Axtarış
The search found 105716 results in 0.035 seconds.
Search results
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
Azərbaycan tərəfi Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyyəsi barədə məsələ qaldırıb. “RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan deyib.
O bildirib ki, Kəlbəcər rayonu Bakının nəzarətinə keçəndən sonra iki ölkə arasındakı sərhəd sahənin ortasından keçir.
Xaçatryan əlavə edib ki, Azərbaycan hərbçiləri mədəndə işləyən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb və bundan sonra şirkət əməkdaşları ərazini tərk edib.
Muxalifet2 - 27-11-2020
ERMƏNİLƏR "SÖYÜDLÜ" QIZIL YATAĞINI QAYTARMAQ İSTƏMİR? - Kəlbəcərdə mübahisə yaranıb / VİDEO? YENİLƏNİB
Azərbaycan ordusu işğaldan azad edilmiş Kəlbəcər rayonunun "Soyüdlü" qızıl yatağı üzərində suverenliyini bərpa edir. 2006-cı ildən ermənilər burada qanunsuz qızıl çıxarırdılar.
Muxalifet2 - 27-11-2020
“Hər beş testdən birinin cavabı müsbət çıxır” - TƏBİB və baş infeksionist həyəcan təbili çalır
Ölkədə aparılan hər beş COVID-19 testindən birinin nəticəsi pozitiv çıxır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB artıq həyəcan təbili çalır.
Muxalifet2 - 27-11-2020
Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar PASLI BORULARI, HƏTTA LAMİNATI DA SÖKÜB DAŞIYIRLAR... - FOTOLAR
10 noyabr üçtərəfli razılaşması əsasında dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarılacaq Laçından ermənilərin köçü davam edir.
On illərdir bu torpaqlarda qanunsuz məskunlaşan, qovub çıxardıqları azərbaycanlıların evlərinə doluşub yaşayan ermənilər-mülki geyimli işğalçılar daha əvvəl Kəlbəcər və Ağdamdan köçəndə etdiklərini burada da təkrar edirlər. Xarici KİV-lər onların Laçında əllərinə keçəni daşıyıb apardıqlarını və geridə qalanlara od vurduqlarını yazır. Bu, əsrlərdir dəyişməyən erməni xisləti, xəstəliyi və vandalizmidir.
Muxalifet2 - 27-11-2020
“YARIM SAATIN İŞİNDƏ 80 YARALI GƏTİRDİLƏR, ƏSL QƏTLİAM İDİ...” - Qarabağda yaralıları xilas edən cərrah Amil Hüseynov Antalyaya geri döndü, qəhrəman kimi qarşılandı
Türkiyənin Akdeniz Universitetinin Tibb Fakültəsi Xəstəxanasında çalışan azərbaycanlı cərrah Amil Hüseynov müharibənin ilk günlərindən torpaqlarımız uğrunda vuruşan əsgərlərimizə tibbi xidmət göstərmək üçün Azərbaycana geri dönüb, cəbhə bölgəsində onlarla yaralını xilas edib. Bu günlərdə Türkiyəyə- çalışdığı xəstəxanaya geri dönən Hüseynov qəhrəman kimi qarşılanıb.
Muxalifet2 - 27-11-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə kəskin şəkildə artdı -SON SUTKA ƏRZİNDƏ DAHA 35 NƏFƏR ÖLÜB
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 3 712 yeni yoluxma faktı qeydə alınıb, 1 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Muxalifet2 - 27-11-2020
KƏLBƏCƏRİN QIZIL YATAQLARI HƏLƏ İŞĞALDADIR? - Ermənilər yataqları qaytarmağı böyük fəlakət sayır və...
Məlum olduğu kimi, noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbi birləşmələri işğal etdikləri Kəlbəcər rayonunun ərazisini tərk etməli idilər.
Artıq darmadağın olmuş qoşunun tör-töküntüləri və azərbaycanlıların evlərini zəbt etmiş erməni əhalisi rayonu tərk etsə də, Kəlıbəcər ərazisindən keçən Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasıyla bağlı xeyli iş görülməlidir.
Muxalifet2 - 27-11-2020
Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir
“Nar” xüsusi karantin rejimində abunəçilərinin bütün zəruri xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar” xidmətini həftəsonları da təqdim etməyə davam edir. Abunəçilər evlərini tərk etmədən "Nar" xidmət mərkəzlərində göstərilən bir çox xidmətlər üçün, eləcə də SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.
Muxalifet2 - 27-11-2020
PAYTAXT POLİSİNİN YENİ RƏİSİNİN ADI BƏLLİ OLDU - Vilayət Eyvazov əmr imzalayıb
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.
APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Muxalifet2 - 27-11-2020
General Movses Akopyan: “Paşinyanın psixi problemləri var”
“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”.
Bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.
“Report” xatırladır ki, bu gün Nikol Paşinyan xalqa müraciətində Movses Akopyanı da hədəfə alıb. Belə ki, M.Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 nəfərin fərarilik etdiyini bildirmişdi.
Muxalifet2 - 27-11-2020
Azərbaycanda məhkəmə prosesləri təxirə salındı - KARANTİNƏ GÖRƏ
Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib.
Bu barədə Ali Məhkəmədən bildiriblər.
Muxalifet2 - 27-11-2020
Paşinyan arvadını Xankəndinə generalların yanına niyə göndərirmiş...
Ermənistan baş naziri Nikol Paşinyan özü həyat yoldaşı Anna Akopyana “Qarabağ müdafiə ordusu” qərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırıb.
Bu barədə Paşinyan Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyanın açıqlamalarına münasibət bildirərkən deyib.
Muxalifet2 - 27-11-2020
Ukrayna generalları da Azərbaycan ordusuun Qarabağdakı döyüş təcrübəsini öyrənir - XARİCİ İŞLƏR NAZİRİ KULEBA AÇIQLADI
Dağlıq Qarabağdakı müharibə döyüş əməliyyatlarının aparılmasının müasir formalarını nümayiş etdirdi. Ukrayna generalları nümunə kimi Dağlıq Qarabağdakı hadisələrin təcrübəsini öyrənir.
Virtualaz.org xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ ordusunun komandanlığı Qarabağda gedən döyüş əməliyyatlarının və Azərbaycan ordusunun pilotsuz döyüş vasitələrindən geniş istifadə etməsinin təcrübəsini öyrənməyə başlamışdı.
Muxalifet2 - 27-11-2020
Ağsunun icra başçısı koronavirusdan dünyasını dəyişdi
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.
Muxalifet.az bildirir ki, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.
İcra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.
Xatırladaq ki, Vahid Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Muxalifet2 - 27-11-2020
PAŞİNYANA 2 GÜN VAXT VERİLDİ - O, ayın 30-dək cavab verəcəyini açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Görüşdən sonra aksiya iştirakçıları bildiriblər ki, Paşinyan ona daha iki gün möhlət verilməsini xahiş edib. Baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək.
Muxalifet2 - 28-11-2020
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
“Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”.
Muxalifet2 - 28-11-2020
Paşinyan Putini Yerevanda necə təhqir etdi - KREML KİV-İ YAZIR...
“Bu gün Paşinyanın Ermənistanı Rusiyadan "ayırmaq" üçün nə qədər səy göstərdiyi artıq sirr deyil. Onun fəaliyyətlər siyahısına yalnız Qərb ölkələrinə müntəzəm “baş əydiyi” deyil, eyni zamanda Rusiya Federasiyasına və şəxsən Vladimir Putinə qarşı açıq şəkildə təhqiramiz davranış da daxil idi. Avrasiya İqtisadi Şurasının forumunda Paşinyan Putinə qarşı sərt davranışlar etdi - protokolun əksinə olaraq, onu hava limanında qarşılamadı, hava limanına gedən yolda isə Paşinyanın korteji sürəti artıraraq və təhlükəli sürməklə Putinin korteji ilə ötüş yarışı keçdi".
Muxalifet2 - 28-11-2020
Vətən uğrunda eyni gündə, eyni saatda şəhid olan iki qardaş - İMAN VƏ BƏHRAM, SARSIDICI MÜHARİBƏ DRAMI
Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanan, çiyin-çiyinə döyüşən, eyni gündə, eyni saatda qəhrəmancasına şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədovlar adlarını Azərbaycanın döyüş tarixinə şərəflə yazdırdılar. Eyni zamanda bir ailədən eyni gündə iki şəhid, iki qardaşın eyni gündə bu savaşda qurban getməsi sarsıdıcı müharibə dramlarından biri kimi uzun müddət yaddaşlardan silinməyəcək.
Muxalifet2 - 28-11-2020
Kəlbəcərdə Azərbaycan bayrağı qaldırıldı - DÖYÜŞÇÜLƏRİMİZ ALİ BAŞ KOMANDANA RAPORT VERDİ / VİDEO
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər şəhərində Azərbaycan bayrağının qaldırılmasına dair videosüjeti yayıb. Süjetə əsasən Kəlbəcərə daxil olan ordu bölmələri düşmənin rayonu tərk edərkən yandırıb dağıtdığı, talan etdiyi tikililərdən birinin üzərində dövlət bayrağını ucaldır. Daha sonra döyüşçülər bu barədə Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verirlər.
Muxalifet2 - 28-11-2020
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən görünütlər - VİDEO
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir:
Muxalifet2 - 28-11-2020