Axtarış

The search found 105716 results in 0.029 seconds.

Search results

  1. “Rusiya ilə birlikdə 30 ildir soyuducuda saxlanılan problemin həllinə dəstək verdik...” - ƏRDOĞANIN ÇIXIŞI

    Azərbaycanla Ermənistan arasında Qarabağda hərbi əməliyyatların dayandırılması Türkiyə və Rusiyanın birgə səyləri ilə mümkün olub. Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    Muxalifet2 - 21-11-2020

  2. ŞOK MƏLUMAT: Gürcüstan rus nazirlərin ölkə üzərindən İrəvana uçuşuna icazə verməyib

    Məlum olduğu kimi, bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoygu ilə Xarici İşlər naziri Sergey Lavrov əvvəl Ermənistana, daha sonra isə Azərbaycana səfər ediblər. 
     
    Maraqlıdır ki, rus nazirləri səfərlərinə daha qısa marşrut olan Gürcüstandan üzərindən yox, Türkiyə üzərindən uçmağa üstünlük veriblər.

    Muxalifet2 - 21-11-2020

  3. “Tsxinvali də, Abxaziya da Gürcüstana qayıdacaq, Qarabağa Fizuli-Şuşa yolu elə-belə çəkilmir…” – SENSASİON MÜSAHİBƏ

    Müsahibimiz Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, İrəvan Türk Cümhuriyyətinin qurucularından biri, tarixçi alim Dilavər Əzimlidir. Onunla regionda baş verən siyasi prosesləri müzakirə etdik.

    Muxalifet2 - 21-11-2020

  4. GÜRCÜSTANDA MÜXALİFƏTSİZ SEÇKİLƏR BAŞA ÇATDI - Hakimiyyət qələbə qazandığını iddia edir / YENİLƏNİB

    Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblər.

    Bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

    Onun sözlərinə görə, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda səs verib:

    Muxalifet2 - 21-11-2020

  5. BAYRAQSIZ GÖRÜŞ… - Və ya Paşinyanın diplomatik "xilası əməliyyatı"

    Deyir, rus satqındır, ləyaqətsizdir, bizi türkə satdı...
    Deyir, biz arnoidik, bütün dünya arnoid xalqınındır, bizi rus parçaladı, Ermənistan düzəltdi, öz məqsədləri üçün...
    Deyir, erməni soyqırımını türklər tək törətməyib, rus da ona o vaxt kömək edib...Rusla terkün həmişə ermənilərlə bağlı gizli ittifaqı olub...
    Deyir, doxsanlarda ermənilər Qarabağı öz gücünə döyüşdü, aldı, rus kim idi ki?..
    Deyir, rus milləti əyyaş idi, biz onları dinə gətirmişik. Xaç çevirməyi rusa biz öyrətmişik, ermənilər...

    Muxalifet2 - 21-11-2020

  6. 18 gün komada qalan qazimiz evinə döndü - VİDEO

    Yaralı olduğu halda əsgər yoldaşlarının həyatını xilas edən və 18 gün komada qalan qubalı qazimiz evinə dönüb. Baku TV xəbər verir ki, onun dönüşü əsl bayram ab-havası yaradıb.

    Böyükdən-kiçiyə hər kəs əsgərin evi qarşısında onu qarşılayıb.

    Səkkiz ildir vətənə qulluq edən gizir Zeynal Fərzəliyevin əsas vəzifəsi yaralı əsgərlərimizə tibbi yardım göstərmək olub.

    Muxalifet2 - 22-11-2020

  7. Döyüşdə təkbaşına 30-dan çox düşməni məhv edən şəhid Beyrək - FOTO, VİDEO

    Sentyabrın 27-i başlayan Vətən müharibəsində misilsiz igidliyi ilə seçilən hərbçilərimizdən biri də Beyrək Fəzullayev olub. 

    Xüsusi Təyinatlı Qoşunların giziri olan Beyrək təkbaşına 30-dan çox ermənini məhv edib. 

    Oktyabrın 3-də şəhidlik zirvəsinə qovuşan Beyrəklə bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan fəxr edir. 

    Beyrək haqqında hazırlanmış süjeti təqdim edirik: 

    Muxalifet2 - 22-11-2020

  8. “Yaşıl zona”da ofis, “Babil”də nömrə, mədəni görüşlər və PKK-ya böyük susqunluq... - JALƏ MÜTƏLLİMOVA YAZIR

    Nəsir Məmmədov. Bu ad sizə tanış ola da bilər, olmaya da. Tanımayanlar üçün deyim ki, Nəsir müəllim Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkilidir. Haqqında məlumat axtarsam, bir müsahibəsini oxumaq istəsən də tutarlı nəyəsə rast gəlmək mümkün olmadı. Daha dəqiqi dövlət, millət üçün əhəmiyyətli nəyəsə rast gəlmədim. Sakit, axarı ilə, dünyada daha çox diaspora formatında keçirilən tədbirlər xaric.

    Muxalifet2 - 22-11-2020

  9. Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldıldı - FOTO

    Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

    Muxalifet.az bu barədə azərtac-a istinadən xəbər verir.

    İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

    Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.

    Muxalifet2 - 22-11-2020

  10. Ermənistanın sabiq baş naziri: Ordunun cənub korpusu Paşinyanın arvadına görə məğlub oldu

    Ermənistanın sabiq baş naziri Qrant Baqratyan general-polkovnik Movses Akopyana istinadən baş nazir Nikol Paşinyanın xanımını İkinci Qarabağ müharibəsi zamanı Cənub korpusunun məğlub olmasında ittiham edib.

    O, bu barədə erməni nəşri hayeli.am-a açıqlamasında bildirib.

    Bundan başqa, Q. Baqratyanın sözlərinə görə, bütün dövlətin hava hücumundan müdafiə sisteminin etibarlı olmadığı üzə çıxıb.

    Muxalifet2 - 22-11-2020

  11. Azərbaycan Ermənistanın əsir götürdüyü Amin və Bayramla bağlı hərəkətə keçdi - RƏSMİ

    Muxalifet2 - 22-11-2020

  12. Qarabağda Türkiyə hərbçilərinin xidmət müddəti bir il olacaq - RƏSMİ AÇIQLAMA

    “Mehmetçik Rusiya ilə yaradılacaq birgə mərkəzdə və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə bir il müddətində xidmət edəcək”. “TRT Haber”in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Xatırladaq ki, Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

    Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. 

    Muxalifet2 - 22-11-2020

  13. “ABŞ-da yüz minlərlə saxta səs aşkarlanıb” - TRAMP YENİ AÇIQLAMA YAYDI

    ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticələrini dəyişdirəcək seçki saxtakarlığı ilə bağlı dəlillərə malik olduğunu deyib.

    O, bu barədə "Twitter" hesabında yazıb.

    D.Tramp təəccüblə soruşub: "Tərəfdaşlarım yüz minlərlə saxta səs tapdıqları zaman Co Bayden niyə bu qədər sürətlə hökumət yaradır?".

    Trampın sözlərinə görə, saxtakarlıqla bağlı mövcud məlumatlar dörd ştatda səsvermə nəticələrini dəyişdirmək və seçkilərdə ümumi qələbə qazanmaq üçün kifayətdir.

    Muxalifet2 - 22-11-2020

  14. Azərbaycanın qələbəsi fonunda yoxa çıxan bez parçası - Paşinyan və Arutyunyan görüşündə məğlubiyyətin FOTOSU

    Ermənistanın Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi şücaət nəticəsində cəbhədə düçar olduğu acınacaqlı məğlubiyyət bu ölkənin diplomatiya müstəvisində də əl qolunu-bağlayıb.

    Hərb meydanında dərsini almadan əvvəl işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq təzyiq mexanizmlərinin işə salınmaması, bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşma və ikili startlardan “ürəklənərək” qondarma “DQR”i hətta danışıqlar masasına belə oturtmağa cəhd göstərirdi.

    Muxalifet2 - 22-11-2020

  15. Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər Füzuliyə səfər edib

    Ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin, o cümlədən səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfəri başlayıb.

    “Report”un işğaldan azad edilmiş Füzuliyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.

    Muxalifet2 - 22-11-2020

  16. Azərbaycanda koronavirusa yoluxanların sayı 3196 nəfərə çatdı - SON SUTKA ƏRZİNDƏ DAHA 24 NƏFƏR ÖLDÜ

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 196 yeni yoluxma faktı qeydə alınıb, 1 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet2 - 22-11-2020

  17. "Paşinyan alçaldılmış erməni dövlətçiliyinin rəmzidir" - Lilit Qalstyan

    Nikol Paşinyan nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçaldılmış dövlətçiliyimizin rəmzidir.

    Bunu "Daşnaksütyun" Erməni İnqilabi Federasiyası Ali Şurasının üzvü Lilit Qalstyan “Facebook” səhifəsində yazıb.

    "Mən Nikola baxıram. O, solğun və bədbəxt sifəti, qorxmuş səsi ilə Rusiya nümayəndə heyətinə nəsə deməyə çalışır. Bu məqamda Nikol nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçaldılmış dövlətçiliyimizin rəmzidir", - deyə o, baş naziri istefa verməyə çağırıb./Virtualaz.org

    Muxalifet2 - 22-11-2020

  18. Azərbaycan hərbçiləri Şuşada Xan çinarları əkdi - VİDEO

    Azərbaycan hərbçiləri Şuşada Gövhər Ağa məscidinin qarşısında Xan çinarları əkiblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Onlar qeyd edib ki, 20 ədəd ağac Gəncə şəhərindən gətirilib.

    Həmçinin, qeyd edilib ki, burada minlərlə ağac əkiləcək.

    Muxalifet2 - 22-11-2020

  19. Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı

    Rusiya ABŞ-da daxili-siyasi mübarizənin başa çatmasını gözləyir, Moskvanın prezident seçkilərinin qalibini təbrik etməsi məsələsində heç bir gizli səbəb yoxdur.

    “RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

    “Sizi əmin etmək istəyirəm ki, burada heç bir gizli səbəb yoxdur, kiminsə bizim xoşumuza gəlməsi və gəlməməsi məsələsi deyil. Biz, sadəcə, daxili siyasi mübarəzinin başa çatmasını gözləyirik. Biz ABŞ xalqının etimad göstərdiyi istənilən insanla çalışacağıq”, - deyə Rusiya lideri bildirib.

    Muxalifet2 - 22-11-2020

  20. Qazaxın 7 kəndinin qaytarılması nə vaxta qaldı? – SUALLAR ARTIR...

    10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına görə, Azərbaycanın erməni faşistlərinin işğal etdiyi bütün bölgələri özünə qaytarılır. Açıqlamada Kəlbəcər, Laçın, Ağdam bölgələrinin qaytarılması vaxt cədvəli ilə göstərilsə də , digər işğal yerlərinin konkret adları çəkilməyib. Amma Naxçıvana dəhliz açılması 30 ildir işğalda olan Kərki anklavını da içinə alacağından rahatsızlıq doğurmur. Qazaxın işğalda olan 7 kəndinin Ağdamla bir gündə yiyələrinə qaytarılacağını isə Türkiyə Prezidenti Ərdoğan bildirib. Yəqin ki, Ərdoğan bəyimizin boşuna söz demədiyi də heç kimə sirr deyil.

    Muxalifet2 - 22-11-2020

Pages