Axtarış
The search found 105716 results in 0.03 seconds.
Search results
Milli Məclis Prezidentə və xalqa müraciət edib - YENİLƏNİB -2
Parlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.
Müraciəti Milli Məclisin deputat Nigar Arpadarai təqdim edib.
Muxalifet2 - 13-11-2020
Ermənilər təhdid edilib: Paşinyana qarşı çıxan evini itirəcək FOTO
Bir neçə gündür Ermənistanda Baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən kütləvi aksiyalar davam edir. 17 müxalifət partiyasının təşkil etdiyi nümayişə 10 mindən çox insan qatılıb, Azadlıq Meydanında Paşinyana qarşı istefa şüarları səsləndirilib.
Muxalifet2 - 13-11-2020
“Paşinyandan mən xahiş etdim ki, müharibəni dayandıraq, yoxsa...” - Araik Arutyunyan
Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Xankəndində qondarma “parlamentin” fraksiya rəhbərləri ilə görüşərək noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair təslimçi razılaşmaya niyə getdiklərini açıqlayıb. Arutyunyan özü bu toplantı haqda Facebook-dan bildirib.
Muxalifet2 - 13-11-2020
POLAD BÜLBÜLOĞLUNUN MUXTARİYYƏT TƏKLİFİNƏ SƏRT REAKSİYA - Vahid Əhmədov: "O, Lavrovu əvəz edir, istefa verməlidir"
“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”.
Muxalifet2 - 13-11-2020
Milli Məclisin iclaslarının Şuşada keçiriləməsi təklif edilib
Milli Məclisin plenar iclaslarının işğaldan azad edilən Şuşa şəhərində keçiriləməsi təklif edilib.
Bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov çıxış edib.
O təklif edib ki, müəyyən vaxtda və məqamda parlamentin iclasını Şuşa şəhərində keçirilsin: “Bəzi qanunları və onlara dəyişiklikləri həmin iclaslarda qəbul edək”.Muxalifet2 - 13-11-2020
Ermənilər hətta pəncərə çərçivələrini, unitazları belə söküb aparırlar - BBC-nin REPORTAJI
Azərbaycan hərbi sahədəki uğurları məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olub.
Muxalifet2 - 13-11-2020
PREZİDENTİN KÖMƏKÇİSİNDƏN POLAD BÜLBÜLOĞLUNA SƏRT XƏBƏRDARLIQ - “Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir”
Hikmət Hacıyev: "Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamalardan çəkinməlidir"
Muxalifet2 - 13-11-2020
BAKIDA 17 YAŞLI OĞLAN İNTİHAR ETDİ - Özünü 15-ci mərtəbədən atdı
Bakıda 17 yaşlı oğlan intihar edib.
APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, 28 May küçəsində baş verib.
Hündürmərtəbəli binada yaşayan 17 yaşlı oğlan anası ilə mübahisə etdikdən sonra 15-ci mərtəbədən özünü ataraq intihar edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet2 - 13-11-2020
Ermənilərə "canı yanan" deputat Könül Nurullayevaya TÖHMƏT VERİLDİ
Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə. iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb.
Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin TV Net telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir.
Muxalifet2 - 13-11-2020
“ƏLİYEVƏ ÇOX CAZİBƏDAR BİR TƏKLİF EDİLDİ...” – "Azərbaycan bütün Qarabağda suverenliyini bərpa edəcək"
Azərbaycan Ordusu Şuşadan sonra hərbi əməliyyatları davam etdirə və Dağlıq Qarabağın qalan hissəsini də nəzarətə ala bilərdimi?
Muxalifet2 - 13-11-2020
TÜRKİYƏDƏ QARABAĞ MASASI... - Rusiya nümayəndə heyəti ilə danışıqlar başlayır...
Rusiya nümayəndə heyəti bu gün Türkiyənin paytaxtı Ankara şəhərinə gəlib.
CNN Türk-ün verdiyi xəbərə görə, Rusiya nümayəndə heyəti Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə bağlı Xarici İşlər və Milli Müdafiə nazirliklərində texniki görüşlər keçirəcək.Muxalifet2 - 13-11-2020
Almaniya BQXK-nın Qarabağdakı fəaliyyəti üçün vəsait ayırdı
Almaniya hökuməti 2020-ci ilin sonuna qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
Muxalifet2 - 13-11-2020
AZƏRBAYCANDA DAHA 22 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutkada yoluxanların sayı 1364 nəfərə çatdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 364 yeni yoluxma faktı qeydə alınıb, 1 015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir.
Muxalifet2 - 13-11-2020
İrəvanda Paşinyanın istefası tələb olunur - MİTİNQ İŞTİRAKÇILARI MÜHARİBƏNİN BİTMƏSİNƏ ETİRAZ EDİRLƏR
Ermənistan müxalifəti baş naziri Nikol Paşinyanın istefası tələbi ilə paytaxt Yerevanın mərkəzində aksiya keçirir.
Məlumatı “RAİ Novosti” yayıb.
Bildirilib ki, Ermənistan müxalifətinin lideri, Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” parlament fraksiyasının rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Xüsusi İstintaq Komitəsinə çağırılıb.
Mitinq təşkilatçıları Dağlıq Qarabağ üzrə üçtərəfli razılşamaya etiraz edirlər.
Muxalifet2 - 13-11-2020
Erməni hərbçilərin meyitləri Şuşanın girişində qalıb - FOTO
Azərbaycan Ordusunun bir neçə gün əvvəl Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüşlər zamanı öldürülən yüzlərlə erməni hərbçisinin meyiti hələ də ərazidə qalıb.
Bu barədə "Reuters" agentliyi bu gün məlumat yayıb.
Foto Şuşa şəhərinin giriş hissəsində çəkilib./report
Muxalifet2 - 13-11-2020
Rusiya Qarabağla bağlı humanitar əməliyyatlar mərkəzi yaradır
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ üçün idarələrarası humanitar əməliyyatlar mərkəzi yaratmaq haqqında fərman imzalayıb.
Muxalifet2 - 13-11-2020
Erməni terrorçular Kəlbəcərə gedirlər - YENİ TƏXRİBAT HAZIRLANIR
Ermənistanın "Sasna Tsrer" terror təşkilatının lideri Jirayr Səfilyan Kəlbəcər rayonunun Azərbaycana verilməsini pozmaq məqsədilə təxribat hazırladıqlarını bəyan edib.
Xatırladır ki, Qarabağla bağlı əldə edilmiş razılaşmalara əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcər rayonunun ərazisini tamamilə tərk edərək onu Azərbaycanın nəzarətinə verməlidirlər.
Muxalifet2 - 13-11-2020
Türkiyə və Rusiya hərbçilərinin Qarabağ müzakirələri: danışıqlar sabah da davam edəcək - YENİLƏNİB
Türkiyədə Rusiya Müdafiə Nazirliyi nümayəndələri ilə keçirilən görüş sabah da davam edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, tərəflər Qarabağdakı vəziyyətlə bağlı qarşılıqlı işləri müzakirə edirlər. Texniki danışıqlarının bugünkü hissəsi başa çatıb: "Danışıqlar sabah davam edəcək".
**14:22
Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib.
Muxalifet2 - 13-11-2020
Gürcüstanda parlament seçkilərinin ikinci turu bu tarixdə keçiriləcək...
Gürcüstanın 17 birmandatlı dairələrində parlament seçkilərinin ikinci turu 21 noyabrda baş tutacaq.
Bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze deyib.
“Seçki rəhbərliyinin bugünkü iclasında ikinci turun keçirilmə vaxtı müəyyən edilib. Seçki qanunla müəyyən edilmiş müddətdə - bu ilin 21 noyabrında baş tutacaq”.
Qanunvericiliyə əsasən ilk raundda eyni dairədən ən yüksək nəticə əldə edən iki namizəd arasında seçkilərin ikinci raundu keçirilməlidir.
Muxalifet2 - 14-11-2020
“Barselona” gələn il Messiyə əlavə 33 milyon avro ödəyəcək - MÜKAFAT OLARAQ
İspaniya “Barselona”sı gələn il kluba sadiq olduğuna görə argentinalı hücumçu Lionel Messiyə əlavə mükafat verəcək.
Bu barədə “ESPN” telekanalı məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, mükafatın məbləği 33 milyon avro olacaq.
Muxalifet2 - 14-11-2020