Axtarış
The search found 105716 results in 0.031 seconds.
Search results
"Paşinyan bu bəyanatı dəmir yumruğun hesabına imzalayır" - İLHAM ƏLİYEV
Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışıq və bu bəyanat rus dilində tərtib edilibdir.
Muxalifet2 - 10-11-2020
“Mənim istefamı tələb edən siyasi xadim bir gün əvvəl Şuşadakı mövqeləri tərk etmişdi”
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı verdiyi qərarın səbəbini açıqlamayıb.
“SputnikArmenia”nın verdiyi xəbərə görə, o, bunu hərbi əməliyyatların dayandırılması prosesinin davam etdiyini və bəyanatının bir çoxuna zərər vura biləcəyi ilə əsaslandırıb.
Paşinyan qərarın dərin analiz və hazırkı hərbi vəziyyəti dərindən bilən şəxslərin qənaəti əsasında verildiyini vurğulayıb.Muxalifet2 - 10-11-2020
"Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur" - PREZİDENT
"Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Uzun illər bunlar “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu Paşinyan, deyəsən bir çox illər ərzində dillərdə qalacaq.
Muxalifet2 - 10-11-2020
Hulusi Akar: “Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”
“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”
Türkiyə Müdafiə Naziri Hulusi Akar sosial şəbəkə üzərindən yaydığı paylaşımda belə yazıb.
Nazir qeyd edib ki, Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!
Muxalifet2 - 10-11-2020
Ermənistan silahlılarının Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb.
Muxalifet2 - 10-11-2020
"Azərbaycan əhəmiyyətli bir qələbə qazandı" - ÇAVUŞOĞLU
"Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı".
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.
Muxalifet2 - 10-11-2020
Rusiya sülhməramlıları Gorusdan Dağlıq Qarabağa yola düşüb - VİDEO
Rusiyanın sülhməramlıları Ermənistanın Gorus şəhərindən Azərbaycanın Qarabağ bölgəsinə yola düşüb.
Məlumatı “Aysor” yayıb.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putinvə Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.
Muxalifet2 - 10-11-2020
Peskov:“Sazişdə Türkiyə sülhməramlıları haqda bir kəlmə də yoxdur, status barədə də heç nə yoxdur...”
Rusiya, Ermənistan və Azərbaycan liderləri Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi barədə razılaşma əldə etməyiblər. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağa yeridilməsi heç kimlə razılaşdırılmayıb.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lərdə Rusiya ilə yanaşı Türkiyə sülhməramlı qüvvələrinin də regiona yeridiləcəyi haqda xəbərlər yayılmışdı.
Muxalifet2 - 10-11-2020
“Bu, tamamilə biabırçılıqdır. Paşinyan getməlidir" - ERMƏNİ DEPUTAT
"Çiçəklənən Ermənistan" fraksiyasında imzaların toplanması başa çatıb, düşünürəm ki, "Parlaq Ermənistan" fraksiyası da imza atacaq, bundan sonra parlamentin növbədənkənar iclası çağırılacaq.
Bunu "Çiçəklənən Ermənistan" fraksiyasının katibi Arman Abovyan parlamentin həyətində toplanan jurnalistlərə və insanlara bəyanatında deyib.
Fövqəladə iclasın məqsədi nə olduğu sualına Arman Abovyan cavab verdi: "Məgər, ölkədə nə baş verdiyinini bilmirsiniz?"
Muxalifet2 - 10-11-2020
“ORDU TƏKİD ETDİ Kİ, DAYANMAQ LAZIMDIR...” – Paşinyan məğlubiyyətin məsuliyyətini ordunun üzərinə atdı!
Ermənistan rəhbərliyində Qarabağ məğlubiyyətinə görə məsuliyyətin “bir-birinin üzərinə atma” prosesi davam edir.
“AzPolitika.info” xəbər verir ki, bu dəfə Paşinyan niyə bir neçə gün əvvəldən razılaşdırılmaqda olan sənədin vaxtında cəmiyyətə açıqlanmadığına dair suala cavav verib. Baş nazir bildirib ki, razılaşma barədə daha əvvəl məlumat verilməsi “döyüş qabiliyyətini azalda bilərdi”.
Muxalifet2 - 10-11-2020
Türkiyə-Rusiya arasında Qarabağa zəmanət sazişi imzalanacaq
Türkiyə mediasının yaydığı məlumata görə, bu gün Rusiya və Türkiyə arasında Qarabağa dair zəmanət (qarantorluq) müqaviləsi imzalanacaq.
Muxalifət.az xəbər verir ki, müqaviləyə görə, Türkiyə Silahlı Qüvvələrinin zabitləri noyabrın 10-da, saat 18:00-da Qarabağa doğru hərəkət edəcək.
Muxalifet2 - 10-11-2020
“Paşinyanın xalqın adından sənəd imzalamaq hüququ yoxdur” - Ermənistan Vəkillər Kollegiyasının sədri
Ermənilərin hələ ki, həzm edə bilmədiyi kapitulyasiya razılaşmasına etirazlar davam edir.
Erməni KİV-lərində Ermənistanın Vəkillər Kollegiyasının (VK) sədri Ara Zöhrabyanın bəyanatı dərc edilib.
VK sədri bəyan edib ki, sözügedən razılaşma beynəlxalq sülh müqaviləsi xarakteri daşıyır: “9 bənddən ibarət sülh razılaşması beynəlxalq müqavilə xarakteri daşıyır. Deməli, baş nazirin onu imzalamaq hüququ yoxdur. Baş nazir xalqın iradəsinin əleyhinə olan belə bir sənədi imzalamaq səlahiyyətinə malik deyil.”
Muxalifet2 - 10-11-2020
"Qarabağa dair razılaşma bütün region üçün müsbət perspektivlər vəd edir" - RUS POLİTOLOQ
"Qarabağa dair əldə olunan razılaşma bütün region üçün ilk növbədə iqtisadi cəhətdən müsbət perspektivlər açır".
Bunu rusiyalı politoloq Sergey Markov bildirib.
Muxalifet2 - 10-11-2020
KORONAVİRUSA YOLUXANLARIN SAYI 2 DƏFƏDƏN ÇOX ARTDI - Dəhşətli virusdan daha 15 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Muxalifet2 - 10-11-2020
"Rusiyanı tənqid edən istənilən erməni çirkli dilini kəssin" - MARQARİTA SİMONYAN
Rusiyalı jurnalist, RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanı "maraqlarına" xəyanət etməkdə ittiham etdiyinə görə erməniləri tənqid edib.
M.Simonyan bu barədə özünün Telegram kanalında yazıb.
Muxalifet2 - 10-11-2020
QARABAĞA GƏLƏN RUSİYA SÜLHMƏRAMLILARI... - Onlar kimlərdir və nə ilə silahlanıblar?
Sülhməramlı kontingentin əsasını Rusiya Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının bölmələri təşkil edir. 2018-ci il prezidentin fərmanı ilə bu briqadaya “Aleksandriyskaya” fəxri adı verilib.
KP-nin məlumatına görə, 15-ci alay Rusiya Silahlı Qüvvələrində yeganə sülhməramlı briqadadır və BMT-nin beynəlxalq sülhməramlı qüvvələrinin bir hissəsidir. Tamamilə müqaviləli hərbçilərdən təşkil olunub.
Briqada nələrdən təşkil olunub?
Muxalifet2 - 10-11-2020
Paşinyanın saatını və kompüterini oğurladılar - Etirazçılar baş nazirin kabinetini qarət ediblər
Ermənistanın məğlubiyyətini rəsmiləşdirən razılaşmaya etiraz edən ermənilər baş nazirin iqamətgahına soxulduqdan sonra Nikol Paşinyanın kabinetini də qarət ediblər.
Bu barədə məlumat Rusiyanın “Kommersant” qəzetində dərc edilib.
Qəzet yazır ki, bu gün səhər öz “Feysbuk” səhifəsindən ermənilərə canlı yayımla müraciət edən Nikol Paşinyan onun ofisini dağıdan şəxsləri oğurluqda ittiham edərək, deyib: “Baş nazirin iqamətgahından kompüter, saat, parfümeriya, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb. Bütün bunlar, əlbəttə ki, vətən naminə edilib.”
Muxalifet2 - 10-11-2020
Sülhməramlı Rusiya, məsləhətçi Iran, məğlub Ermənistan, baş müttəfiq Türkiyə və iki dost... - JALƏ MÜTƏLLİMOVA YAZIR
Bütün incəliklərinəcən düşünülmüş savaşın ağıllısı, qüdrətlisi və fədakarı DÖVLƏTDIR, ORDUDUR. Kimsə onlardan uca, üstün, ağıllı, məlumatlı deyil.
Əsirlərdir işğal edilən dövlət özünü dünyaya başqa yöndən, mübariz kimi, göstərdi. Işğal altındakı ərazilərini azad etdi. Həsrətini çəkdiyimiz Şuşaya qovuşdurdu bizi.
Neçə şəhər döyüşsüz alınacaq!
Neça ana, gözüyaşlı qalmayacaq!
Neçə gəlin dul, qız qardaşsız, ata oğulsuz, uşaq atasız, ocaq sönmüş qalmayacaq!
Dövlət ərazimiz natamam olmayacaq!Muxalifet2 - 10-11-2020
İrəvanda yenidən etirazlar başladı: "Qarabağla bağlı razılaşmanın ləğvini tələb edirik" - VİDEO
İrəvanda baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı qərarı ilə razılaşmayan çox sayda insan yenidən Ermənistan hökumətinin binasına axın edir.
Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, bir qrup etirazçı Hökumət binasından Ermənistan parlamentinin binasına tərəf yönəlib. Nümayişçilər səlahiyyətlilərdən Qarabağla bağlı müqavilədən imtina etmələrini tələb edirlər: "Biz erməni xalqına qarşı yönəlmiş bu müqavilənin ləğvini tələb edirik".
Muxalifet2 - 10-11-2020
“Bu razılaşma müstəqil Azərbaycanın ən böyük diplomatik qələbəsidir” - METYU BRAYZA
“Bu atəşkəs razılaşması müstəqil Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir”.
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.Muxalifet2 - 10-11-2020