Axtarış
The search found 105716 results in 0.104 seconds.
Search results
TÜRKİYƏ HƏRBİ QÜVVƏLƏRİ AZƏRBAYCANA GƏLİR! - Böyük Millət Məclisi qanun layihəsini təsdiqlədi!
Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.
İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Nemətulla Ərdoğmuş rəhbərlik edib.
Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.
Muxalifet2 - 17-11-2020
PUTİNDƏN QARABAĞ MÜHARİBƏSİ İLƏ BAĞLI YENİ AÇIQLAMA - "Ermənistan azərbaycanlıların Şuşaya qayıtmasının əleyhinə idi"
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda görülən əsas işin qan tökülməsinin dayandırılması olduğunu söyləyib.
Bu haqda xəbəri RİA Novosti yayıb.
“Dağlıq Qarabağda minlərlə öldürülmüş və zərər çəkmiş var— bu kino deyil, faciədir, hansı ki, konkret insanlarla bağlı baş verib, buna görə əldə olunmuş razılığın əsas nəticəsi qan tökülməsinin dayandırılmasıdır”, - deyə Rusiya Prezidenti qeyd edib.
Muxalifet2 - 17-11-2020
PAŞİNYANIN KOMANDASI "SÖKÜLÜR" - Daha bir nazir istefa verdi
Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan vəzifəsindən istefa verib.
Yerli KİV-lər xəbər verir ki, Ermənistan FHN-in mətbuat katibi Anna Badasaryan məlumatı təsdiqləyib.
Nazirin istefa səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Feliks Tsolakyan bu vəzifəyə 2018-ci ilin 14 oktyabrında təyin edilmişdi.
Onu da xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verib.
Muxalifet2 - 17-11-2020
"QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR" - Putin: "KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi"
"Beynəlxalq hüquqa əsasən Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub". "Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Muxalifet2 - 17-11-2020
Almaniya daha 6 azərbaycanlını deportasiya edəcək
Almaniyaya 2016-cı ildə gələrək bu ölkədən sığınacaq istəyən 6 Azərbaycan vətəndaşı deportasiya ediləcək.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün barələrində könüllü ölkədən çıxmaları ilə bağlı qərar olan Azərbaycan vətəndaşlarının işinə Düsseldorf Şəhər İdarə Məhkəməsində baxılıb.
Muxalifet2 - 18-11-2020
“Mövcud vəziyyətə görə bir nömrəli cavabdehəm” - PAŞİNYAN
“Ermənistanda mövcud vəziyyətə görə bir nömrəli cavabdehəm”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb.
O, ölkəsində yaxın zamanda görüləcək işlərlə bağlı 15 maddəlik “yol xəritəsi” təqdim edib.
Həmin “xəritəyə” erməni qaçqınların Azərbaycanın Qarabağ bölgəsinə qaytıması da daxildir.
Muxalifet2 - 18-11-2020
Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərəcək
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir.
Bunu noyabrın 18-də “Joxovurd” qəzeti yazıb.
Muxalifet2 - 18-11-2020
Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir - ƏRDOĞAN QANUNU İMZALADI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərbi qüvvələrin göndərilməsi haqqında qanun imzalayıb.
Bu barədə qərarı "Rəsmi Qəzet" dərc edib.
Qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir.
Muxalifet2 - 18-11-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - SON SUTKA ƏRZİNDƏ DAHA 25 NƏFƏR ÖLDÜ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 25 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ümumilikdə 81 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 58 111 nəfər müalicə olunaraq sağalıb, 1 030 nəfər vəfat edib, aktiv xəstə sayı 22 256 nəfərdir.
Muxalifet2 - 18-11-2020
“ABŞ QARABAĞDAKI ATƏŞKƏS RAZILAŞMASINI POZMAĞA ÇALIŞIR” – Narışkindən senssasiyalı iddia
"Qərb erməni və azərbaycanlı millətçilərini Qarabağdakı atəşkəs razılaşmasını gözdən salmağa və pozmağa təhrik edir".
Muxalifet2 - 18-11-2020
Ermənistanda yeni XİN başçısı təyin edilib
Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib.
TASS xəbər verir ki, bu barədə Ermənistan prezidentinin fərmanında deyilir.
Muxalifet2 - 18-11-2020
PREZIDENTDƏN NIDERLAND SƏFİRİNƏ XƏBƏRDARLIQ... - "Bunu bizim xalqımıza izah etmək çətin olacaq" - VİDEO, Yenilənib
Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edib.
Muxalifet2 - 18-11-2020
"Nə qədər ki, sülh müqaviləsi yoxdur, deməli müharibə bitməyib" - ARİF ƏLİYEV
"Rusiyanın sakit davranışı Ermənistana dərs vermək istəyindən, eyni zamanda Azərbaycanla kifayət qədər ortaq strateji maraqlarının olmasından doğa bilərdi"
İki aya yaxındır ki, dünya mediasını, aparıcı siyasi və hərbi analitiklərin gündəmini Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı hərbi əməliyyatlar tutur. Azərbaycanın qələbəsi və imzalanan razılaşma müxtəlif istiqamətlərdə təhlil olunur.
Muxalifet2 - 18-11-2020
AĞDAMIN 6 KƏNDİNDƏN ERMƏNİLƏRƏ KÖÇMƏK ƏMRİ VERİLİB - Mülki işğalçılar Ağdərəyə yerləşdirilir
Ağdərənin 6 kəndində yaşayan ermənilər, mülki işğalçılar ( işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşanlar barədə "əhali, sakin" ifadələri məqbul deyil) bu gün evakuasiya barədə göstəriş alıblar. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ağdərədəki qondarma erməni “administrasiyasının” rəhbəri Ayk Baxşıyan bu haqda bildirib.
Muxalifet2 - 18-11-2020
“Azəriqaz” iki övladı ön cəbhədə olan ailənin qazla təminatı üçün 1200 manat istəyir – “Qaz xətti ilə evimizə qədər olan məsafə 100 metrdir” / ŞİKAYƏT
Göyçay rayonu, Müskürlü kənd sakini Həsrətov Ruslan Əmir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İki övladının hərbi xidmətdə olduğunu deyən ailə başçısı, mənzilinə qaz çəkilməsi üçün saytımız vasitəsilə aidiyyəti qurumlara müraciət ünvanlayıb:
“Mən iki əsgərin ailəsi olaraq Azərbaycan dövlətindən, Azərbaycan xalqından kömək istəyirəm!Muxalifet2 - 18-11-2020
Məşhur iş adamının dövlətə 4 milyon manat borcu var - RƏSMİ AÇIQLAMA
Məşhur iş adamı Loğman Zülfüqarlıya məxsus “Bakı İnşaat Sənaye” ASC-nin bu günə 3 985 853 manat vergi borcu olduğu müəyyənləşib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Muxalifet2 - 18-11-2020
Jurnalist təşkilatları Mehriban Əliyevaya müraciət etdilər - Ənvər Börüsoy: “İki aydır oksigen balonu ilə yatıb-dururam”
“Həkimlər bildirirlər ki, vaxtlı-vaxtında müalicəmi davam etdirməsəm, ağciyərimdəki şişlər sürətlə böyüyə bilər”
Muxalifet2 - 18-11-2020
ERMƏNİNİN “BİC BALASI”: ARTSAX… - Və ya qud bay, Minsk qrupu, qud bay!
Xalqa məlum gecə müraciətində, Prezident İlham Əliyev vacib bir mesaj verdi. Dedi ki, o qədər təzyiqlər var, zamanla bəzilərinin üzərindən pərdəni, bəlkə götürdüm. Bir də ona işarə etdi ki, bəzi yerlərin bələdiyyə sədrlərinə qondarma Artsaxın müstəqilliyini tanıtdırırlar.
Muxalifet2 - 18-11-2020
Azərbaycan əsgəri Azıx mağarasında - VİDEO
Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.
Bu barədə sosial şəbəkədə video yayılıb.
Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.
Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.
Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.
Muxalifet4 - 19-11-2020
Xocalı soyqırımını törədən erməni general öldü
Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı Manvel Qriqoryan ölüb.
“Sputnik Armeniya” xəbər verir ki, bunu Respublikaçı Partiyasının üzvü Karen Avaqyan deyib.
M.Qriqoryan uzun sürən xəstəlikdən ölüb.
Muxalifet4 - 19-11-2020