Axtarış

The search found 105724 results in 0.057 seconds.

Search results

  1. Qarabağ müharibəsinin ardınca: Rusiya zərbə dronları ilə silahlanmaq üçün tələsir - “MÜƏSSİSƏLƏRƏ GÖSTƏRİŞ VERİLİB...”

    Rusiya Müdafiə Nazirliyi yerli hərbi sənaye müəssisələrindən zərbə pilotsuz aparalarının işlənib hazırlanmasını sürətləndirməyi xahiş edir. Bu barədə jurnalistlərə “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

    Muxalifet2 - 7-12-2020

  2. Qarabağda yaralanan əsgərlərin puluna tamah saldı, saxlanıldı - DTX-dan ƏMƏLİYYAT / VİDEO

    Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.

    Muxalifet2 - 7-12-2020

  3. Azərbaycanda partiya sədri vəfat etdi - KORONAVİRUSDAN

    Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib.

    “Report” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

    M.Səfərli 62 yaşında koronavirusdan vəfat edib.

    Qeyd edək ki, M.Səfərli 1958-ci ildə anadan olub. O, Milli Məclisin II çağırış (2000-2005) deputatı olub. 1993-cü ildən isə Azərbaycan Yurddaş Partiyasının sədri idi.

    Allah rəhmət eləsin!

    Muxalifet2 - 7-12-2020

  4. ATANIN ALA BILMƏDİYİ HADRUTA OĞUL BAYRAQ SANCDI - VİDEOREPORTAJ

    Vətən Müharibəsində qanı müqəddəs torpaqlara qarışan igidlərdən biri də baş leytenant Səid Qasımlıdır. APA TV-nin xəbərinə görə, Səid 1990-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 3 yaşı olarkən erməni qəsbkarları tərəfindən doğulduğu qəsəbə işğal edilib. Bundan sonra ailənin ağrı-acı dolu məcburi köçkünlük həyatı başlayıb.

    Muxalifet2 - 7-12-2020

  5. Şəhid anası ona verilən 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı

    Azərbaycanda şəhid ailəsi dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

    "Report" xəbər verir ki, Vətən müharibəsində şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini, şəhid Zülfüqarov Məlik Kamran oğlunun ailəsinə 10 min manat məbləğində birdəfəlik yardım ayrılıb.

    Şəhidin anası həmin vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb

    Muxalifet2 - 7-12-2020

  6. “DEYİRDI Kİ, MƏN O TORPAQLAR UĞRUNDA ŞƏHİD OLSAM, AĞLAMA” - 18 yaşlı şəhidimizlə bağlı - VİDEOREPORTAJ

    Deyirdi ki, mən o torpaqlar uğrunda şəhid olsam, ağlama”.

    Bu sözləri 44 günlük Vətən müharibəsinin şəhidi Mənsur Əhmədovun babası Mamed Əhmədov onun haqqında xatirlərini bölüşərkən deyib.

    Şəhidimizin anası Səmayə Əhmədova isə bildirib ki, Mənsurun bir arzusu var idi, o da Laçını görmək.

    Daha ətraflı AZTV-nin videoreportajında:

    Muxalifet2 - 7-12-2020

  7. AZƏRBAYCANDA DAHA 43 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində yoluxma sayında nisbətən azalma qeydə alınıb

    Azərbaycanda daha 3086 nəfər COVID-19-a yoluxub, 1781 nəfər sağalıb, 43 nəfər vəfat edib

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

    Muxalifet2 - 7-12-2020

  8. Azərbaycanda hərbi vəziyyət ləğv edilir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan "Hərbi vəziyyətin ləğv olunması haqqında" Fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq.

    Bu barədə MM-dən məlumat verilib.

    Məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.

    Muxalifet2 - 7-12-2020

  9. Yaralı halda əsgərini çiynində daşıyan çavuşumuz: “Düşmən hətta şalvarını soyunub qaçırdı” - VİDEO

    Əslən Kəlbəcər rayonundan olan Şirin Musayevin məcburi köçkün düşən zaman iki yaşı olub. Orta məktəbi bitirəndən sonra hərbçi olmağa qərar verib. Manqa komandiri vəzifəsinədək yüksəlib. Vətən müharibəsində mərdliklə döyüşüb. Laçın istiqamətində gedən döyüşlərdə əsgərini xilas edərkən yaralanıb. 

    Baku TV xəbər verir ki, Şirin Musayev döyüş zamanı ordumuzun ruh yüksəkliyindən, döyüş əzmindən, düşmənin bizdən dəfələrlə zəif olmasından fəxrlə danışır.

    Bu gün qazimiz öz ailəsinin, sevdiklərinin yanına qayıdıb.

    Ətraflı Baku TV-nin hazırladığı süjetdə:

    Muxalifet2 - 7-12-2020

  10. Bakıda bina söküntüsü ilə bağlı şirkətdən AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

    Bakı şəhəri, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan 16 saylı binanın  sakinləri tam olaraq köçürülüb və  yerində yeni, müasir binanın inşası məqsədilə söküntü işlərinə başlanılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a “Ailə Park” MTK-dən məlumat verilib.

    Bildirilib ki, söküntü zamanı bütün təhlükəsizlik tədbirlərinə əməl olunur:

    Muxalifet2 - 7-12-2020

  11. “Rasim Musabəyovun deputat mandatı daşımasından çox təəssüflənirəm” - DEPUTAT

    “Şanlı Türkiyə Ordusu göydə də, yerdə də, qəlbimizdə də bizimlədi”.
     
    Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Demokrat.az-a açıqlamasında bildirib.

    Deputat qeyd edib ki, bir neçə gün öncə Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya telekanalına hər birimizdə təəccüb və hiddət doğuran müsahibə verib:

    Muxalifet2 - 7-12-2020

  12. “AZƏRBAYCAN ORDUSUNUN TAM QƏLƏBƏSİ VƏ ERMƏNİLƏR ÜÇÜN BREST MÜQAVİLƏSİ...” - Qarabağ savaşındakı qələbəmiz postsovet məkanını nədən hərəkətə gətirib?

    Azərbaycan Ordusunun Vətən Müharibəsindəki şanlı qələbəsi bütün dünyada hərb tarixinə düşəcək möhtəşəm hadisə kimi qiymətləndirilir. Postsovet məkanında isə bu savaş ərazi bütövlüyü problemi olan Ukrayna, Moldova və Gürcüstan kimi ölkələr üçün nümunə olaraq göstərilir və bununla bağlı xüsusilə Rusiya mətbuatında tez-tez müzakirələr açılır. Rusiyanın məlum dairələrində eyni prosesin xüsusilə Donbasda və Dnestryanıda təkrarlanmasından qorxanların sayı getdikcə çoxalır.

    Muxalifet2 - 7-12-2020

  13. TÜRKİYƏNİN TELEVİZİYA RƏHBƏRİNDƏN İLHAM ƏLİYEVƏ MÜRACİƏT - Adnan Bulut: “Bilim ki, atamın, dedemin geldiği torpağlarda onların kanı yerde kalmadı…”

    Türkiyənin KRT televizyasının rəhbəri Adnan Bulut Azərbaycan Prezidenti İlham Əliyevə yazılı müraciət ünvanlayıb. Muxalifet.az həmin müraciəti olduğu kimi dərc edir:
    “Değerli, saygıdeğer İlham Aliyev!

    Muxalifet2 - 7-12-2020

  14. Erməni işğalçılarından götürülmüş hərbi qənimətlər Bakıda - PARADA HAZIRLIQ / VİDEO

    Cəbhə xəttindən ermənilərdən hərbi qənimət olaraq götürülmüş hərbi texnikalar artıq Bakı şəhərindədir. 

    Bunu əks etdirən video sosial şəbəkələrdə yayılıb. 

    Qeyd edək ki, hərbi qənimətlər Qələbə paradında nümayiş olunmaq üçün gətirilib. 

    Muxalifet2 - 7-12-2020

  15. “Bakıdan generallar gəldi, bizi hədələyib 800 metr geri qovdular...” - HƏRBÇİLƏRİMİZ SƏRHƏDDƏ ERMƏNİLƏRİ ANLADIQLARI DİLDƏ BAŞA SALIBLAR

    Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonu istiqamətində erməni özünümüdafiə dəstəsinin komandiri azərbaycanlı hərbçilərin onları 800 metr geri qovduqlarını deyir. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Ermənistanın Sünik əyalətinin Azərbaycanla sərhəddə yerləşən Aravus kəndinin ətrafında baş verib.

    Muxalifet2 - 7-12-2020

  16. BAKIDA HƏRBİ PARADA HAZIRLIQ - Döyüş təyyarə və helikopterlər paytaxtın səmasında uçuşlar keçirir - YENİLƏNİB

    Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçirir.
    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
    ***

    Muxalifet4 - 8-12-2020

  17. "Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki..." - BAŞ İNFEKSİONİSTDƏN SƏRT AÇIQLAMA

    “Aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir”.
    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

    Muxalifet4 - 8-12-2020

  18. ABŞ VƏ İSRAİL İRANA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR - Yəməndən Livana qədər

    Son bir neçə gündə İsrail Müdafiə Ordusunun yüksək rütbəli zabitləri Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələri Mərkəz Komandanlığındakı həmkarları ilə «koordinasiya danışıqları» aparıblar. Məqsəd isə bölgədə İranın mümkün qisasına qarşı iki ölkənin silahlı qüvvələrinin əməkdaşlığının möhkəmləndirilməsindən ibarətdir.

    Muxalifet4 - 8-12-2020

  19. "Bax, tarix belə yaradılır!" - KOROTÇENKO BAKIDAKI QƏLƏBƏ PARADINDAN YAZDI

    "Yerevanda Paşinyan və müxalifət bir-biri ilə münasibətlərini aydınlaşdırır, Bakıda möhtəşəm Qələbə paradı hazırlayırlar".

    Bunu rusiyalı siyasi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko "Telegram" kanalında yazıb.

    "Paradı dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yaradılır!", - Korotçenko vurğulayıb.

    Muxalifet4 - 8-12-2020

  20. İtkin düşən hərbçilərin valideynləri aksiya keçirib - ERMƏNİSTANDA

    İtkin düşən hərbçilərin valideynləri Ermənistanın Eçmiadzin rayonundakı hərbi hissənin qarşısında etiraz aksiyası keçiriblər.

    Məlumatı “Sputnik Armeniya” yayıb.

    Bildirilib ki, Azərbaycanın işğaldan azad edilən Zəngilan rayonunda gedən döyüşlər nəticəsində bu hissənin 60 hərbçisindən 34-ü itkin düşüb.

    Valideynlərdən biri deyib ki, onlara dekabrın 1-də 3 gündən sonra məlumat olacağını bildirsələr də heç bir xəbər yoxdur: “Onlarla əlaqəmizin kəsilməsindən sabah artıq 50 gün ötür”.

    Muxalifet4 - 8-12-2020

Pages