Axtarış
The search found 105716 results in 0.033 seconds.
Search results
Hərbi qənimətlər Bakıda - FOTO
Erməni işğalçılarının tərk edərək qaçdığı və Ordumuzun qənimət kimi götürdüyü hərbi texnikalar artıq paytaxt Bakıya gətirilib.
Bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.
Hərbi qənimətlərin yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulan qələbə paradında nümayiş etdiriləcəyi güman olunur.
Muxalifet2 - 2-12-2020
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
Donald Tramp administrasiyası adına qatıldığı son NATO iclasında Türkiyəni hədəf seçən ABŞ Dövlət katibi Mayk Pompeoya Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sərt cavab verib.
Bu barədə “Haber Global” məlumat yayıb.
ABŞ Dövlət katibi Mayk Pompeo Ankaranı Aralıq dənizində müttəfiqləri ilə gərginliyi artırmaq və Rusiya istehsalı HHM sistemini almaqla bir növ Kremlə hədiyyə verməkdə ittiham edib.
Gündəmdən kənara çıxaraq Türkiyəni hədəf seçən M.Pompeoya Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu cavab verib.
Muxalifet2 - 2-12-2020
"SƏNDƏN MƏNƏ QARDAŞ OLMAZ, SƏN ERMƏNİSƏN!" - Azərbaycan əsgəri ilə erməninin dialoqu / VİDEO
Qarabağda qanunsuz məskunlaşdırılmış, təhvil müddəti tamamlansa da, ərazilərimizdən çıxmamış bir erməni ilə azərbaycanlının dialoqunu əks etdirən görüntülər yayılıb. Görüntüləri Baku TV əldə edib.
Videodan aydın olur ki, azərbaycanlı hərbçi ürək yanğısı ilə erməniyə kəndlərimizi yandırdıqlarını deyir. Erməni isə cavabında onun bu işdə əli olmadığını, bunun “böyüklərin işi” olduğunu dilə gətirir.
Muxalifet2 - 2-12-2020
Tanınmış vəkil koronavirusdan vəfat etdi
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov vəfat edib.
Bu haqda xəbəri onun həmkarı Aqil Layıc paylaşıb. Bildirilir ki, A.İsmayılov koronavirusdan dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Muxalifet4 - 3-12-2020
Ermənistanda Paşinyanın yerinə namizəd seçildi - SABİQ BAŞ NAZİR VAZGEN MANUKYAN
Ermənistanda Nikol Paşinyanın yerinə müxalifətin vahid namizədi sabiq baş nazir və müdafiə naziri Vazgen Manukyan olacaq.
Bunu "Vətən" Partiyası İdarə Heyətinin üzvü Robert Arutyunyan deyib.
"İnterfaks"ın Ermənistanın müxalifət dairələrindəki qaynaqları da bu familiyanı çəkiblər.
"Vazgen Manukyan Ermənistan keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq", - deyə Rusiya nəşrinin həmsöhbəti bildirib.
Muxalifet4 - 3-12-2020
aşinyan yenə gülünc vəziyyətə düşdü - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin iştirakı ilə videokonfrans formatında keçirilən sammitdə biabır olub.
Paşinyan çıxışı zamanı gülünc vəziyyətə düşüb. Belə ki, o, Qarabağ müharibəsi haqqında danışmaq istəyərkən mikrofonunun səsi kəsilib.
Paşinyanın, həmçinin ciblərindəki mobil telefonları və digər elektron cihazları çıxararaq kənara qoyması da diqqət çəkib.
Muxalifet4 - 3-12-2020
ƏRDOĞAN AZƏRBAYCANA GƏLİR ... - Qələbə paradında iştirak etmək üçün
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək.
Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Qeyd olunub ki, hazırda Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi üçün hazırlıq işləri görülür. Səfərin önümüzdəki həftə ərzində baş tutacağı gözlənilir.
"RİA Novosti” məlumat yayıb ki, səfər dekabrın 10-da baş tutacaq. R.T.Ərdoğan Bakıda Qələbə paradında iştirak edəcək.
Muxalifet4 - 3-12-2020
AZƏRBAYCANDA DAHA BİR TENDER SAXTAKARLIĞI - 190 min manat vergi borcu olan şirkət qalib elan edildi
Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi qazanxana-istilik sistemlərinin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Muxalifet.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Parlaq-N" MMC-dir.
Qalib şirkətə 2,025 milyon manat ödəniləcək.
"Parlaq-N"in bu günə 191 501 manat vergi borcu var.
Muxalifet4 - 3-12-2020
Bakıda hərbi parada hazırlıq işləri görülür - VİDEO
Yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçirliməsi planlaşdırılır.
"Report" xəbər verir ki, hazırda Azadlıq Meydanında “Formula 1” stendləri sökülərək, təntənəli parada hazırlıq işləri görülür.
Xatırladaq ki, sentyabrın 27-də başlayan və noyabrın 10-da bitən İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb.Muxalifet4 - 3-12-2020
Azərbaycanda Zəfər Gününün vaxtı Atatürkə görə dəyişdirildi-noyabrın 8-i qeyd olunacaq - PREZİDENT ADMİNİSTRASİYASININ MƏLUMATI
Azərbaycan Prezidentinin Administrasiyası Zəfər Gününün vaxtının dəyişdirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Muxalifet4 - 3-12-2020
Azərbaycanda prokuror koronavirusdan vəfat etdi
Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.
Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
Şıxəli Alməmmədov sabah Göygöl rayonunda torpağa tapşırılacaq.
Muxalifet2 - 3-12-2020
“Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük” - “Rembo” ləqəbli qazi / FOTOLAR
44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri də döyüşlərdə qəhrəmanlığı ilə ad çıxarmış “Rembo” ləqəbli kəşfiyyatçı Dursun Manafovdur. “Qafqazinfo” döyüşlərdə iki dəfə ağır yaralanan, bir gözünü itirən və hazırda hərbi hospitalda müalicə alan 26 yaşlı qazimizlə telefonla söhbətləşib.
Muxalifet2 - 3-12-2020
II QARABAĞ SAVAŞINDA 2783 ŞƏHİD VERMİŞİK, 100-DƏN ARTIQ İTKİNİMİZ VAR - Müdafiə Nazirliyindən rəsmi açıqlama
Azərbaycan Müdafiə Nazirliyi ordumuzun torpaqların azad edilməsi uğrunda apardığı 44 günlük müharibə zamanı nə qədər itki verdiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumatda deyilir ki, Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.
Muxalifet2 - 3-12-2020
İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir - DAHA “KRASUXA” ONA HEÇ NƏ EDƏ BİLMƏYƏCƏK...
İsrailin “Israel Aerospace Industries” şirkəti Qarabağda gedən 44 günlük müharibənin təcrübəsini nəzərə alaraq “Harop” zərbə pilotsuz aparatının (“dron-kamikadze”) modernizasiyasına başlayıb. Bu nüfuzlu hərbi sənaye müəssisəsi “Harop” zərbə dronlarını Rusiyanın “Krasuxa-4” radioelektron mübarizə sistemini məhv edə biləcək şəkildə modernizə edir.
Muxalifet2 - 3-12-2020
"Qarabağ" - "Makkabi" matçında ikinci hissə başladı - YENİLƏNİR
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda ikinci hissə start götürüb.
İlk yarıdan sonra hesab bərabərdir - 1:1.
***22:42
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda birinci hissə başa çatıb.
Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Muxalifet2 - 3-12-2020
Azərbaycanda daha 4189 nəfər koronavirusa yoluxdu – 40 PASİYENT VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.
Muxalifet2 - 3-12-2020
"Euronevs" işğaldan azad edilmiş Suqovuşandan süjet yayımladı - VİDEO
"Euronevs" telekanalı erməni işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndi haqqında süjet yayımlayıb.
Süjetdə deyilir ki, Qarabağ münaqişəsi zonasında bu yaxınlarda aparılan hərbi əməliyyatlar zamanı Bakının nəzarətinə keçən ilk yaşayış məntəqələrindən biri Madagiz, tarixi adı artıq bərpa olunmuş Suqovuşan kəndi olub.
Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.
Muxalifet2 - 4-12-2020
Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verdi - "2 783 QARDAŞIMIZI RƏHMƏTLƏ YAD EDİRİK..." / FOTO
Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib.
Bu barədə diplomatik nümayəndəliyin tvitter səhifəsində paylaşım edilib.
“Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - səfirlikdən bildirilib.
Muxalifet2 - 4-12-2020
RƏSMİ BAKI FRANSA SƏFİRİNƏ NOTA TƏQDİM EDƏCƏK - Azərbaycan XİN-ə çağırılacaq
“Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir. Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir”.
Bu barədə Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.
Muxalifet2 - 4-12-2020
Azərbaycanda şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Vətən müharibəsində şəhid olanların xatirəsi yad edildi.
Muxalifet.az xəbər verir ki, şəhidlərin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.Muxalifet2 - 4-12-2020