Axtarış
The search found 105716 results in 0.048 seconds.
Search results
Erməni mətbuatı: Paşinyan ABŞ səfirliyində gizlənib
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı təfərrüatlar ortaya çıxıb.
Bəyanat imzalandıqdan sonra 7 rayonun və Şuşa şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən narazı qalan ermənilər etiraz aksiyalarına başlayıb.
Həmin gün etirazçılar parlamentə, hökumət evinə, eləcə də N.Paşinyanın iqamətgahına daxil olub. Amma baş nazir heç yerdə olmayıb.
Muxalifet2 - 11-11-2020
Araik Arutyunyan: Məğlubiyyətimizdə günahkar axtarırıqsa, bu, erməni xalqıdır!
Qarabağ separatçılarının lideri Araik Arutyunyan Facebook-da birbaşa efirdə bildirib ki, əgər kimisə "satqınlıqda" günahlandırmaq lazımdırsa, onda bütün erməni xalqını günahlandırmaq olar.
Arutyunyan keçmiş müraciətlərindən, o cümlədən Şuşadan nümunələr gətirərək qeyd edib ki, bu, satqınlar və "torpaq satanlar" axtarılmaması üçün edilib: “İlk epizod oktyabrın 3-də Azərbaycan Ordusunun Talışı ələ keçirdiyi və Madagiz (Suqovuşan-red.) şəhərinə çatdığı zaman çəkilib. O vaxt bütün şimal üçün təhlükə var idi”.
Muxalifet2 - 11-11-2020
Azərbaycanda internetə tətbiq olunan məhdudyyət götürülür - RƏSMİ AÇIQLAMA
Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.
Bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.
Muxalifet2 - 11-11-2020
28 ildən sonra Şuşada yenidən azan oxundu - VİDEO
28 ildən sonra azadlığına qovuşmuş Şuşada yenidən azan səslənib. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Azanı hərbçilərimizdən biri səsləndirib.
Muxalifet2 - 11-11-2020
"1500 ERMƏNİ ƏSGƏRİ ONLARLA AZƏRBAYCANLININ QABAĞINDA QAÇIRDI " - "Hər gün yüzlərlə itki verirdik, ordu vahiməyə qapılmışdı" / YENİLƏNİB
"Son gün isə Stepanakertin kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”"
Muxalifet2 - 11-11-2020
"Rusiya ermənilərlə sürülmüş atlarla davranıldığı kimi davrandı" - ARAM QABRELYANOV
Rusiyanın erməni əsilli məşhur mediamaqnatı Aram Qabrelyanov baş nazir Nikol Paşinyanı və onun komandasını sərt tənqid edib, onları erməni xalqının maraqlarına xəyanət etməkdə günahlandırıb. A.Qabrelyanovun bəyanatı onun "Karamba" teleqram kanalında dərc edilib və söyüşlə doludur.
Onun müraciətindən bəzi məqamları, qeyri-normal leksikanı “senzuradan keçirməklə”, təqdim edirik.
Muxalifet4 - 12-11-2020
BAŞ İNFEKSİONİST ƏHALİYƏ MÜRACİƏT ETDİ - "Evdə kortəbii müalicə almaq təhlükəlidir"
Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edib.
Muxalifet4 - 12-11-2020
"Rusiya ilə bu işin detallarını danışacağıq" - ÇAVUŞOĞLU
“Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memarandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq:
Muxalifet4 - 12-11-2020
Türkiyədən Naxçıvana dəmiryolu xəttinin çəkilir
“Naxçıvana dəmiryolu xətti çəkməyi planlaşdırırıq”.
"Anadolu" Agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Nazir bildirib ki, Azərbaycanda baş verən yeni proseslərdən sonra Naxçıvan tərəfə dəmiryolunun çəkilməsi planlaşdırılır və bununla bağlı iş planı tamamlanmaq üzrədir.Muxalifet4 - 12-11-2020
Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü - KOMENDANT TƏYİN OLUNDU
Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.
Şöbə əməkdaşları artıq işğaldan azad edilmiş Şuşa şəhərindədir. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.
Muxalifet4 - 12-11-2020
Zelenski xəstəxanaya yerləşdirildi - PREZİDENTİN SƏHHƏTİ İLƏ BAĞLI AÇIQLAMA
Koronavirusa yoluxmuş Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.
"Ukrinform"un verdiyi xəbərə görə, bu barədə prezidentin ofisi məlumat yayıb.
“O əvvəlcə evdə özünü təcrid etmişdi, lakin indi Feofaniya xəstəxanasına yerləşdirilib. Prezident heç kimi yoluxdurmamaq və daha yaxşı təcdir olunmaq üçün bu qərarı verib. Xəstəxanada xəstələr üçün yaxşı şərait var və Prezidentin səhhətində problem yoxdur”, - deyə Prezidentin sözçüsü deyib.Muxalifet4 - 12-11-2020
Rusiya sülhməramlı kontingentin xərclərini özü qarşılayacaq - PUTİN FƏRMAN İMZALADI
Rusiya Federasiyası hökuməti sülhməramlı kontingentin Dağlıq Qarabağdakı xərclərini qarşılayacaq.
Bu barədə Rusiya prezidenti Vladimir Putinin fərmanında qeyd olunub.
Məlumata görə, xərclərə hərbçilərin maddi təchizat və pul təminatı, həmçinin onların ailələrinə əlavə zəmanət və təzminatın verilməsi daxildir.Muxalifet2 - 12-11-2020
Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq
“Sovet ittifaqı dövründən qalan Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana dəhliz yolu var. Ancaq həmin yolun Ermənistan ərazisindən keçdiyinə görə sıradan çıxarılması ehtimalı var”.
Bunu TRT-nin Naxçıvan Muxtar Respublikasına ezam olunmuş müxbiri Ceyda Muslu söyləyib.
“Yolun bərpası ilə bağlı təmir işlərinin dekabrın 1-dən sonra başlayacağı gözlənilir”, - jurnalist qeyd edib.
Muxalifet2 - 12-11-2020
Azərbaycanda koronavirusa yoluxma faktı yenidən artdı - SON SUTKA ƏRZİNDƏ DAHA 20 NƏFƏR ÖLDÜ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Muxalifet2 - 12-11-2020
“20 MİN ƏSGƏR VƏ ZABİTİMİZ MÜHASİRƏYƏ DÜŞÜRDÜ..." - Paşinyandan sensasion etiraf
Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edib və Qarabağa dair üçtərəfli razılaşmanı imzalamasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan və onun xalqı çox çətin günlərini yaşayır. İnsanların qəlbində hüzn, kədər, gözlərində yaş var.
Muxalifet2 - 12-11-2020
“AZƏRBAYCANA 50 MİLYARD TƏZMİNAT ÖDƏMƏLİ OLACAĞIQ!” - Ermənistanın keçmiş baş prokuroru
Ermənistanın keçmiş baş prokuroru, həmçinin Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan 12 noyabrda açıqlama yayıb.
Musavat.com News.am saytına istinadən bildirirki, keçmiş baş prokuror deyib: “Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaqlar.
Muxalifet2 - 12-11-2020
Şuşada 28 il yarımlıq işğaldan sonra öz evlərini tapan döyüşçü: “Evin yiyəsi gəldi” - TARİXİ KADRLAR
Şuşanın işğaldan azad olunmasında iştirak edən döyüşçülərdən biri öz doğma ev-eşiyini tapıb. Yaşadığı məhəlləyə gələn əsgər öz evlərinin önündə dayanıb, “evin yiyəsi gəldi” deyərək sevincini döyüşçü yoldaşları ilə paylaşıb.
Virtualaz.org xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən məlum olur ki, ermənilər şəhərdə azərbaycanlılara məxsus məhlələri, evləri bacardıqları qədər dağıdıb, viran qoyublar.
Muxalifet2 - 12-11-2020
“ELƏ DÖYÜŞLƏR OLURDU Kİ...” - Şuşanı işğaldan azad edən zabitlərdən biri / VİDEO
Vətən müharibəsində qələbə qazanmış Azərbaycan Ordusunun zabitlərindən biri, kapitan Elbrus Mikayılov Baku TV-yə müsahibə verib.
Döyüş əməliyyatlarından və cəbhədəki vəziyyətdən danışan kapitan Mikayılov maraqlı təəssüratlarını bölüşüb:
Muxalifet2 - 12-11-2020
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
Azərbaycan əsgərləri Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində namaz qılıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür.
Videonu çəkən hərbçimiz “şükürlər olsun” deyərək məscidə daxil olur.
Muxalifet2 - 12-11-2020
"Rusiya planı elan olunanda Parislə Vaşinqton şoka düşüblər” - Tomas de Vaal
"Qarabağda qanlı döyüşlərdən sonra hər şey qəfil, bir neçə saatın içində baş verdi. Ən böyük uduzan tərəf Ermənistandır və bunun fəsadlarını illər boyu hiss edəcək. Müxalifət partiyaları əldə olunan razılaşmaya güclü dirəniş göstərir, baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Hətta əgər Paşinyan vəzifədən getsə belə, Ermənistanın növbəti lideri çətin ki fərqli qərar verə bilsin”.
Muxalifet2 - 12-11-2020