Axtarış

The search found 105724 results in 0.043 seconds.

Search results

  1. “300-ə yaxın erməni əsgəri Azərbaycanın nəzarətindəki ərazilərdə qalıb, çıxmağa çalışır...” - PARTİYA SƏDRİ ARAM SƏRKİSYAN

    Qarabağda, Azərbaycanın nəzarətində olan ərazilərdə hərbi əməliyyatların başlamasından sonra 300-ə yaxın erməni əsgəri və ya könüllü dəstələri üzvləri qalır. Bu haqda ötən gün dekabrın 7-də Ermənistan parlamentində keçirilən dinləmələrdə Demokrat partiyasının sədri Aram Sərkisyan danışıb.

    Muxalifet4 - 8-12-2020

  2. Avropada Azərbaycanın milli dəyərləri təbliğ edilir - FOTOLAR

    Qədim Ellada diyarında - Yunanıstanda Azərbaycanın milli dəyərləri təbliğ edilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə  diaspora üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, bu ölkədə fəaliyyət göstərən "Qala" Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyəti bu işdə mühüm rol oynayır.

    Muxalifet2 - 8-12-2020

  3. Azərbaycanda daha 4387 nəfər koronavirusa yoluxdu – 38 NƏFƏR DƏ VƏFAT ETDİ

    Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet2 - 8-12-2020

  4. Gözəllik salonları, hamam, fərdi tədris və repetitor xidmətlərinə icazə verilməyəcək

    Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə fərdi tədris və repetitor xidmətlərinə icazə verilməyəcək.

    Muxalifet.az xəbər verir ki, bu xidmətlər Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısında yoxdur.

    Həmçinin 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlərin fəaliyyəti də dayandırılır.

    Muxalifet2 - 8-12-2020

  5. AZƏRBAYCANDA KARANTİN REJİMİNİN SƏRTLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI QƏRAR! - Yeni məhdudiyyətlər tətbiq olundu

    Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet2 - 8-12-2020

  6. 600 min nəfərə 190 manat veriləcək - KARANTİN REJİMİNİN SƏRTLƏŞDİRİLMƏSİNƏ GÖRƏ

    2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir.

    Muxalifet2 - 8-12-2020

  7. "Vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qalar" - PREZİDENTİN KÖMƏKÇİSİ

    Azərbaycanda da koronavirusun yayılması müşahidə edilir. Bu da bizi narahat edir. Artıq hər birimiz deyə bilərik ki, yaxın qohumlarımızda, dostlarımızda yoluxma halı adi hal alır”.

    Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

    Muxalifet2 - 8-12-2020

  8. İKİ GÜNDƏ 50-DƏN ÇOX DÜŞMƏN ƏSGƏRİNİ MƏHV EDƏN ŞƏHİDİMİZ - FOTO

    “Hərbçi yoldaşları deyirdilər ki, hələ müharibə başlamazdan əvvəl keçirilən təlim kurslarında iştirak etmək istəməyib ki, birdən müharibə başlayar, mən də təlimlərdə olaram, iştirak edə bilmərəm. O, hərbi xidmətini də öz istəyi ilə ön cəbhədə çəkib. Amma həmişə deyirdi ki, mən burada qisasımızı ermənilərdən istədiyim kimi ala bilmirəm. Hər zaman müharibənin başlanılmasını, orada iştirak etməyi istəyirdi”.

    Bunu Trend-ə 33 yaşlı şəhid Şəhriyar Abdullayevin qardaşı Tural Abdullayev deyib.

    Muxalifet2 - 8-12-2020

  9. CƏLİLABADIN İCRA BAŞÇISININ HƏBSİNİN SƏBƏBİ MƏLUM OLDU - Şəhidin yaxınlarından rüşvət alıbmış

    Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovu həbs edib. 2018-ci ilin fevralın 6-da bu posta təyinat alan Namiq Zeynalov rüşvət alarkən tutulub. Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır.

    Muxalifet2 - 8-12-2020

  10. İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Sərəncam

    Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    N.Zeynalov bu vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi.

    Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirilib, saxlanılanlar var.

    Muxalifet2 - 8-12-2020

  11. Hakimiyyət hansı müxalifətçilərin şəxsi problemlərini həll edib? – SİYASİ PARTİYALARDAN AÇIQLAMA

    “Bir neçə partiya sədrinin müalicəsi üçün hakimiyyət tərəfindən köməklik olunub”

    Muxalifet2 - 8-12-2020

  12. ​ERMƏNİLƏRİN “ƏLƏ KEÇİRMƏYƏ” ÇALIŞDIĞI KÜÇƏYƏ AZƏRBAYCANIN ADI VERİLDİ – Vanda “Qarabağ məhəlləsi”nin açılışı da oldu / FOTOLAR

    Türkiyənin Van bölgəsinin Çaldıran rayonunun mərkəzi küçəsi Azərbaycanın adını daşıyacaq.
    Hurriyyet.org xəbər verir ki, bu haqda təşəbbüs Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü İsmayıl Ağayev tərəfindən irəli sürülüb və yerli qurumlar tərəfindən müsbət qəbul edilib.
    Əldə etdiyimiz məlumata əsasən, Beynəlxalq Diaspor Mərkəzi və yerli orqanların rəhbərlərinin iştirakı ilə Çaldıranda “Qarabağ məhəlləsi”nin açılışı da olub.

    Muxalifet2 - 8-12-2020

  13. Koronavirusa qarşı ən sadə və səmərəli mübarizə üsulu təsdiqləndi

    Tibbi maskadan istifadə etməklə yoluxma hallarının sayını qısa müddət ərzində xeyli azaltmaq mümkündür.

    “Report” xəbər verir ki, Almaniyada koronavirusa yoluxmaya dair rəqəmləri təhlil edən bir qrup tədqiqatçı hamılıqla qoruyucu maska taxmaqla yoluxma sayının gündəlik 47 faiz azaldığı qənaətinə gəliblər.

    Muxalifet2 - 9-12-2020

  14. "Azərbaycan hərbçiləri Vardenis restoranlarından birində nahar ediblər" - ERMƏNİ DEPUTAT

    Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq.

    Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili İveta Tonoyan Milli Məclisdə “Parlament saatı”nın gedişində deyib.

    Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər.

    Muxalifet2 - 9-12-2020

  15. "BEŞİNCİ KOLON" MOSKVADAN YENİ TƏLİMATLAR ALIB? - Və ya anti-milli ünsürlərin fəallaşmasının arxasında nə dayanır?

    Artıq bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti böyük qalibiyyətlə yekunlaşmış Vətən Müharibəsinin nəticələrini müzakirə edir. Canlarını Vətən üçün fəda etmiş Şəhidlərimizin, bu yolda qazi olmuş igidlərimizin şücaətləri haqda hər gün öyrəndiyimiz yeni məlumatlar milli qürurumuzu yüksəldir, millətimizin birliyini, dövlətinə bağlılığını daha da artırır.

    Muxalifet2 - 9-12-2020

  16. “Kipr sularını iki yerə bölək...” - TÜRKİYƏDƏN İSRAİLƏ TƏKLİF

    Neçə illik diplomatik qarşıdurmadan sonra, Türkiyə münasibətləri normallaşdırmaq barədə İsrailə təklif irəli sürüb. Təklif mahiyyət etibarilə, Kiprin neft və qazla zəngin dəniz dibinin iki yerə bölünməsini nəzərdə tutur.

    Yaxın günlərdə sabiq türk admiral, hazırda isə Türkiyə prezidentinin etibarlı adamı Cihat Yaçinin İsrailin «Turkeyscope» akademik jurnalında məqalə dərc etdirəcəyi gözlənilir. Məqalədə Təl-Əvivə dəniz iqtisadi zonasının müəyyən edilməsi barədə Ankara ilə sazişin imzalanması təklif olunacaq («Israel Hayom»).

    Muxalifet2 - 9-12-2020

  17. TƏHLÜKƏSİZLİK QAYNAQLARINDAN SENSASİON XƏBƏRDARLIQ - Qarabağdan Suriyaya qayıdan “erməni batalyonu” Rusiya, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları planlaşdırır

    Suriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Qarabağdan geri qayıdıb. Və ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almaq üçün Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə qarşı terror hücumları planlaşdırır.

    Bu haqda “Bursa Hakimiyet” qəzeti Türkiyə təhlükəsizlik qaynaqlarına istinadən bildirir.

    Muxalifet2 - 9-12-2020

  18. Azərbaycanda deputatlar yenidən koronavirus testindən keçiriləcək - RƏSMİ

    Milli Məclisin deputatları növbəti dəfə koronavirus testindən keçirilir.

    Deputatların COVID-19 testinin nəticələri yaxın müddətdə açıqlanacaq.

    Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 11-də keçiriləcək.

    Muxalifet2 - 9-12-2020

  19. 190 manat almaq üçün yenidən qeydiyyatdan keçiləcək? - AÇIQLAMA

    Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 600 min nəfərə yenidən 190 manat dəyərində birdəfəlik ödəmə təyin olunacaq. Yardımı alacaq şəxslər daha öncəki sərtləşdirilmiş karantin ərəfəsində qeydiyyatdan keçmiş vətəndaşlar olacaq.
     
    Maraqlıdır, ötən müddət ərzində həmin 600 min nəfər içərisində artıq işləyənlər var. Yaxud, həmin vaxt işləyən bir çox vətəndaşlarımız hazırda işsizdir. Belə olan halda qeydiyyat sisteminin yenidən işə salınması məqbul deyilmi?
     

    Muxalifet2 - 9-12-2020

  20. Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO

    Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib. 

    “Report”-un məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi COVID-19 testi pozitiv çıxıb və o xəstəxanada müalicə alıb.

    İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

    Muxalifet2 - 9-12-2020

Pages