Axtarış

The search found 105724 results in 0.029 seconds.

Search results

  1. Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin mübadiləsi başlandı - ERMƏNİ TƏRƏFİ AÇIQLADI

    Azərbaycan Rusiya tərəfinin vasitəçiliyi ilə Ermənistanın üç hərbi əsirini təhvil verib.

    Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.

    Bundan əvvəl, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qevorq Altunyan "Armenpress" agentliyinə bir neçə erməni hərbi əsirinin bir neçə saatdan sonra vətənlərində olacağını açıqlayıb.

    Muxalifet2 - 10-12-2020

  2. Türkiyədə klub prezidentinə silahlı hücum olub

    Türkiyənin “Gümüşhanespor” klubunun prezidenti Vahid Olgün silahlı hücuma məruz qalıb.

    Apasport.az saytının məlumatına görə, hadisə ikinci liqa təmsilçisinin rəhbərinin otağında baş verib.
     
    Axşam saatlarında klubun bazasına gələn iki şəxs Olgünlə görüşmək istəyib. Onun otağına daxil olduqdan sonra onunla mübahisə edən şəxslər tapança ilə atəş açıb. 

    Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olub. Ağır yaralanan klub prezidenti xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırmalara start verib.

    Muxalifet2 - 10-12-2020

  3. Bu gün Bakıda möhtəşəm qələbə paradı keçiriləcək

    Bu gün - dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək.

    Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

    Muxalifet2 - 10-12-2020

  4. "Başakşehir" PSJ-yə böyük hesabla uduzdu

    UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda daha bir oyun keçirilib.

    "Report"un məlumatına görə, H qrupunda ötən gün təxirə salınmış PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) görüşü baş tutub.

    Matçın 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.

    Muxalifet2 - 9-12-2020

  5. BAKIDA QƏLƏBƏ PARADI BAŞLADI - Canlı yayım

    Muxalifet4 - 10-12-2020

  6. KİVDF qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib

    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2021-ci ilin I yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

    KİVDF-dən verilən məlumata Fondun Müşahidə Şurasının iclasında qəzet redaksiyalarının maliyyələşdirilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı qərar qəbul edilib.

    Muxalifet4 - 10-12-2020

  7. “Hazırda başqa işlə məşğulam...” - RÖVŞƏN ƏKBƏROV ORDUDAN UZAQLAŞDIRILDIĞINI TƏSDİQLƏDİ

    Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev ikinci Qarabağ savaşında xüsusi xidməti olan hərbçilərimizə ali hərbi rütbələr, orden və medallar verilməsi barədə sərəncam imzalayıb.
     
    Ordu korpusu komandiri general Rövşən Əkbərovun adının bu siyahıda olmaması bir müddət əvvəl onun “vurulması” barədə xəbərləri yenidən aktuallaşdırıb.
     

    Muxalifet4 - 10-12-2020

  8. TÜRKİYƏ BAKIYA ŞƏHİDLƏRİMİZİN SAYI QƏDƏR ƏSGƏR GÖNDƏRİB! - "Bu, bütün dünyaya mesajdır” / VİDEO

    Bakıda Azərbaycan ordusunun Qarabağda qazandığı möhtəşəm zəfəri qeyd etmək üçün hərbi paradın başlamasına az qalır. Paradda Türkiyə xüsusi təyinatlıları da keçid edəcək və bu qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin simvolik ifadəsidir.

    Muxalifet4 - 10-12-2020

  9. Nikol Paşinyanın avtomobili yumurta atəşinə tutulub - VİDEO

    Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı hökumət evinin yerləşdiyi əraziyə daxil olarkən etirazçıların kəskin reaksiyası ilə qarşılaşıb.

    “Report” "Aysor"a istinadən xəbər verir ki, etirazçılar N.Paşinyanın avtomobilini yumurta atəşinə tutub.

    Məlumata görə, korteji yumurta atəşinə tutan gənclər olub. Onlar baş nazirin istefasını tələb edirlər.

    Muxalifet4 - 10-12-2020

  10. Ərdoğan Bakıdan Ermənistan rəhbərlərinə çağırış etdi - “AĞILLARINI BAŞLARINA YIĞMALARI LAZIMDIR”

    “İllərdir doğulduğu yerlərdən uzaq qalan, məmləkət həsrəti ilə yanan 1 milyon qaçqın və məcburi köçkün qardaşımız artıq doğulduqları ərazilərə qayıtmaq üçün səbirsizlənir”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

    Muxalifet4 - 10-12-2020

  11. Yerevanda polislə Paşinyanın əleyhdarları arasında toqquşma - VİDEO

    Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Hökumət binasının qarşısına toplaşıblar.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hazırda binada Nazirlər Kabinetinin iclası keçirilir.

    Hökumət binasının qarşısına polis əməkdaşları yerləşdirilib.

    “Nikolsuz Ermənistan” şüarı səsləndirən etirazçılar Baş nazirin istefasını tələb edən plakatlar qaldırıblar.

    Muxalifet4 - 10-12-2020

  12. Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub - VİDEO

    Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.

    “Report” xəbər verir ki, PUA-ları daşıyan avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib.

    Paradda Azərbaycanın istehsal etdiyi “İtiqovan” zərbə PUA-ları nümayiş olunub.

    Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan “Bayraktar” və “Harop” Azadlıq meydanına daxil olub.

    Muxalifet4 - 10-12-2020

  13. ƏLİYEV VƏ ƏRDOĞAN TƏKBƏTƏK GÖRÜŞDÜ - Foto

    Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Muxalifet4 - 10-12-2020

  14. Bakıda Zəfər atəşfəşanlığı - VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 44 günlük Vətən Müharibəsinin məntiqi yekunu olan Zəfər paradı keçirilib.

    Paraddan sonra hazırda xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıq keçirilib.

    Baku TV- yə istinadənhəmin görüntüləri təqdim edirik:

    Muxalifet2 - 10-12-2020

  15. Siyavuş Novruzov koronavirusa yoluxdu

    Milli Məclisin daha bir deputatı koronavirusa yoluxub.

    Muxalifet.az xəbər verir ki, Azpolitika-ya məlumatlı mənbədən daxil olan məlumata görə, Milli Məclisin komitə sədri, YAP-çı deputat Siyavuş Novruzovun koronavirus testi pozitiv çıxıb. 

    Xatırladaq ki, bu günlərdə 10-dan artıq deputatın koronavirusa yoluxduğu bildirilmişdi. Onların əksəriyyəti sağalaraq işə qayıdıb. 

    Muxalifet2 - 10-12-2020

  16. ƏLİYEV VƏ ƏRDOĞAN BİRLİKDƏ ŞUŞAYA GEDƏCƏK! - Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər / VİDEO

    Dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

    “Türkiyə şirkətlərinin iştirakı ilə Şuşa şəhərinə avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik” - deyə  Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    Muxalifet2 - 10-12-2020

  17. Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyədə 90 gün qala biləcək

    Dekabrın 10-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Protokolu hər iki ölkənin xarici işlər nazirləri imzalayıb.

    Muxalifet2 - 10-12-2020

  18. Türkiyə prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-başa çatıb.

    Muxalifet.az bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

    Muxalifet2 - 10-12-2020

  19. SABAHDAN AZƏRBAYCANDA HƏRBİ VƏZİYYƏT LƏĞV EDİLİR - Parlament Prezidentin Fərmanını təsdiqlədi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb.

    Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.

    Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

    Muxalifet2 - 11-12-2020

  20. “İQLİM DƏYİŞİKLİYİNİN DAĞIDICI GÜCÜ DÜNYANI ŞOKA SALIB” - “Əvvəl elə göründü ki, pandemiya iqlimə ”nəfəs almağa” imkan verib, amma...”

    Son illər dünyanın ən çox müzakirə etdiyi məsələlərdən biri də iqlim dəyişikliyidir. Bir çox alimin gəldiyi qənaətə görə, qlobal istiləşmə sürətlə gedir və burada antropogen faktor xüsusi yer tutur. Sənaye müəsissələrinin, müxtəlif nəqliyyat vasitələrinin ətraf mühiti çirkləndirməsi və atmosferə buraxdıqları zərərli qazların miqdarının artması iqlim dəyişikliyinin əsas səbəbi kimi göstərilir. 

    Muxalifet2 - 11-12-2020

Pages