Axtarış
The search found 105716 results in 0.031 seconds.
Search results
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi - FOTO
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun XİN rəhbərlərinin videokonfrans formatında keçirilən iclasında iştirak edib.
Bu barədə türkiyəli nazir “Twitter” hesabında yazıb.
“NATO-nun gündəmindəki mövzulara əlavə olaraq Dağlıq Qarabağ, Şərqi Aralıq, Liviya və gəmimizə qarşı qeyri-qanuni müdaxilə haqqındakı fikirlərimizi vurğuladıq”, - deyə M.Çavuşoğlu bildirib.
Muxalifet2 - 1-12-2020
Rusiya səfirliyinin avtomobili Kabildə partladılıb
Rusiyanın Əfqanıstandakı səfirliyinin avtomobili Kabildə əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, dekabrın 1-də Rusiya diplomatik nümayəndəliyinin avtomobili Kabildəki Rusiya səfirliyinin binası yaxınlığında hərəkət edərkən əldəqayırma partlayıcı qurğu işə salınıb, səfirliyin avtomobildəki işçiləri yüngül beyin sarsıntısı alıblar.
Muxalifet2 - 1-12-2020
İŞİD İmamoğlunu öldürməklə təhdid etdi
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı sui-qəsd təhlükəsi yaranıb.
Bu barədə “Sputnik” Türkiyə məlumat yayıb.
İddialara görə, təxminən 10-15 gün əvvəl İstanbulun bələdiyyə sədrinə bununla bağlı informasiya verilib. İstanbul polisi və valiliyində İmamoğlunun təhlükəsizliyi ilə bağlı xüsusi müşavirə də keçirilib və mühafizəçilərin sayının artırılmasına qərar verilib, həmçinin mühafizə əməkdaşlarının hər birinə xəbərdarlıq edilib.
Muxalifet2 - 2-12-2020
“Bütün 2021-ci ili maskada keçirəcəyik...” – “Vaksini yaratmaq vəzifələrin yalnız 1 faizidir”
Hazırda Rusiya koronavirus xəstəliyinin pik həddini yaşayır, ancaq tezliklə dalğa səngiməyə doğru gedəcək və bizim 3-4 ay vaxtımız olacaq ki, infeksiyanın yeni «partlayışına» hazırlaşaq.
Bu barədə «Polnıy kontakt» proqramının efirində («Radio FM») Madkeviç adına Moskva şəhər klinik xəstəxanasının baş həkimi Aleksandr Myasnikov danışıb.
Muxalifet2 - 2-12-2020
“Əgər biz mallarımızı Azərbaycana sata bilsək bunun nəyi pisdir?...” - ERMƏNİ DEPUTAT SUAL EDİR
Ermənistanda yeni təyin edilmiş iqtisadiyyat naziri Vahan Kerobyanın Qarabağda əldə edilmiş üçtərəfli razılaşmanın regionda ticarət üçün yeni imkanlar açdığı, gələcəkdə Ermənistan mallarının Azərbaycan bazarına çıxarılmasının mümkünlüyü haqda açıqlaması dərhal ona qarşı hücumlara səbəb olub.
Hakim “Mənim addımım” fraksiyasından deputat Ayk Gevorgyan isə deyib ki, erməni mallarının Azərbaycanda satılmasında pis nəsə yoxdur.
Muxalifet2 - 2-12-2020
Ramiz Zeynalov vəzifədən azad olundu
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
“Report”un xəbərinə görə, R.Zeynalov təqaüdə göndərilib.
Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.
Muxalifet2 - 2-12-2020
Ermənilər Paşinyanın şəkillərini kanalizasiyaya atdılar - FOTO, VİDEO
Ermənistanda Qarabağdakı ağır məğlubiyyətdən sonra vətəndaşlar hakimiyyətin istefasını tələb edirlər. Bu məqsədlə demək olar ki, hər gün etiraz aksiyası keçirilir.
Baş nazir Nikol Paşinyanın rəhbərliyindən narazı qalan ermənilər Gümrüdə yeni etiraz növü seçiblər. Belə ki, bir qrup sakin Paşinyanın və onun “Mənim addımım” fraksiyasında təmsil olunan deputatların fotolarını çirkab suların töküldüyü yerə atıblar.
Muxalifet2 - 2-12-2020
28 illik həsrətdən sonra Laçının Qarıqışlaq kəndi - VİDEO
Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir:
Muxalifet2 - 2-12-2020
Putin KTMT və MDB ölkələrini də Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı - “PAŞİNYAN AĞIR, AMMA ZƏRURİ QƏRAR VERİB...”
Rusiya, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa dair əldə edilmiş razılaşma ardıcıl şəkildə reallaşdırılır. Bu haqda Rusiya prezidenti Vladimir Putin KTMT-nin videokonfrans rejimində keçirilən sammitində çıxışı zamanı deyib.
“İndi hamı birlikdə ümumi səylərlə döyüş əməliyyatları zonasında zərər çəkmiş insanlara kömək etmək, qaçqınların qayıtması ilə bağlı yaranan humanitar problemləri həll etmək, dağılmış infrastrukturu bərpa etmək, tarix, mədəniyyət və dini abidələrin mühafizəsini həyata keçirmək lazımdır”,-Putin bildirib.
Muxalifet2 - 2-12-2020
Azərbaycanda koronavirusla bağlı son vəziyyət - OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRDİ, CANLI YAYIM
Hazırda Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat nümayəbndələri üçün növbəti brifinqi keçirilir.
Tədbirdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edirlər. Onlar ölkədə koronavirusla bağlı son vəziyyət haqda məlumat veriblər.
Nəzrin Mustafayeva bildirib ki, bu gün 3942 nəfər yoluxub, 37 nəfər vəfat edib. Ümumilkdə 232 nəfər ölüb.
Muxalifet2 - 2-12-2020
10 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Muxalifet2 - 2-12-2020
"TÜRKİYƏ-RUSİYA BİRGƏ MƏRKƏZİNİN İNŞASI GEDİR"- "Mərkəzdə türk və rus generalı atəşkəsə nəzarət edəcək..."
“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır. Çox qısa müddət ərzində orada xidmətə başlanılacaq”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək, davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.
Muxalifet2 - 2-12-2020
"İrəvana gəlmə-gəlmə"… - Yerliçilik dövlət siyasətinin tərkibi kimi…
Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycanın apardığı 44 günlük vətən savaşında son dərəcə maraqlı proses müşahidə olunurdu. İrəvan erməniləri ilə, Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi mübahisə duyulurdu.
Muxalifet2 - 2-12-2020
"20 yaşdan aşağı olanlar ölüm daşıyıcılarıdır" - PROFESSOR
“Hazırda əlimizdə normal vaksin yoxdur. Əgər olsa belə onun nə qədər effektli olacağı barədə nəsə deyə bilmərik”.
Bu fikirləri Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Muxalifet2 - 2-12-2020
Azərbaycanda daha 3942 nəfər koronavirusa yoluxdu – 37 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər sağalaraq evə buraxılıb.
Muxalifet2 - 2-12-2020
AZƏRBAYCANDA NÖVBƏTİ TENDER QALMAQALI – Cəmi 3-4 gün əvvəl yaranan şirkətlər tenderdə necə qalib oldular…
Bir neçə gün əvvəl Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yerli media xəbər verir ki, tender müsabiqəsinin qalibi “Sansetka Az Qrup” MMC olub. Müqavilənin şərtlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsi dəftərxana və təsərrüfat mallarının alınması üçün bu şirkətə 73 min 735 manat 60 qəpik ödəyəcək.
Muxalifet2 - 2-12-2020
Bakıda bələdiyyə sədri koronavirusdan dünyasını dəyişdi
Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.
"Report"un əldə etdiyi məlumata görə, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xəlilov İlham Məmməd oğlu 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.
Muxalifet2 - 2-12-2020
DTX Livandan olan muzdluları sorğu-sual edir - VİDEO
Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Muxalifet2 - 2-12-2020
“Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” - XTQ ZABİTİ / VİDEO, FOTO
O, Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biridir. Avtomatlarla küçə döyüşlərində döyüşən, “RPG-7”lərlə düşmən zirehli texnikalarını vuraraq partladan 100 nəfərlik dəstənin üzvü olub.
“Qafqazinfo”nun əməkdaşları bu gün Vətən Müharibəsi qazisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı zabiti Samir Baxşəliyevlə görüşərək Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı söhbətləşib.
Muxalifet2 - 2-12-2020
Yüksək yumor hissi olan hərbçilərimiz Kəlbəcərdə mina təmizləyirlər - VİDEO
Erməni işğalçıları Kəlbəcərdən çıxarkən yolları minalayıblar. Hazırda Azərbaycan hərbçiləri həmin minaların zərərsizləşdirilməsi ilə məşğul olur.
Bunu əks etdirən videolardan biri sosial şəbəkələrdə yayılıb.
Videoda hərbçilərimizin öz işlərinə həvəs və yumorla yanaşdığı görünür.
Muxalifet2 - 2-12-2020