Axtarış
The search found 105724 results in 0.071 seconds.
Search results
Koronavirusun peyvəndini tapan türk həkim dünyanın ən zənginləri siyahısına düşdü
Türk əsilli həkim-immunoloq, onkoloq, sahibkar və "BioNTech SE" biotexnoloji şirkətin həmtəsisçi Uğur Şahin ilk dəfə dünyanın 500 ən zəngin insanı siyahısına daxil olub.
"Bloomberg"in verdiyi məlumata görə, Böyük Britaniyanın bu həftə "BioNTech SE" və "Pfizer Inc." şirkətlərinin birgə yaratdığı COVID-19 infeksiyasına qarşı peyvəndin istifadəsinin təsdiqlənməsindən sonra "BioNTech SE"nin səhmlərinin dəyəri 8%, ilin əvvəlindən isə 250% artıb.Muxalifet2 - 4-12-2020
ABŞ-ın sabiq və gələcək prezidentləri hamı qarşısında peyvənd olunacaqlar
ABŞ-ın gələcək prezidenti Co Bayden bildirib ki, koronavirus vaksini təhlükəsiz elan ediləndə və əlçatan olduqda ictimaiyyət qarşısında peyvənd olunmağa hazırdır.
Bu barədə "RİA Novosti” xəbər verir.
"Mən bunu etməyə şad olacağam", - Bayden deyib.
O, vurğulayıb ki, ABŞ-ın əsas infeksionisti Entoni Fauçi müvafiq göstərişi verdikdə peyvənd ediləcək.
Muxalifet2 - 4-12-2020
Bakı meriyası 1 milyon manatlıq tenderə yekun vurub
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtda yaşıllıq sahələrinə lazım olan əkin materialları, toxumlar, gübrə və dərman preparatlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi fiziki şəxs - Arzu Bəhlul qızı İsmayılovadır.
Qalib şirkətə 930 min manat ödəniləcək.
Muxalifet2 - 4-12-2020
Suvarma ilə bağlı tenderdə 1,26 milyon manat qazanan şirkətin adı açıqlandı...
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Yevlax və Goranboy rayonlarında 3 120 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.
Muxalifet2 - 4-12-2020
“Məndən nigaran qalma, şəhid olsam üzülmə...” - 21 YAŞLI SABİRİN ANASINA DEDİYİ SON SÖZLƏR... / FOTO, VİDEO
Qəhrənamlıq simvolu Şəhidlər - bu günümüzün qeyrət salnaməsi , sabahımızın örnək məbədi . Qısa ömrünü Vətən uğrunda fəda edərək Azərbaycanın ən yeni tarixinin bu qeyrət salnaməsini qanı ilə yazanlardan biri də 21 yaşlı müddətdən artıq hərbi qulluqçu Sabir Hikmət oğlu Salahovdur. Sabirin həyat hekayəsini qələmə almaq üçün onların Salyan şəhərində yerləşən, girişində Azərbaycan və Türkiyənin qoşa bayraqları asılmış evlərinə baş çəkdik. Qapını şəhidin atası Hikmət açdı. Başsağlığı veririk və şəhidimiz haqda söhbətə başlayırıq.
Muxalifet2 - 4-12-2020
Daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi
Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.
57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.
E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.
Allah rəhmət eləsin!
Muxalifet2 - 4-12-2020
VƏTƏN MÜHARİBƏSİNİN SON SAATLARININ ŞƏHİDİ - Şəhadəti öz ad gününə hədiyyə etdi + VİDEOREPORTAJ
Bildiyimiz kimi, Azərbaycan düşmənlə apardığı 44 günlük haqq savaşından qalib ayrılıb. Bu tarixi qələbə Azərbaycanın igid, vətənpərvər, torpağımızın hər qarışı üçün canını qurban verməyə hazır olan oğullarımızın sayəsində əldə edilib.
Dünən Müdafiə Nazirliyi Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.
Muxalifet2 - 4-12-2020
SÜLHMƏRAMLININ QEYRİ-MÜƏYYƏN MƏRAMI... - Ermənilərin Qarabağda rus dilinə “rəsmi status” vermək istəyi nəyin siqnalıdır?
Azərbaycanın Vətən Müharibəsindəki şanlı qələbəsini kiçiltməyə, onu gözdən salmağa çalışanlar çoxdur. Bu baxımdan əgər birinci yerdə Ermənistanın və onun havadarlarının çirkin təbliğatı durursa, ikinci yerdə də bəzi həmvətənlərimizin insanlarımızda müharibənin nəticələrilə bağlı xəyal qırıqlığı, düşkünlük yaratmaq üçün yaydıqları müxtəlif şayiə və qənaətlər dayanır.
Muxalifet2 - 4-12-2020
“UĞRUNDA ŞƏHİD OLDUĞUNUZ BU YURD MÜTLƏQ BÜTÜNLƏŞƏCƏK!” - Dövlətimizi dövlət, millətimizi millət edən ŞƏHİDLƏRİMİZƏ!
Azərbaycan əsgəri, siz kürəsəl terrorizmə, erməni-rus-fars hərb maşınına, şovinizminə qalib gəldiniz!
Şuşa şəhərinin azadlığı uğrunda savaşınız 21-ci əsrin hərb tarixinə oxşarı olmayan bir qəhrəmanlıq dastanı olaraq keçdi. Şəhidlərimizin, qazilərimizin qanı ilə yoğruldu qutsal topraqlarımız. Şəhidlərimiz bizlərə millət olmamızın qururunu yaşatdı, dövlətimizi əbədiyyətə qovuşdurdu.Muxalifet2 - 4-12-2020
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.
Muxalifet.az xəbər verir ki, nazirliyin əməkdaşları ailə ilə görüşərək yaşayış vəziyyətlərini öyrənib.
Muxalifet2 - 4-12-2020
Azərbaycanda koronavirusdan daha 41 nəfər öldü - SON SUTKA ƏRZİNDƏ 4267 NƏFƏR VİRUSA YOLUXUB
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
Muxalifet2 - 4-12-2020
"İLHAM ƏLİYEVİ NİYƏ BELƏ DİQQƏTLƏ OXUYURSUNUZ?" - Ermənistanın xarici işlər naziri jurnalistlərdən incidi
Ermənistan xarici işlər naziri Ara Ayvazyan kabinetinin önünə toplaşan jurnalistlərin qarşısına çıxıb və Xarici İşlər Nazirliyinin, özünün yazdığı açıqlamasını oxuyub. Eyni zamanda, erməni nazir xüsusi xəbərdarlıq edib ki, “bəyanatı təhrif olunmasın deyə, hər şeyi kağızdan oxuyacaq”.
Ayvazyanın bəyanatında deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyi gündəlik işi ilə erməni xalqının mənafelərini qoruyan apolitik strukturdur, müharibədən sonra isə diplomatiya bütün məsuliyyəti və işi tədricən öz üzərinə götürür.
Muxalifet2 - 4-12-2020
ABŞ heç vaxt Krımı Rusiyanın ərazisi kimi tanımayacaq - Dövlət Departamenti
Amerika Birləşmiş Ştatları (ABŞ) heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq və yarımadanı «əbədi» olaraq Ukrayna hesab edəcək. ABŞ dövlət katibinin müavini Stiven Biqan bunu ATƏT-in təşkil etdiyi videkonfransındakı çıxışı zamanı bəyan edib. Çıxış təşkilatın Youtube-kanalında dərc olunub.
İlkin nəticələrə görə, ABŞ prezidenti seçilmiş Cozef Bayden Rusiyaya, İrana, Çinə və digər ölkələrə yönəlik «çoxtərəfli yanaşma» planı reallaşdıracağını bəyan edib.
Bu barədə yeni seçilmiş prezident CNN kanalına verdyi müsahibədə danışıb.
Muxalifet2 - 4-12-2020
"Napoli"nin stadionuna Maradonanın adı verildi
İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.
"Fotball İtalia" xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.
Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.
"Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.
Muxalifet2 - 4-12-2020
Gələn il dünyanı son 75 ilin ən ağır humanitar böhranı gözləyir - BMT-DƏN XƏBƏRDARLIQ
Əgər ölkələr zəruri maliyyələşmə ayırmasalar, dünya 2021-ci ildə son 75 ilin ən ağır humanitar böhranı ilə qarşılaşa bilər.
AzərTAc xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, son dörd ildə əsasən silahlı münaqişələr nəticəsində ölüm aclığı astanasında olan insanların sayı 80 milyondan 135 milyonadək artıb. COVID-19 səbəbindən isə bu rəqəm 270 milyona yüksəlib.
Muxalifet2 - 4-12-2020
"ERMƏNİSTAN İŞĞALÇI KİM QƏBUL OLUNURDU..." - Paşinyan Köçəryanın ittihamlarına cavab verdi
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ məsələsindəki diplomatik uğursuzluq ittihamlarını rədd edir. Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Muxalifet2 - 5-12-2020
AZƏRBAYCANLI BİZNESMENLƏRİN QARABAĞLA BAĞLI SUSQUNLUĞU... - Müharibə xaricdəki milyarderlərimizin Vətənə biganəliyini bir daha üzə çıxardı
Vətən müharibəsi dövlət, toplum olaraq bir çox üstünlüklərimizi, hətta indiyə qədər inanmadığımız dərəcədə fədakarlıq və əzmimizi üzə çıxardığı kimi, bəzi neqativ cəhətləri də ortaya qoydu. Təəssüf ki, gözünü qırpmadan canını Vətənə fəda edənlərlə yanaşı, naqislik, fürsətcillik, xalqa, dövlətə qarşı biganəlik kimi “xüsusiyyətlər”in daşıyıcıları olan bəziləri elə olduqları kimi də qaldılar...
Muxalifet2 - 5-12-2020
Rus jurnalistlər Türkiyədə saxlanıldı- PUA-LARLA BAĞLI İCAZƏSİZ ÇƏKİLİŞƏ GÖRƏ
Rusiyanın NTV telekanalının müxbiri Aleksey Petruşko, operator İvan Malişkin və Türkiyə vətəndaşı A.Ç.K.Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişi zamanı saxlanılıblar.
Muxalifet2 - 5-12-2020
Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi
Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək.
“Vestnik Kavkaza” nəşrinin məlumatına görə, Ağdamdan Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq.
Muxalifet2 - 5-12-2020
““5-ci kolon" yenidən dirçəlməyə başlayıb, başlarını əzmək lazımdır” - VAHİD ƏHMƏDOV
Milli Məclisin deputatı Vahid Əhmədov həmkarı Rasim Musabayovun Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsinə qarşı səsləndirdiyi fikirlərinə sərt cavab verib.
Vahid Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycandakı "beşinci kolonu" yenidən fəallaşmağa başlayıb.
Muxalifet2 - 5-12-2020