbəblər məlum deyil.

    Muxalifet2 - 7-11-2020

  7. Bayden prezident seçkilərində qalib gəlib - 270 SƏSİ TOPLAYA BİLİB

    ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə qalib gəlib.

    Bu barədə "Report" CNN, NBC və AP-yə istinadən xəbər verir.

    Agentliklərin məlumatına görə, Bayden qələbə üçün lazım olan 270 səsi toplayıb.

    Muxalifet2 - 7-11-2020

  8. Düşmənin növbəti hərbi kolonu məhv edildi - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

    Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
    Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

    Muxalifet2 - 7-11-2020

  9. “Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir” - TRAMP

    ABŞ-ın aparıcı KİV-lərinin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin qələbə qazanması barədə xəbərlərini şərh edən prezident Donald Tramp bildirib ki, onun rəqibinin seçkilərdə qalib gəlməsi heç bir ştatda rəsmən təsdiq edilməyib.

    Bu barədə xarici mətbuat xəbər verir.

    Tramp xatırladıb ki, Baydenin qələbəsi sərt mübarizənin getdiyi yerlər də daxil olmaqla, rəsmi olaraq heç bir ştatda təsdiqlənməyib. O, həmçinin iddia edib ki, Bayden saxta səslər də daxil olmaqla, bütün səsləri hesablamaq niyyətindədir.

    Muxalifet2 - 7-11-2020

  10. Ohanyanın yaxın adamı da məhv edildi

    Xocalı faciəsinin təşkilatçılarından biri - Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın yaxın adamı, mayor Vaqe Sirunyan da məhv edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Ohanyanın feysbuk səhifəsində paylaşım edilib.

    Qeyd edək ki, hərbi cinayətkar Seyran Ohanyanın özü və oğlu Artur ötən gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisindəki döyüşlərin gedişində yaralanıblar.  

    Muxalifet2 - 7-11-2020

  11. ƏRDOĞANLA PUTİN ARASINDA QARABAĞ DANIŞIQLARI - “Ermənistanı danışıqlar masasına gətirmək lazımdır...”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb. Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

    Ərdoğan Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması zəruriliyini bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.

    Muxalifet2 - 8-11-2020

  12. Ermənistan terrorçu PKK-ya üzv olan yezidiləri ordusuna qəbul edir - VİDEO

    Ermənistanın münaqişələrin həlli zamanı terrora üstünlük verməsi hamıya bəllidir.

    İndi görəcəyiniz videoda Ermənistanın PKK qruplaşmasına üzv olan yezidilərin xidmətindən yararlandığı görünür. Onlar terrorçular kimi Azərbaycan Ordusu ilə döyüşə cəlb olunur.

    Baku TV-nin bu mövzu ilə bağlı hazırladığı materialı diqqətinizə təqdim edirik:

    Muxalifet2 - 8-11-2020

  13. Fransa mediası: “Azərbaycan Ordusu hücumunun əsas məqsədi olan Şuşaya çatdı” - YENİLƏNİB / FOTO

    Azərbaycan hərbçiləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Şiddətli döyüşlər onların xeyrinə nəticələnmək üzrədir.

    Bu barədə Fransanın məşhur “Le Monde” qəzeti yazır.

    Muxalifet2 - 8-11-2020

  14. Bayden xalqa müraciət etdi: “Bölücü yox, birləşdirici prezident olacam”

    “Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.

    “Report” xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

    Muxalifet2 - 8-11-2020

  15. DÜŞMƏNƏ NÖVBƏTİ SARSIDICI ZƏRBƏ - Ermənilər itki verərək, geri çəkildilər

    Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

    Muxalifet2 - 8-11-2020

  16. PREZİDENT XALQA MÜRACİƏT EDİB - Az sonra yayımlanacaq...

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

    Muxalifet.az xəbər verir ki, müraciət az sonra AzTV vasitəsilə yayımlanacaq.

    Muxalifet2 - 8-11-2020

  17. Koronovirusa yoluxmanın 54 faizi Bakının payına düşür - RAYONLAR ÜZRƏ STATİSTİKA

    Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

    Muxalifet.az xəbər verir ki, yoluxmanın 54,4%-i Bakının payına düşür.

    Muxalifet2 - 8-11-2020

  18. ŞUŞA İŞĞALDAN AZAD EDİLDİ! - Ali Baş Komandandan böyük müjdə!

    Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

    Muxalifet.az xəbər verir ki, bu tarixi müjdəni Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.

    Dövlətimizin başçısı deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

    Muxalifet2 - 8-11-2020

  19. “Azərbaycan bayrağı Şuşada dalğalanır"- İLHAM ƏLİYEV

    “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır”.

    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.

    “Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi.

    Muxalifet2 - 8-11-2020

  20. "Ermənistan artıq acı məğlubiyyətini etiraf edib"- İLHAM ƏLİYEV

    “Hələ də işğal altında torpaqlar var. Hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

    Muxalifet2 - 8-11-2020

Pages