Axtarış

The search found 105716 results in 0.034 seconds.

Search results

  1. Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

    Muxalifet2 - 25-11-2020

  2. Qarabağ müharibəsini işıqlandıran məşhur türk jurnalist koronavirusa yoluxdu - FOTO

    CNN Türk kanalının müxbiri Fulya Öztürk COVID-19-a yoluxub.

    Bu barədə jurnalist özünün instaqramdakı səhifəsində bildirib.

    O, Azərbaycandan Türkiyəyə ötən bazar günü qayıtdığını bildirib. Fulya Öztürk qeyd edib ki, həmin gün verdiyi koronavirus testinin nəticəsi mənfi olub. Lakin sonradan onda COVID-19 aşkarlanıb.

    Xatırladaq ki, Fulya Öztürk Azərbaycanda 44 günlük müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə iştirak edib.

    Muxalifet2 - 25-11-2020

  3. Azərbcan hərbçiləri Kəlbəcərə doğru irəliləyir - VİDEO, FOTOLAR

    Gecə ərzində Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə doğru irəliləyib.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

    Qeyd edək ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

    Muxalifet2 - 25-11-2020

  4. İşğaldan azad olunan Kəlbəcərdən ilk görüntülər

    Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər yayımlayıb.

    Muxalifet.az nazirliyə istinadən həmin görüntüləri təqdim edir.

    Muxalifet2 - 25-11-2020

  5. Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - RƏSMİ

    “Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub”.

    Muxalifet2 - 25-11-2020

  6. Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - VİDEO, FOTOLAR

    Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntülərini yayıb.

    Muxalifet.az həmin görüntüləri təqdim edir.

    Muxalifet2 - 25-11-2020

  7. Azərbaycan neftinin qiyməti 48 dolları keçdi

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,79 ABŞ dolları, yaxud 3,87 % artıb.

    Muxalifet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 48,08 ABŞ dolları təşkil edib.

    Muxalifet2 - 25-11-2020

  8. VƏKİLLƏR KOLLEGİYASINDA KORONAVİRUS ŞOKU! - Onlarla əməkdaş dəhşətli virusa yoluxub...

    “Hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır”.

    “Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

    Onun sözlərinə görə, bu bəla vəkillərdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib:

    Muxalifet2 - 25-11-2020

  9. "Kəlbəcər 27 ildən sonra gerçək sahiblərinə qovuşub" - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

    Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə Azərbaycanı təbrik edib.

    Təbrik mətni nazirliyin tvitterində paylaşılıb.

    “Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra gerçək sahiblərinə qovuşub. Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”, - qeyd olunub.

    Nazirlik Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması fotolarını da paylaşıb.

    Muxalifet2 - 25-11-2020

  10. Kəlbəcərlilər Gəncədə avtoyürüşlər keçirib - FOTOLAR

    Kəlbəcərlilər rayonunun işğaldan azad olunmasını böyük təntənə ilə qeyd edirlər.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncənin bir çox küçə və prospektlərində insanlar Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə avtoyürüşlər keçirirlər.

    Gəncə şəhəri ərazisində Kəlbəcərdən olan məcburi köçkünlər və yerli əhali "Qarabağ Azərbaycandır!", "Kəlbəcər bizimdir!", "Yaşasın İlham! Əliyev!" və Yaşasın Ali Baş Komandan!" şüarları ilə küçələrə axışaraq Azərbaycanın Dövlət Bayrağını dalğalandırırlar. Şəhərin küçə və prospektlərində avtoyürüşlər keçirilir.

    Muxalifet2 - 25-11-2020

  11. Atəşkəsdən sonra Ermənistanla sülh müqaviləsi bağlanacaq? - Nazirdən açıqlama

    “BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur”.

    XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində “Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?” sualına cavabında deyib.

    Muxalifet2 - 25-11-2020

  12. Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxub

    İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyev koronavirusa yoluxub.
    Bu barədə APA-ya onun vəkili Orxan Zeynalov məlumat verib.
    Vəkil bildirib ki, bir neçə gün əvvəl COVID-19 virusuna yoluxmuş, vəziyyəti ağır kimi qiymətləndirilən sabiq icra başçısı hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.
    Qeyd edək ki, məhkəmə ötən gün V. Hacıyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatəti təmin etməyib.

    Muxalifet2 - 25-11-2020

  13. Bizi qarşıda ağır mərhələ gözləyir... - Dövlət qurumları nə etməlidir?

    Azərbaycan ordusu 44 gün ərzində anti-terror əməliyyatları reallaşdırdı, müharibədə şəksiz qələbə əldə etdik və hazırda dövlət bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalanır. Hər şey bununla bitirmi? Xeyr! Hələ qarşıda bizi ağır və məsuliyyətli bir mərhələ gözləyir. Müharibənin fəsadlarının aradan qaldırılması prioritet məsələ olmalıdır. Ermənilərin dağıtdığı şəhər və kəndlərimiz yenidən bərpa olunacaq. Müharibə bir dövlətə gün ərzində on milyonlarla vəsaitə başa gəlir.

    Muxalifet2 - 25-11-2020

  14. "Türkiyənin dəstəyi sayəsində Ermənistanın işğalı sona çatıb" - ƏRDOĞAN

    “Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

    Muxalifet2 - 25-11-2020

  15. Kəlbəcərin azad olunması münasibətilə Bakıda avtoyürüş keçirilir

    Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə bağlı Bakı şəhərinin mərkəzi küçələrində qələbə yürüşü keçirilir.

    “Report”un xəbərinə görə, avtomobillərin üzərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları asmış yürüş iştirakçıları “Kəlbəcər azaddır”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirlər.

    Muxalifet2 - 25-11-2020

  16. Murovda qar dizə çatır: Dağdan son görüntülər - VİDEO

    Bildiyimiz kimi, Azərbaycan ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-həmlə əməliyyatıarı ilə Azərbaycanın illərlə düşmən tapdağında qalan torpaqları işğaldan azad olunub.

    Düşmənin ordumuzun qüdrəti qarşısında çarəsiz qalması nəticəsində işğaldan azad edilən yerlərdən biri də Murovdağdır.

    Sosial şəbəkələrdə dağdan görüntülər paylaşılıb.

    Görüntülərdən hərbçilərimizin hansı relyef şəraitində vətənimizin keşiyində dayandığını aydın görmək mümkündür.

    Videonu təqdim edirik:

    Muxalifet2 - 25-11-2020

  17. "QAFQAZDA YENİ DÖVR BAŞLAYIR" - İbrahim Kalından Kəlbəcərlə bağlı paylaşım

    Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabından Kəlbəcərlə bağlı paylaşım edib.

    “Azərbaycan ordusu 27 ildir işğala məruz qalan Kəlbəcəri bu gecə azadlığına qovuşdurub.

    Daşlar yerinə oturur. Qarabağ əsl kimliyinə qovuşur.

    Qafqazda yeni dövr başlayır. Türkiyə Qafqazın yeni tarixində aktiv rol oynamağa davam edəcək”, - deyə o qeyd edib.

     

    Muxalifet2 - 25-11-2020

  18. Ərdoğan Kəlbəcərin azad olunmasından danışdı - “HAMI BÖLGƏDƏKİ YENİ REALLIĞA UYĞUN DAVRANMALIDIR”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı danışıb. “Haber Global” məlumat verir ki, bu barədə Türkiyə lideri AKP partiyasının iclasında bəhs edib.

    O bildirib ki, Dağlıq Qarabağdakı 30 illik haqsızlıq sona çatıb: “Dağlıq Qarabağdakı 30 illik haqsızlığın sona çatmasına töhfə verdik. Erməni işğalı sona çatdı və qalıcı həll üçün ümidlər ilk dəfə artdı. Dünənə qədər görünməyən və açıq şəkildə erməniləri dəstəkləyən Minsk Qrupunun həmsədrinin və bəzi ölkələrin narahatlıqları önəm kəsb etmir”.

    Muxalifet2 - 25-11-2020

  19. “Avropa Qarabağ müharibəsindən dərs çıxarmalıdır” - “Rusiyanın havadan müdafiə sisteminin dronlara qarşı səmərəsizliyi üzə çıxdı”

    "2020-ci ilin Dağlıq Qarabağ müharibəsindən Avropanın müdafiəsi üçün vacib dərs çıxarmaq olar. Avropa hökumətləri bunu təcili öyrənməlidirlər". Bu haqda Avropa Xarici Əlaqələr Şurasının portalında Qustav Qressel yazıb. Müəllif birinci dərsin strategiya və siyasətdən ibarət olduğunu yazır. “Azərbaycan və Türkiyə hücum əməliyyatının uğurundan əmin idilər, Rusiya isə ta əvvəldən bildirmişdi ki, ermənilərə tanınmış sərhədlərindən kənarda kömək etməyəcək.

    Muxalifet2 - 25-11-2020

  20. "TÜRK ORDUSU ŞUŞADA, LAÇINDA VƏ YA KƏLBƏCƏRDƏ YERLƏŞƏCƏK" - Bu istiqamətdə çalışmalar sürətlənib

    Muxalifet2 - 25-11-2020

Pages