Axtarış

The search found 105724 results in 0.029 seconds.

Search results

  1. Qarabağda separatçılar kəskin elektrik böhranı ilə üzləşdi - BAKIDAN ASILI VƏZİYYƏTƏ DÜŞÜBLƏR...

     Azərbaycan ordusunun 44 günlük müharibə ilə işğal altında olan ərazilərimizi azad etməsi hazırda Dağlıq Qarabağda yaşayan separatçı ermənilərin kəskin elektrik böhranı ilə üzləşməsinə və faktiki olaraq Bakıdan asılı vəziyyətə düşməsinə səbəb olub. “Kavkazskiy uzel” xəbər verir ki, Xankəndində elektrik kəsintisi hər gün baş verir. Çünki Dağlıq Qarabağın elektrik təchizatı sistemi qəza vəziyyətində işləyir.

    Muxalifet2 - 11-12-2020

  2. Azərbaycan “YARASA”sı: ilk dəfə paradda nümayiş etdirildi - VİDEO

    Bu gün Azadlıq Meydanında keçirilən Zəfər paradında Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da iştirak ediblər.

    Virtualaz.org bildirir ki, “YARASA” adlanan döyüşçülər qələbə yürüşündə yer alıblar.

    Haber Global-ın yaydığı məlumata görə, Azərbaycan "YARASA"nı ictimaiyyətə ilk dəfə təqdim edib.

    Məlumatlara görə, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir. Bu bölmənin hərbçiləri "Dəmir yumruq" əməliyyatında iştirak ediblər, özü də əsasən düşmənin, necə deyərlər, dərin arxa cəbhəsində işləyiblər.

    Muxalifet2 - 11-12-2020

  3. Daha iki həkim koronavirusun qurbanı oldu - ONLAR BİZİM SAĞLAMLIĞIMIZ ÜÇÜN ÇALIŞIRDI...

    Koronavirusla mübarizədə iştirak edən daha iki həkim virusun qurbanı olub.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
     

    Muxalifet2 - 11-12-2020

  4. "İcazələrin Alınması və Monitorinqi Sistemi" yenidən aktivləşdirilib

    Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycanda 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.

    Muxalifet2 - 11-12-2020

  5. "Türkiyə ilə hərbi mütəffiqlik sazişi olarsa, rus da, fars da, ingilis də bizimlə hesablaşacaq"

    10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan arasında atəşkəs Bəyannaməsi imzalanandan sonra sosial şəbəkələrdə məqsədli və mütəşəkkil şəkildə belə bir təbliğat aparılır ki, biz Rusiyanın qarşısına çıxa bilməzdik, Rusiya bizi əzərdi, məhv edərdi, başqa alternativə malik deyildik.

    Muxalifet2 - 11-12-2020

  6. Gürcüstanın yeni parlamenti fəaliyyətə başlayıb - HÖKUMƏT İSTEFAYA GEDİR

    Yeni seçilmiş Gürcüstanın X çağırış parlamenti fəaliyyətə başlayıb.

    “Report”un yerli bürosu xəbər verir ki, ilk iclası Gürcüstan prezidenti Salome Zurabişvili açıb.

    Onun çıxışından sonra söz qanunverici orqanın ən yaşlı üzvü Lado Kaxadzeyə təqdim olunacaq və o, spiker seçilənə qədər ilk iclasa sədrlik edəcək.

    İclasda parlament sədri, onun müavinləri və komitə sədrləri seçiləcək. Qanunverici orqan səlahiyyətlər əldə edəndən sonra hökumət istefaya gedəcək və yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcək.

    Muxalifet2 - 11-12-2020

  7. CƏHƏNNƏMƏ GETDİ NCMDİN - Aygün Muradxanlı yazır

    Parad başlayana qədər necə həyəcanlı idim… Azərbaycan Silahlı Qüvvələrinin keçmiş olduğu hələ rəsmən təsdiqlənməyən Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Ordumuzun qələbə törənində görünüb millətin qanını möhkəm qaraldacağı fikrini heç cür özümdən uzaqlaşdıra bilmirdim. Hətta dünənki təltif siyahısı onun yenidən “diriləcəyi” ehtimalını azaltsa da tam arxayınlaşa bilmirdim.
     

    Muxalifet2 - 11-12-2020

  8. Ermənilər orduya etdikləri yardımları geri istəyir - "VƏSAİTLƏR MƏLUM PROSESLƏRDƏN KƏNARDA SAXLANILIB"

    Müharibə vaxtı Ermənistan ordusuna maliyyə yardımı edənlərin çoxu öz pullarını geri istəyib.

    Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

    “Müharibə dövründə “Hayastan” Ümumerməni Fonduna yardım ayıran bəzi soydaşlarımız pul köçürmələri etdiklərinə görə təəssüflənirlər və bu gün bir çox insan pullarını geri tələb edir. Lakin maraqlısı odur ki, onların yardımlarını geri qaytarmaq üçün mexanizm yoxdur”, - məlumatda bildirilib.

    Muxalifet2 - 11-12-2020

  9. İcra başçısı oğlunun tikdirdiyi ticarət obyektinin istismarına icazə verdi - FOTOFAKT

    Bu ilin oktyabr ayının 19-da Qusar Rayon İcra Hakimiyyəti Qusar şəhəri, Heydər Əliyev prospekti 108 ünvanında yerləşən ticarət obyektinin istismarına icazə verib.

    Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 362,6 kv. metr olan obyektin sahibi Alxasov İlkin Şair oğludur.

    Tikintisinə 2018-ci ildə başlanılan obyektin sahibi, eyni zamanda, tikintinin istismarına icazə verən quruma rəhbərlik edən şəxsin - Qusar Rayon İcra Hakimiyyəti başçısı Şair Alxasovun oğludur.

    Muxalifet2 - 11-12-2020

  10. ƏRDOĞANIN BAKIDAKI ÇIXIŞI İRANI NARAHAT EDİB - "O, bu sözlərin Azərbaycanın suverenliyinə xələl gətirdiyini anlamır?"

    Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi şeirə İranın xarici işlər naziri Cavad Zərif sərt reaksiya verib.

    Muxalifet2 - 11-12-2020

  11. Eldar Həsənov özünə yeni vəkil tutdu - SƏBƏB...

    Sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov özünə yeni vəkil tutub.

    Unikal.org-un məlumatına görə, E.Həsənovun bundan sonra hüquqlarını vəkil Abbas Atakişiyev müdafiə edəcək.

    Nəzərinizə çatdıraq ki, sabiq səfirin vəkili Adil İsmayılov bir müddət öncə koronavirusdan dünyasını dəyişmişdi.

    Qeyd edək ki, Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur.

    Muxalifet2 - 11-12-2020

  12. Rusiyanın İrəvandakı və Bakıdakı "Sputnik"i... - QARABAĞ SAVAŞINDA HANSI MÖVQENİ TUTDULAR...

    Azərbaycanın 44 günlük  vətən müharibəsində diqqətimi çəkən iki məqam oldu. Birincisi o ki,  Azərbaycan mediasının Qarabağ savaşında görməli olduğu işin böyük bir hissəsini türk mediası üstləndi. Öncəliklər həmkarlarımıza təşəkkür edirəm. İkincisi, sual edilə bilər ki, minlərlə azərbaycanlı jurnalist vardı, axı nooldu? Deyim biləsiniz, Azərbaycanın milli mediası belə demək mümkünsə ağır və zəif sürətli “terapeya” keçir. Hətta “reanimasiyadadır”. Sağalıb lazımınca çata bilmədi Qarabağ savaşına. Bu diqqətimi çəkən və təəssüfümü doğuran birinci məsələ.

    Muxalifet2 - 11-12-2020

  13. "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" - Belçika parlamenti

    Dekabrın 2-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı qətnamə layihəsi müzakirə olunmuş və sənəd layihəsi bir sıra düzəlişlərlə sözügedən komitədə qəbul edilməklə Plenara tövsiyyə olunmuşdu. Qətnamə layihəsinin komitədə qəbul edilən mətninin cari ilin 17 dekabr tarixində Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması gözlənilir. Lakin ermənipərəst dairələrin canfəşanlığı nəticəsində Belçika Senatı da eyni mətni dekabrın 11-də səsverməyə çıxarmağı qərara alıb.

    Muxalifet2 - 11-12-2020

  14. "Paşinyan barəsində cinayət işi başlanıb" - PARTİYA SƏDRİ

    Ermənistanın Xüsusi İstintaq Xidməti baş nazir Nikol Paşinyana və bir qrup yüksək vəzifəliyə qarşı cinayət işi başlayıb.

    Bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan Facebook səhifəsində yazıb.

    Onun sözlərinə görə, Ermənistanda böyük qalmaqala səbəb olacaq həbslər gözlənilir.

    “Böyük həbslər gözlənilir. Bu gün saat 16:00-da cinayət işinin təfərrüatlarını canlı olaraq təqdim edəcəyəm", - Kazinyan yazıb.

     

    Muxalifet2 - 11-12-2020

  15. “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” ADI VERİLƏN 26 YAŞLI ŞƏHİDİMİZ - Son döyüş meydanı Şuşa olub

    “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən 26 yaşlı şəhidimiz Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərimizdən biri də 26 yaşlı Naildir.

    Axar.az xəbər verir ki, Nail Nəriman oğlu İbrahimli 1994-cü ilin mart ayının 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.

    Muxalifet2 - 11-12-2020

  16. Niderland səfirliyində iki rus cəsus aşkarlandı - “ARZUOLUNMAZ ŞƏXS” ELAN EDİLDİLƏR

    Niderland Rusiya səfirliyində çalışan kəşfiyyat əməkdaşı ilə diplomatik rütbə daşıyan bir diplomatın “texnologiya və elm” sahələrində cəsusluq etdiklərini açıqlayıb.

    Rus kəşfiyyat zabitinin yüksək texnologiya sahəsində həssas məlumatlara sahib olan insanlarla əlaqə qurduğu və onlarla vacib bir mənbə şəbəkəsi qurduğu qeyd olunub.

    Bu şəxslərdən bəzilərinin məlumat qarşılığında kəşfiyyat məmurundan pul aldıqları qeyd edilib.

    Muxalifet2 - 11-12-2020

  17. Məhkəmə qərarını icra etməyən Vəkillər Kollegiyası qazilərə pulsuz xidmət edəcək? – MƏĞRUR BƏDƏLSOY YAZIR

    Məhkəmə müdafiəsi hüququna müdafiəçi qadağası
     

    Muxalifet2 - 11-12-2020

  18. İCRA BAŞÇISI SAHİBKARA "ATIB" - “İşin arxasında icra başçısı olduğu üçün şikayətlərim ört-basdır edilir”

    Göyçay rayonu, Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğun deyən şikayət yazır:
    “Mən sahibkaram, kənd təsərrüfatı texnikalarım var. İki ildir İsmayıllı rayon İvanovka kolxozuna kənd təsərrüfatı işləri görmüşəm. Lakin pulumu və müqavilə ilə mənə borclu olduqları 20 ton arpanı ala bilmirəm.

    Muxalifet2 - 11-12-2020

  19. "Oğlumun müalicəsi üçün maddi imkanımız yoxdur” - QARABAĞ QAZİSİNİN ATASINDAN PREZİDENTƏ MÜRACİƏT

    “Sizdən xahiş edirəm, Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz”

    Muxalifet2 - 11-12-2020

  20. Azərbaycanda daha iki deputat koronavirusa yoluxdu - FOTO

    Milli Məclisin deputatlarının koronavirus testinin nəticələri açıqlanıb.

    “Report”un məlumatına görə, parlament üzvlərinin bir neçəsinin COVID-19-la bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.

    Onlar arasında deputatlar Ceyhun Məmmədov və Kamal Cəfərov da var.

    Qeyd edək ki, COVID-19-a yoluxmuş bir neçə deputat artıq sağalıb.

    Muxalifet2 - 11-12-2020

Pages