Axtarış

The search found 105716 results in 0.031 seconds.

Search results

  1. İlham Əliyev xalqa müraciət edir - VİDEO / YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edir.

    Muxalifet.az müraciəti oxucularına təqdim edir:

     

    Muxalifet4 - 1-12-2020

  2. “Minlərlə Azərbaycan əsgəri artilleriya atəşləri altında Şuşaya doğru gedirdi...” - ZORİ BALAYANIN OĞLU VƏ NƏVƏSİ DƏ AZƏRBAYCANA QARŞI DÖYÜŞÜB

    Bədnam erməni yazıçısı, Qarabağda erməni separatizminin banilərindən biri və əli dinc azərbaycanlıların qanına batmış Zori Balayanın oğlu və nəvəsi də ikinci Qarabağ müharibəsində könüllü dəstələrin tərkibində Azərbaycana qarşı döyüşüb. Virtualaz.org xəbər verir ki, Yerevanda tanınmış cərrah olan Hayk Balayan və onun oğlu Zori (alçaq babasının şərəfinə onu belə adlandırıblar) Ağdərə istiqamətində ermənilərin kəşfiyyat-diversiya dəstəsinin tərkibində döyüşlərdə iştirak edib.

    Muxalifet4 - 1-12-2020

  3. Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar - DƏHLİZDƏ XİDMƏTÇİ-İŞÇİ KİMİ 200 ERMƏNİ QALACAQ

    Noyabrın 30-da saat 18:00-da Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərin öz evlərini tərk etmə müddəti başa çatıb. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar.

    Muxalifet4 - 1-12-2020

  4. Rusiya-Türkiyə Qarabağda Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzaladı

    Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib.

    Qeyd olunur ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında əldə edilən üçtərəfli bəyanatdan sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında razılaşmanın layihəsi onlayn formatda imzalanmışdı.

    Muxalifet4 - 1-12-2020

  5. NATO QARABAĞDA RUSİYA İLƏ ÜZ-ÜZƏ! – Alyans Rusiyanın hərbi mövcudluğunu genişləndirməsindən narahatçılıq keçirir...

    Türkiyənin simasında NATO Qarabağda Rusiya ilə üz-üzədir və şübhəsiz ki, NATO Rusiyanı bölgədə sıxışdırmağa çalışacaq. Bu isə bizim üçün müsbət sonluqla bitə bilər. Yəni Cənubi Qafqaz birdəfəlik Rusiyanın caynağından xilas ola bilər.

    Muxalifet4 - 1-12-2020

  6. İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ

    Prezident İlham Əliyevin xalqa müraciət edib.
     
    Muxalifet.az
     report-a istinadən müraciətin mətnini təqdim edir:
     

    -Əziz həmvətənlər.

    Muxalifet4 - 1-12-2020

  7. Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - ƏHALİYƏ XƏBƏRDARLIQ

    “Ölkəmizdə mövcud vəziyyət ondan ibarətdir ki, yoluxma hallarının sayında artım tendensiyası davam etməkdədir. Görülən tədbirlərin effektivliyi əhalinin nə dərəcədə qaydalara əməl etməsindən çox asılıdır”. Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

    Muxalifet4 - 1-12-2020

  8. “Qarabağ, sən indi xoşbəxtsən” - Çak Norrisdən AÇIQLAMA / VİDEO

    Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.
     
    O, açıqlamasında “Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən” deyib. 
     
    Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

    Muxalifet4 - 1-12-2020

  9. 28 ERMƏNİNİ MƏHV EDƏN ŞƏHİDİN ATASI: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEOREPORTAJ

    “Mən Laçına getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım”. Bunu İkinci Qarabağ Müharibəsində iştirak edən, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fərid İlyasovun anası Bəsirə İlyasova deyib.

    Şuşa uğrunda gedən döyüşlərdə bir saat ərzində 28 ermənini öldürən F.İlyasov ailəsinə vətəni onlardan çox istədiyini deyib: 

    Muxalifet4 - 1-12-2020

  10. “Ermənilər burada ölülərlə döyüşürdü...” - “DOJD” TELEKANALI FÜZULİDƏ / VİDEO

    Rusiyanın “Dojd” telekanalı “Burada və indi” layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhəri ilə bağlı reportaj yayımlayıb.  

    Reportajda jurnalist Vladimir Romenski bildirir ki, ətrafda tutqun mənzərə hökm sürür: erməni hərbçilərinin atdığı hərbi sursatlar, hər yerdə dağıdılmış binalar, vurulmuş hərbi texnika...

    Reportajda 1890-cı ildə tikilmiş Hacı Ələkbər məscidinin kadrları yer alıb. Hazırda bu məscidin yalnız bir divarı qalıb.

    Muxalifet4 - 1-12-2020

  11. Bakıda xüsusi hərəkət zolaqları yaradılır

    Bakı şəhərinin daha 10 küçə və prospektində avtobuslar üçün xüsusi hərəkət zolaqlar çəkilir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyası tərəfindən həmin 10 küçədə xüsusi zolaqların çəkilməsinə rəy verilib.

    Muxalifet2 - 1-12-2020

  12. "Xəyalların və mümkünsüzlərin ardınca qaçdıq..." - Petrosyanın müşaviri

    Muxalifet2 - 1-12-2020

  13. Azərbaycanda koronavirusdan ölənlərin sayında rekord artım - SON SUTKA ƏRZİNDƏ DAHA 4426 NƏFƏR VİRUSA YOLUXUB

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
    İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

    Muxalifet2 - 1-12-2020

  14. Şəhid və qazi ailələrinə nə qədər təqaüd veriləcək?

    Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilər üçün maddi və psixoloji güzəştlər nəzərdə tutulub.

    “Report” xəbər verir ki, bu yardım təqaüd şəklində həyata keçiriləcək.

    Belə ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təşkil edir.

    Muxalifet2 - 1-12-2020

  15. “Döyüşdə onların zirehli jiletləri belə olmayıb...” - ERMƏNİ HƏRBÇİLƏRİN AİLƏLƏRİ ETİRAZ EDİR

    Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Eçmiədzin hərbi hissəsinin qarşısında etiraz aksiyası keçirirlər.

    Aksiya iştirakçıları onlara itkin düşmüş hərbçilər haqqında heç bir məlumatın verilməməsindən şikayət ediblər. Valideynlərdən biri aksiya zamanı erməni jurnalistə deyib:

    "60 nəfərdən 34-ü itkin düşdü. Bizə heç bir məlumat verilmir. Hərbi hissədən deyirlər ki, hansısa məlumat verməyə səlahiyyətləri çatmır".

    Muxalifet2 - 1-12-2020

  16. Türkiyəli məmur 27 il əvvəl Qarabağın azad olunması üçün qurban dedi - QƏLƏBƏDƏN SONRA KƏSİB KASIBLARA PAYLADI / FOTO

    Türkiyənin İğdır vilayətinin Fövqəladə Hallar və Təcili Yardım İdarəsinin (AFAD) müdiri Bülent Zeğem 27 il əvvəl Qarabağın işğaldan azad edilməsi üçün qurban deyib. Azad edilən torpaqlara Azərbaycan bayraqları sancılandan sonra Bülent Zeğem qurbanlar kəsib, aztəminatlı ailələrə paylayıb.

    Muxalifet2 - 1-12-2020

  17. Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

    Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək. Hərbi mənbələrdən Modern.az-a verilən məlumata görə, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.

    Muxalifet2 - 1-12-2020

  18. Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələri gətirilir - VİDEO

    Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

    Muxalifet2 - 1-12-2020

  19. Bakı erməni əsirləri küçələrə çıxarmağı planlaşdırmır - RƏSMİ

    Azərbaycan hakimiyyəti qələbə münasibətilə keçiriləcək parada erməni əsirləri çıxarmağı planlaşdırmır. Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 dekabr tarixli məlumatında deyilir.

    Muxalifet2 - 1-12-2020

  20. “MOSKVA DONDURULMUŞ VƏZİYYƏTİ SEVİR...” - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər

    “Dağlıq Qarabağ sülh sazişində Putin zirək tərpənərək yeni yanaşma ortaya qoydu”. “The New York Times” qəzetinin dekabrın 1-də dərc etdiyi məqalə belə adlanır.

    Muxalifet2 - 1-12-2020

Pages