Axtarış

The search found 105716 results in 0.03 seconds.

Search results

  1. “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz” - Metyu Brayza

    Baş verənlərdən sonra deyə bilərik ki, ATƏT-in Minsk Qrupu mövcud formatda ola bilməz. Bunu Media.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

    O, Fransa Senatının sadəcə mənasız olan qətnaməsindən heç bəhs etmək belə istəmədiyini deyərək, Parisin ümumiyyətlə bir tərəfə - Ermənistana tam dəstək göstərdiyini vurğulayıb.

    “Fransa sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçisi ola bilməz”, - deyə politoloq əlavə edib.

    Muxalifet2 - 28-11-2020

  2. “RUS SÜLHMƏRAMLILARI QARABAĞDA 5 İL QALASI DEYİL...” - “Rusiya burada hansısa formada hegemonluq edə bilməyəcək, çünki yanında Türkiyə var”

    Fəzail Ağamalı:“Yaxin 4-5 ildə Ermənistan dövləti olmayacaq...Kəlbəcər və ya Ağdərədə yaşayan ermənilər də oranın müvəqqəti sakinləridir...”

    Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noybrda imzaladıqları razılaşmanın şərtləri yerinə yetirilməkdədir. Bununla belə, rus sülhməramlılarının, eləcə də ermənilərin bəzi addımları ciddi narahatlıq yaradır.

    “AzPolitika.info” bu mövzu ətrafında Ana Vətən Partiyasının sədri və Milli Məclisin deputatı Fəzail Ağamalı ilə söhbətləşib:

    Muxalifet2 - 28-11-2020

  3. Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə etdi

    Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

    Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

    Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib

    Muxalifet2 - 28-11-2020

  4. Biləsuvarda şəhid kapitan dəfn olundu - İKİ AYA YAXINDIR AXTARILIRDI... / Fotolar

    Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.

    Muxalifet.az xəbər verir ki, şəhidlə əvvəlcə Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində vida mərasimi baş tutub.

    Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

    Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.

    Muxalifet2 - 28-11-2020

  5. Azərbaycanda koronavirusa yoluxanların sayında REKORD ARTIM - DAHA 32 NƏFƏR ÖLDÜ

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

    Hazırkı dövrədək Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 011 nəfərdir.

    Muxalifet2 - 28-11-2020

  6. Füzulidə avtomobil minaya düşüb - 4 NƏFƏR HƏLAK OLUB

    Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.

    Muxalifet2 - 28-11-2020

  7. Minaya düşərək həlak olanlar bir ailənin üzvləridir

    Füzuli rayonunun Aşağı Seyidəhməli kəndində minaya düşən 4 nəfərdən 3-nün bir ailənin üzvü olduğu məlum olub.

    “Report” xəbər verir ki, həlak olanlar Hacıyev Şakir və Hacıyev Firudin qardaşdır. Həlak olan Adilzadə Zibeydə isə Ş.Hacıyevin qızıdır.

    Muxalifet2 - 28-11-2020

  8. Füzulidə həlak olanlardan biri baş redaktordur - YENİLƏNİB

    Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olanlardan biri jurnalistdir.

    “Report”un xəbərinə görə, ölənlərdən Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.

    Hadisə zamanı avtomobildə onunla birgə atası Hacıyev Şakir Məhərrəm oğlu və digər qohumları da həlak olub.

    Muxalifet2 - 28-11-2020

  9. Kəlbəcər rayonunun kəndlərinin görüntüləri - VİDEO, FOTO

    Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videogörüntülərini yayıb.

    Muxalifet.az həmin görüntüləri təqdim edir.

    Muxalifet2 - 29-11-2020

  10. Tayson Consla döyüşündən sonra rinqi qalmaqalla tərk etdi - YENİLƏNİB / VİDEO

    ABŞ-ın Kaliforniya ştatındakı Karson şəhərində əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirilib.

    Belə ki, hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb. Bu barədə görüş bitdikdən sonra elan verilib.

    Hər iki boksçu qərardan narazı qalıb. Qələbəni özünün qazandığına əminliyini vurğulayan Tayson döyüşün ardından rinqi qalmaqalla tərk edib. O, nəticə ilə qəti razı olmadığını açıqlayıb. Cons isə qələbə üçün hər şey etdiyini bildirib.

    Muxalifet2 - 29-11-2020

  11. Füzulidə minaya düşən avtomobilin dəhşətli görüntüləri - FOTOLAR

    2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

    Muxalifet2 - 29-11-2020

  12. 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik" - SENSASİON AÇIQLAMA

    Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Stepanakertin (Xankəndi) itirilməsinin mümkünlüyü barədə xəbərdar edib.

    Bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib.

    Muxalifet2 - 29-11-2020

  13. “Putin və onun quldur rejiminin vaxtı bitir” - "THE TIMES"

    Hələ ABŞ-dakı prezident seçkilərindən öncə də analitiklər demokratların namizədi Co Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə, Rusiya ilə münasibətlərdə ciddi gərginlik yaşanacağını vurğulayırdılar. Görünən odur ki, hazırda Rusiyanın geostrateji cəhətdən ətrafı daralmağa başlayır. Moskva Ukraynanı faktiki olaraq itirdikdən sonra növbə Belarusa və Moldovaya da çatıb. Kreml isə, bütün baş verənlərdə Qərbi günahlandırır.

    Muxalifet2 - 29-11-2020

  14. “Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - İDDİA

    Kriminal aləmdə "Lotu Quli" kimi tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun ətrafı onun öldürülmə səbəbinin kəsilmiş qulağa görə intiqam olduğunu hesab edir.

    Muxalifet.az oxu.az-a istinadən bildirir ki, Türkiyədə öldürülən "Quli"nin ortaqları qətllə bağlı öz araşdırmalarını aparıblar. Onlar əmindirlər ki, cinayətin təşkilatçısı Rafiq Eyvazovdur ("Rafiq Massalinski").

    Muxalifet2 - 29-11-2020

  15. Qurban Qurbanov koronavirusa yoluxub

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

    Bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.

    O, baş məşqçinin Türkiyədən qayıdarkən yolda özünü narahat hiss etdiyini bildirib: "İlk testi müsbət çıxdı. Risk etmək istəmədik. Klubun bazasında özünü təcrid edib. Növbəti dəfə test verəcək. İnanırıq ki, hər şey yaxşı olacaq"./report

    Muxalifet2 - 29-11-2020

  16. "HÖKUMƏT HÖRMƏTLİ ŞƏXSLƏR TƏRƏFİNDƏN QURULMALIDIR" - Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı

    "Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb olan hökumət getməlidir”.

    Bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə bildirib.

    Onun sözlərinə görə, əgər siyasətçi güclüdürsə yenidən iqtidara qayıda bilər:

    Muxalifet2 - 29-11-2020

  17. Azərbaycanda daha 4170 nəfər koronavirusa yoluxdu – 38 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 170 yeni yoluxma faktı qeydə alınıb, 1 985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet2 - 29-11-2020

  18. RUSİYA XANKƏNDİNƏ 60-dan ÇOX HƏRBİ HƏKİM GÖNDƏRDİ! - Rəsmi Bakı ilə razılaşdırılıbmı? + VİDEO

    Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib. Bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinin açıqlamasına istinadla xəbər yayıb.

    Birinci hissəyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

    Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək ediblər.

    Muxalifet2 - 29-11-2020

  19. AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ƏSGƏRLƏRİ ZOD MƏDƏNİNDƏ ÜZ-ÜZƏ - VİDEO

    Kəlbəcərin Zod kəndində yerləşən qızıl mədənində Azərbaycan və Ermənistan dövlət sərhədindən yeni video yayılıb.

    Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Yayılmış videodan aydın olur ki, dövlət sərhədində hər iki ölkənin silahlı qüvvələri üz-üzə durublar.

    Muxalifet2 - 29-11-2020

  20. "PUTİN BİLDİRDİ Kİ, ƏLİYEV BUNA RAZIDIR, LAKİN..." - Paşinyan Qarabağla bağlı danışıqların bəzi detallarını açıqlayıb

    Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatlar zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə gün ərzində ikinci bəyanatla çıxış edib.

    O, bu bəyanatı “Facebook” səhifəsində yayımlayıb.

    Onun sözlərinə görə, oktyabrın 19-da "dqr" in rəhbəri Araik Arutyunyan ona zəng edib. O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosya, Robert Koçaryan və Serj Sarqsyanın mövqelərini çatdırıb.

    Muxalifet2 - 29-11-2020

Pages