Axtarış
The search found 105716 results in 0.033 seconds.
Search results
Aİ-nin TÜRKİYƏYƏ QARŞI “SANKSİYA YÜRÜŞÜ”... - Fransa həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmən münasibət sərgiləyir
Rəsmi şəxslərin və diplomatların sözlərinə görə, Fransa Avropa İttifaqının (Aİ) Türkiyəyə yönəlik sanksiyalar tətbiq etmək cəhdlərinə başçılıq edir. Məqsəd «bu ölkədən qaynaqlaran təhdidlərin qarşısının alınmasıdır». Ancaq Paris hələlik Yunanıstan və Kiprdən savayı, digər Aİ ölkələri hökumətlərinin dəstəyini əldə edə biməyib. Bu barədə «Röyter» agentliyi xəbər verib.
Muxalifet2 - 30-11-2020
“QARTAL” LƏQƏBLİ CƏNGAVƏRİMİZ... - Onun adı gələndə düşmənin canına qorxu düşürdü / VİDEO
Sumqayıt şəhidi, əslən Masallıdan olan xüsusi təyinatlı polkovnik-leytenant Ramiz Cəfərov... Döyüş meydanında bu ad düşmənə yaxşı məlum idi. Çünki hərbi hissə komandirinin müayini kimi həmişə ön sırada gedib, əsgərləri ilə çiyin-çiyinə döyüşüb.
Göstərdiyi şücaətə görə ona “Qartal” ləqəbi də verilib. Son döyüşü Şuşada olub.
Azərbaycan Televiziyası şəhid polkovnik-leytenantımız haqqında süjet hazırlayıb.
Həmin süjeti təqdim edirik:
Muxalifet2 - 30-11-2020
SƏRT KARANTİN REJİMİ QAYIDIR? - Yoluxma sayı gündəlik 5000 nəfəri keçərsə, səhiyyə sistemi çökə bilər
Azərbaycanda koronavirus pandemiyasının artım sürəti ciddi narahatlıq yaradır. Son bir həftədə yoluxanların sayı 2 dəfə artaraq, gündəlik 4 min nəfəri ötüb. Mütəxəssislər qeyd edirlər ki, əgər gündəlik test sayı arırılarsa, yoluxma sayının da bir neçə dəfə artıq olduğu üzə çıxa bilər. Yəni ki, hazırda real yoluxma sayı rəsmi statistikada göstərilən rəqəmləri xeyli üstələyir.
Muxalifet2 - 30-11-2020
Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd - Ukrayna ordusu da sınaqdan keçirir
Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı tətbiq etdiyi unikal fənd Ukrayna ordusunun bu günlərdə keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə sınqdan keçirilib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, söhbət düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini pilotsuz idarə olunan kiçikhəcmli mülki təyyarələrlə aşkarlamaqdan gedir.
Muxalifet2 - 30-11-2020
Ter-Petrosyan və Koçaryan Moskvaya niyə getmədi? - PAŞİNYAN DETALLARI AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin birinci və ikinci “prezidentləri” Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya planlaşdırılan, lakin baş tutmayan səfərləri barədə detalları açıqlayıb.
Paşinyanın sözlərinə görə, oktyabrın 20-də Arkadi Qukasyan və Bako Saakyan müharibə dövründə milli birliyin əlaməti olaraq Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin görüşünün təşkilini təklif ediblər.
Muxalifet2 - 30-11-2020
Maradonanın həkiminə cinayət işi açıldı - ULDUZ FUTBOLÇUNUN ÖLÜMÜNDƏ İTTİHAM OLUNUR
Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı onun şəxsi həkimi barəsində ittiham irəli sürüb.
"Todo Noticias" telekanalı xəbər verir ki, Leopoldo Luke adam öldürmə və xəstəyə kömək göstərməməkdə şübhəli bilinir. Ona qarşı istintaq, Maradonanın qızlarının həkimin hərəkətlərini şübhə altına alan ifadələri əsasında başladılıb.
Məhkəmə Lukanın evində axtarış aparılmasına icazə verib. Əməliyyatlar zamanı Maradonanın xəstəlik tarixcəsi ələ keçirilib.
Muxalifet2 - 30-11-2020
"Dünyadakı bütün xəstələr bundan ölür" - MARADONANIN HƏKİMİ
Həkimi Leopoldo Luke əfsanəvi futbolçu Dieqo Maradonanın müalicəsində tibbi səhv ehtimalını inkar edib.
"Report"un məlumatına görə, "Pagina12" nəşrinə açıqlama verən Luke sabiq yarımmüdafiəçinin xilası üçün mümkün olan hər şeyi etdiyini bildirib.
Həkim heç bir tibbi yanlışlığının olmadığını söyləyib: "Maradonada gözlənilməz bir şey oldu: infarkt. Həkimlər bunun qarşısını almaq üçün hər şeyi etdilər. Bütün dünyadakı xəstələr bundan ölür".
Muxalifet2 - 30-11-2020
Azərbaycan Ordusunun şəhid giziri Qubada dəfn edildi - FOTO
Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Orxan Vidadi oğlu Balayev dəfn edilib.
O, doğulub boya-başa çatdığı Quba rayonunun Alpan kəndində torpağa tapşırılıb.
Muxalifet2 - 30-11-2020
Ermənistan Rusiyadan təzminat tələb edir – QARABAĞIN ƏVƏZİNDƏ 2,6 MİLYARD DOLLAR VƏ KRASNODAR…
Erməni baş nazir Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə 5 rayonunun təhvil verilməsi ilə sona çatan qarşıdurmada qondarma, separatçı “Dağlıq Qarabağ ordusu”nun və onu dəstəkləyən Ermənistan ordusunun məğlub olması səbəbindən Rusiyaya iddia irəli sürüb. Panorama.pub saytının məlumatına görə, Paşinyan bəyan edib ki, bu məğlubiyyət Rusiya tərəfinin erməni xalqına xəyanəti üzündən baş verib.
Muxalifet2 - 30-11-2020
“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb
Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 2020-ci ilin 9 ayı ərzində 4G istifadəçilərinin sayı 35 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27 %, regionlar üzrə isə 51 % yüksəlib.
Muxalifet2 - 30-11-2020
Ter-Petrosyan Paşinyanı “ümummilli bəla” adlandırdı - “QOY NƏ İSTƏYİR DESİN, ONSUZ DA...”
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı “ümummilli bəla” adlandırıb. Erməni KİV-ləri xəbər verir ki, Ter-Petrosyan bu qiymətləndirməni Paşinyanın son açıqlamalarına cavab olaraq verib.
Paşinyan bildirmişdi ki, Qarabağda müharibə gedəndə həqiqətən eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan Moskvaya, Putinlə görüşə getmək istəyirdi. Amma onların “xüsusi nümayəndə” statusunda Putinlə görüşməsi şərti irəli sürüldüyü üçün buna razı olmayıb.
Muxalifet2 - 30-11-2020
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü - SON SUTKA ƏRZİNDƏ YOLUXANLARIN SAYINDA AZALMA QEYDƏ ALINIB
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 981 yeni yoluxma faktı qeydə alınıb, 1 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet2 - 30-11-2020
MİLLİ BİRLİYİMİZDƏN ƏNDİŞİYƏ DÜŞÜN “SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR” – Sahil Qasımovun Benilüks Azərbaycanlıları Konqresinin sədrinə qarşı çıxmasının səbəbləri…
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişikliklərdən sonra, bu qurumun fəaliyyətində ciddi dəyişikliklər həyata keçirilməkdədir. Diaspor Komitəsinin sədri postunda Nazim İbrahimovu əvəz edən Fuad Muradovun sələfindən fərqli olaraq öz ətrafına korrupsioner məmurları deyil, peşəkar və gənc kadrları toplaması, o cümlədən bir çox xarici ölkələrdə diaspor təşkilatlarının demək olar ki, yenidən qurulması artıq öz töhfəsini verməkdədir.
Muxalifet2 - 30-11-2020
Sarkisyanın kürəkəni: Minlərlə əsgərimiz öldü, Paşinyan qəsdən matəm elan etmədi... - "BƏS XALQ NİYƏ YAS SAXLAMIR?"
Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyanı və erməni xalqını Qarabağda ölən minlərlə əsgərə qarşı hörmətsizlikdə ittiham edib.
Muxalifet2 - 30-11-2020
Rusiya sülhməramlılarına növbəti maddi-texniki təminat yükü Bakı vasitəsilə çatdırıldı - FOTO, VİDEO
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.
Muxalifet2 - 30-11-2020
Gürcüstanda məhdudiyyətlərə etiraz - NARAZILAR PARLAMENTİN QARŞISINDA ÇADIR QURMAQ İSTƏDİLƏR
Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq üçün hökumətin tətbiq etdiyi məhdudiyyətlərə qarşı etiraz mitinqi keçirilib.
Apsny.ge xəbər verir ki, bu gün etirazçılar Tbilisidəki parlament binasının qarşısında çadır qurmaq istəyiblər, lakin polis buna mane olub.
Aksiya “Gürcüstan uğrunda” hərəkatı tərəfindən təşkil olunub. Etirazçılar həmçinin, erkən parlament seçkiləri tələb ediblər.
Hərəkat iştirakçıları onuncu parlament iclası günü dinc etiraz keçirəcəklərini deyiblər.
Muxalifet2 - 30-11-2020
"ONLARIN HÜCUMU ÖLÜM MƏLƏYİNİN GƏLİŞİ KİMİ İDİ..." - Fransalı muzdlu Azərbaycan hərbçilərinin qüdrətindən danışıb
İkinci Qarabağ Müharibəsində yaşanan hadisələri danışan erməni əsgər Azərbaycan Silahlı Qüvvələrindən necə qorxduqlarını dilə gətirib.
“Yerevan Today” xəbər verir ki, Fransadan Qarabağa gedərək, Azərbaycan ordusuna qarşı vuruşan erməni üç-dörd azərbaycanlı hərbçinin 20-30 ermənini məhv etdiyini deyib: “Azərbaycan əsgərlərinin hücumu ölüm mələyinin gəlişi kimi idi. Üç-dörd nəfər gəldilər, 20-30 nəfər silahlı ermənini səngərdə öldürdülər və həmin vaxt da gözdən itdilər. Onları gecə ova çıxan ac qurdlara bənzətdik”.
Muxalifet2 - 30-11-2020
Laçın rayonunda Azərbaycan bayrağı qaldırıldı - VİDEO, FOTO
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan hərbçisi Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edib.
Muxalifet.az xəbər verir ki, məruzədə deyilir:
"Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".
Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edirik.
Muxalifet2 - 1-12-2020
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - VİDEO
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Muxalifet2 - 1-12-2020
"Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi” - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİNDƏN PAYLAŞIM
Türkiyənin Milli Müdafiə Nazirliyi işğal altında olan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı paylaşım edib.
Nazirliyin “Twitter” səhifəsində qeyd olunur:
Muxalifet2 - 1-12-2020