Axtarış

The search found 105716 results in 0.036 seconds.

Search results

  1. Tramp seçkilərin saxtalaşdırıldığını bəyan etdi - DEMOKRATLARI HƏDƏF ALDI

    “Əvvəllər ABŞ-dakı seçki sistemini həmişə ədalətsiz olduğunu iddia edən Demokrat Partiyasının təmsilçiləri 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra fikirlərini dəyişiblər və əksini deyirlər”.

    Bu barədə ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünün tvitterdəki hesabında yazıb.

    Muxalifet2 - 14-11-2020

  2. Düşmənin “Skad” raket kompleksi Azərbaycan ordusunun zərbəsindən sonra - GÖRÜNTÜLƏR İLK DƏFƏ YAYILIR...

    Qarabağda hərbi əməliyyatların şiddətlə getdiyi və düşmənin cəbhənin cənub istiqamətində sürətlə geri çəkildiyi bir vaxtda Ermənistan məğubiyyətin qisasını Azərbaycanın mülki sakinlərindən, dinc yaşayış məntəqələrindən almağa çalışırdı. Və öz arsenalında olan “Elbrus” (NATO klassifikasiyası ilə “Scud”) sovet ballistik raketləri ilə Gəncəyə zərbə endirərək böyük dağıntılara, onlarla insanın həlak olmasına səbəb olmuşdu.

    Muxalifet2 - 14-11-2020

  3. “Biz istəyirik ki, Ermənistan qatarları Naxçıvan vasitəsilə İrana getsin” - PAŞİNYAN

    Ermənistan Naxçıvan vasitəsilə İrana dəmir yolu imkanı əldə edə bilər, amma Türkiyə ilə sərhədlər açılmayacaq.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

    Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açılmayacaq, çünki Türkiyə Qarabağla bağlı üçtərəfli bəyanatın iştirakçısı deyil.

    Muxalifet2 - 14-11-2020

  4. "Paşinyanın kapitulyasiya imzalamaq planından xəbərsiz idim..." - ERMƏNİSTANIN XİN RƏHBƏRİ

    "Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan Baş nazir Nikol Paşinyanın kapitulyasiya imzalamaq planlarından xəbərsiz olduğunu açıqlayıb".

    "Hraparak" qəzetinin xəbərinə görə, nazir bunu Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirilən iclasda deyib.

    Qəzet qeyd edir ki, Mnatsakanyan son günlərdə gizli fəaliyyətə keçib, çünki Qarabağla bağlı razılaşma hər şeydən əvvəl diplomatiyanın məğlubiyyətidir.

    Muxalifet2 - 14-11-2020

  5. RUSİYANIN ƏN ÇOX QORXDUĞU SSENARİ – Qələbəmiz Rusiya və Türkiyənin regiondakı roluna necə təsir edəcək?

    Azərbaycan Ordusu xalqımızın tarixində və mədəni irsində önəmli rol oynayan Şuşa şəhərini işğaldan azad edəndən sonra müharibənin müqəddəratının bizim xeyrimizə tam həll olunacağı artıq heç bir şübhə doğurmurdu. Bu hadisədən nəticə çıxaran Ermənistan şahmatda vəzirini itirmiş tərəf kimi məğlubiyyətini etiraf edib, kapitulyasiya aktını imzalamağa məcbur oldu və bu rüsvayçılığı qəbul etdi.

    Muxalifet2 - 14-11-2020

  6. Xankəndi tamamilə boşalıb, erməni hərbçiləri belə yoxdur - FOTOLAR

    “RİA Novosti” Azərbaycanın işğal altında olan Xankəndi şəhərindən fotolar yayıb.

    Agentlik öz telegram kanalında şəhərin tamamilə boş olduğunu əks etdirən görüntüləri yayımlayıb.

    Qeyd olunub ki, Xankəndidə artıq hərbi texnika və erməni əsgərlər hərəkət etmir.

    Muxalifet2 - 14-11-2020

  7. “Artıq hər kəsin gözünün içinə dik baxa bilirik” - BABA VƏZİROĞLU

    “Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, yoxsa, indi İrəvanda oturmuşduq”

    “Putin Ermənistanı xəritədən silinmək təhlükəsindən xilas etdi”

    Muxalifet2 - 14-11-2020

  8. Rusiyadan İrəvana daha 20 təyyarə göndərildi - RƏSMİ AÇIQLAMA

    Rusiya ötən sutka ərzində Ulyanovsk-Vostoçnıy aerodromundan Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlıları daşıyan daha 20 İl-76 hərbi-nəqliyyat təyyarəsi göndərib.

    Bu haqda Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Hava gəmiləri sülhməramlı bölmələrin 170 hərbi qulluqçusunu, 20 ağırtonnajlı yük avtomobilini Yerevanın “Erebuni” aerodromuna çatdırıb. Oradan isə qüvvələr Laçın dəhlizi ilə Qarabağa daxil olur. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi və yeni təmas xətti boyu müşahidə postları qurması bu gün noyabrın 14-də başa çatmalıdır.

    Muxalifet2 - 14-11-2020

  9. Şuşada öldürülən erməni hərbçilərin cəsədi təhvil verildi

    Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib:

    "Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

    Muxalifet2 - 14-11-2020

  10. Biləsuvarda şahin quşlarını ovlamaq istəyən şəxs cəzalandırıldı

    Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.

    Muxalifet2 - 14-11-2020

  11. Sülhməramlılar Laçına belə daxil oldu - VİDEO

    Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Laçına daxil olub.

    Publika.az xəbər verir ki, briqadanın zirehli texnikaları döyüşlərdə zədələnmiş körpünü keçə bilməyib. Buna görə də alternativ yollardan istifadə etmək məcburiyyətində qalıb.

    Muxalifet2 - 14-11-2020

  12. Bu məhsullar koronavirusu 10 dəqiqəyə MƏHV EDİR

    Koronavirusu burun-boğaz yollarında cəmi 5-10 dəqiqəyə 90% məhv edən bitki vasitəsi təyin olunub.

    Muxalifet.az xəbər verir ki, Almaniyanın Virusologiya Mərkəzi bunu elmi tədqiqatlarının nəticəsində elan ediblər. Alimlər sübut edib ki, nar şirəsi, yaşıl çay və böyürtkən suyu ilə boğazı qarqara etmək və içmək selikli qişalarda olan virusu yerindəcə öldürür.

    Elmi tədqiqatda virus zərrəciklərini bu təbii vasitələrlə qarışdırıb, otaq havasında saxlayıblar. 10 dəqiqədən sonra şirələrdə virusun nə qədər qalması ölçülüb.

    Muxalifet2 - 14-11-2020

  13. “Fox News”: Donald Tramp seçkini uduzduğu halda Ağ Evi tərk edəcək

    ABŞ-da keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Cozef Baydenin qələbə çaldığı ortaya çıxsa, hazırkı Prezident Donald Tramp müvafiq vaxt ərzində Ağ Evi tərk edəcək.

    Bunu dövlət başçısı ilə söhbətindən sonra “Fox News”un aparıcısı Geraldo Rivera bildirib.

    Muxalifet2 - 14-11-2020

  14. Tiflisdə müxalifətin növbəti aksiyası keçirilir

    Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında müxalifət partiyalarının növbəti aksiyası keçirilir.

    Muxalifet2 - 14-11-2020

  15. Azərbaycanda koronavirusdan daha 19 nəfər öldü - SON SUTKADA YOLUXMA SAYI CİDDİ ARTIB

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 14-11-2020

  16. Rusiya-Türkiyə danışıqları başa çatdı... - YENİDƏN QARABAĞ MASASI QURULACAQ

    Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı iki ölkənin nümayəndələri arasında Ankarada keçirilən danışıqlar başa çatıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Danışıqların yaxın günlərdə davam etdirilməsi planlaşdırılır.

    Muxalifet2 - 14-11-2020

  17. Mirqafar Seyidov vəzifəsindən azad olundu - BAKININ YENİ POLİS RƏİSİNİN ADI BƏLLİ OLDU / Yenilənib

    Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, bu vəzifənin səlahiyyətlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.

    Muxalifet2 - 14-11-2020

  18. "Qarabağda atəşkəs razılaşmasına əməl olunur" - SÜLHMƏRAMLILARIN RƏHBƏRİ

    "Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur".

    Virtualaz.org bildirir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətində bildirib.

    O deyib: “Üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00:00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”.

    Muxalifet2 - 14-11-2020

  19. "İşğal altındakı bütün torpaqlar Azərbaycana qaytarılmalıdır, heç bir güzəştə getməyəcəyik" - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ

    “Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub”.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

    Muxalifet2 - 14-11-2020

  20. MƏRKƏZİ ELMİ KİTABXANA DİREKTORUNUN MƏQALƏLƏRİ PLAGİAT ÇIXDI - Sevil Zülfüqarova Anar Ələkbərovun yazılarını necə oğurlayıb... / ŞOK FAKTLAR

    Vətəndaşların cəmiyyətdə, ölkədə baş verən hadisələrə, dəyişikliklərə adekvat reaksiya verməsi, münasibət bildirməsi təqdirəlayiq haldır. O cümlədən ölkə vətəndaşı olaraq dövlət qurumlarının rəhbərləri, müxtəlif səlahiyyət sahibləri də bu mənada fikir və rəy bildirməkdə sərbəstdirlər. Vaxtaşırı mediada bu tipli yazılar yayımlanır və normal qarşılanır, bir çox hallarda isə yazı sahibinin qələminə əhsən qazandırır.

    Muxalifet2 - 14-11-2020

Pages