Axtarış

The search found 105716 results in 0.032 seconds.

Search results

  1. “Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

    “Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə dəstəyi göstərib. Mobil operator Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında virusa yoluxmuş insanların müalicəsi ilə məşğul olan bir sıra xəstəxanaların həkimlərinin nömrələrinin balansına 50 AZN yükləyəcək. Məqsəd  tibb personalının koronavirus infeksiyasına yoluxmuş şəxslərlə və onların yaxınları ilə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.
     

    Muxalifet2 - 25-11-2020

  2. İCRA BAŞÇISININ HƏBS MÜDDƏTİ UZADILDI - Məhkəmə qərar verdi

    Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Hakim Şəhla Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Muxalifet2 - 25-11-2020

  3. Azərbaycanda daha 3469 nəfər koronavirusa yoluxdu – 30 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

    Ölkəmizdə indiyədək ümumilikdə 102 396 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

    Muxalifet2 - 25-11-2020

  4. Futbol dünyasının əfsanəsi dünyasını dəyişdi - MARADONANIN ÜRƏYİ 60 YAŞINDA DAYANDI

    Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.

    "Clarin" nəşri xəbər verir ki, argentinalı veteran hücumçu 60 yaşında vəfat edib.

    Bu gün qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.

    Muxalifet2 - 25-11-2020

  5. Maradonanın ölümü əlaqədar Argentinada matəm elan edildi

    Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.

    Bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

    "Dieqo Armando Maradonanın ölümü ilə əlaqədar ölkə prezidenti bü gündən üçgünlük matəm elan edəcək", - bəyanatda deyilir.

    Qeyd edək ki, Maradona bu gün 60 yaşında ürək tutmasından ölüb.

    Muxalifet2 - 25-11-2020

  6. Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - VİDEO

    Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

    Muxalifet.az həmin görüntünü təqdim edir.

    Muxalifet2 - 25-11-2020

  7. Pele: Maradona kimi dostları itirmək kədərlidir

    "Futbol kralı" Pele əfsanəvi futbolçu Maradonanın ölümünə münasibət bildirib.

    Bu barədə Pele "Reuters"ə açıqlamasında deyib.

    "Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu harada isə səmada təpikləyəcəyik”, - Pele qeyd edib.

    Qeyd edək ki, futbolsevərlər, idman azarkeşləri, habelə bu sahənin mütəxəssisləri məhz onların arasında bütün vaxtların ən yaxşı futbolçusunu aşkar etməyə çalışaraq braziliyalı ilə Maradonanı daim müqayisə edirdilər.

    Dieqo Maradona bu gün 60 yaşında ürək tutmasından ölüb.

    Muxalifet2 - 25-11-2020

  8. Kəlbəcər qızıl yataqları kimin nəzarətindədir? - BÖYÜK MÜƏMMA

    Kəlbəcər işğaldan azad olunsa da, bu fikirləri rayonun ən strateji nöqtələrinə şamil etmək hələ ki mümkün deyil. Rayondakı strateji əhəmiyyətli yerlərdən olan Sərsəng su anbarı rusların xəritəsində keçmiş Ağdərə rayonunun ərazisinə düşdüyündən bu gün ordumuzun aldığı ərazilərdən kənarda qalır. Azərbaycanın 7-8 rayonunu su ilə təchiz edən su anbarının iqtisadiyyatımıza necə qazandıracağımız isə bilinmir. 

    Muxalifet2 - 25-11-2020

  9. Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

    Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.
     
    "Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncamla bu vəzifəyə Vəlahəddin Yusif oğlu Yunsurov təyin olunub. O, icra hakimiyyətinin başçısının müavini - Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edəcək.
     
    V. Yunsurov bu vəzifəyə qədər 4 saylı Ərazi Vergilər İdarəsində Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Muxalifet2 - 25-11-2020

  10. “HƏTTA ERMƏNİSTANIN ÖZÜ QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANIMAYIB” – Fransa XİN

    Fransanın Xarici İşlər Nazirliyidən Senatın “DQR”-in müstəqilliyinin tanınması ilə bağlı bu gün qəbul etdiyi qətnaməni şərh ediblər.

    “Dağlıq Qarabağın müstəqilliyinin birtərəfli qaydada tanınması nə Ermənistanın, nə Qarabağ əhalisinin, nə də Fransanın özünün xeyrinə olmayacaq”, - Fransa XİN-in katibi Jan-Batist Lemuan bəyan edib.

    “Qarabağın müstəqilliyini heç bir ölkə, hətta Ermənistanın özü belə tanımayıb”, - Lemuan qeyd edib.

    Muxalifet2 - 25-11-2020

  11. FRANSA SENATI "DQR"-in MÜSTƏQİLLİYİNİ TANIDI - "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil"

    "Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də müzakirə edilərək qəbul olunmuşdur.

    Muxalifet2 - 25-11-2020

  12. Ermənilər Çərəktar kəndinə od vurub çıxdılar... - İndi isə deyirlər ki, kənd onlarda qalır

    10 noyabr üçtərəfli razılaşması əsasında Kəlbəcər rayonunun işğaldan azad edilməsi və Azərbaycanın nəzarətinə qaytarılması bu torpaqlarda mülki işğalçılar qismində yaşayan ermənilər üçün tragikomik epizodla müşaiyət olunub.

    Muxalifet2 - 25-11-2020

  13. "Qarabağı artıq ürəyimlə deyil, gözlərimlə görəcəm" - FRANSA SENATORU

    Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib.

    Muxalifet2 - 26-11-2020

  14. ATASININ ÖLÜM XƏBƏRİNİ EŞİTDİ, ÜRƏYİ TUTDU... - Maradonanın oğlu reanimasiyaya yerləşdirilib

    Ötən gün dünyasını dəyişmiş əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo atasının ölümü haqqında bildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün tvitterdəki səhifəsində bildirib.

    Muxalifet2 - 26-11-2020

  15. Maradonanın son sözləri məlum oldu

    "Mirror" nəşri Argentina mənbələrinə istinadən əfsanəvi futbolçu Dieqo Maradonın həyatın son saatları haqqında informasiya yayıb.

    Məlumata görə, Maradona səhər bənizi solğun halda oyanıb və soyuqdan şikayət edib, ancaq səhər yeməyini yeyə bilib. O, sonra yatağına qayıdıb və bu zaman "Me siento mal" (ispan dilindən tərcümədə özümü pis hiss edirəm deməkdir – red) - son sözlərini deyib.

    Muxalifet2 - 26-11-2020

  16. Azərbaycan neftinin qiyməti sürətlə artır - SON QİYMƏT...

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,62% artıb.

    Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 48,37 ABŞ dolları təşkil edib.

    Muxalifet2 - 26-11-2020

  17. Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO

    Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib. 

    TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, - məlumatda bildirilib. 

    Muxalifet2 - 26-11-2020

  18. Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq

    Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

    Mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq.

    Vidalaşmaq istəyənlərin qəbulu əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.

    Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.

    Muxalifet2 - 26-11-2020

  19. “TÜRKİYƏ ORDUSU QARABAĞA GƏLİR, PUTİN ƏVƏZİNDƏ...” – “Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir...”

    “Ermənistan girova çevrilir, Türkiyə nüfuzlu xarici oyunçu kimi çıxış edir, Azərbaycan isə hərbi qələbənin siyasi nəticələrini möhkəmləndirir”

    Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda yaranmış mövcud vəziyyəti şərh edərkən Türkiyənin buradakı roluna xüsusi olaraq toxunub. Sözsüz ki, o, bu mövzudan yan keçə bilməzdi.

    Muxalifet2 - 26-11-2020

  20. Fransanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilir - CANLI YAYIM

    Bu dəqiqələrdə Fransa Senatının separatçı "DQR"nin tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə qarşı Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir.

    Onlarla insan "Fransaya ayıb olsun" və "Qarabağ - Azərbaycandır" şüarlarını səsləndirir.

    Muxalifet2 - 26-11-2020

Pages