Axtarış
The search found 105716 results in 0.032 seconds.
Search results
“AA” seriyalı avtomobil nömrələrini kimlər ala bilər?
Elməddin Muradlı: “Bununla bağlı qanunvericilikdə hər hansı bir ayrıseçkilik nəzərdə tutulmayıb"
Mübariz Ağayev: “Həmin nəqliyyat vasitələri hərəkət zamanı hansısa üstünlüyə malik olmurlar”
Muxalifet2 - 22-11-2020
RUS AYISINA TÜRK BURUNTULUĞU… - Məmmədxan Əzizxanlı yazır
Müharibə ən ağır işdir, ciddi hazırlaşmadan, kimdənsə, nədənsə asılılığını qırmadan, ona başlamaq olmaz…
“Rus” ölümsaçan, əsarət gətirən deməkdirsə, biz Qarabağda həm də rusa qalib gəldik. Bu, rusun bioloji yox, tarixən ictimai, siyasi xarakterini verir. Bu barədə rus əsarətini dadmış, anlaqlı, hələ rusa assimilə olmamış hər kəs oxunaqlı bir inşa yaza bilər.
Muxalifet2 - 22-11-2020
Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib - VİDEO
Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Onun bu etirafı “İnstagram” hekayəsində yer alıb.
Bu barədə Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “Facebook” sosial şəbəkəsində məlumat verib.
M.Fətəliyeva Makronun çıxışından da sitat gətirib. Fransa Prezidenti yeddi rayonun Azərbaycana aid olduğunu bildirib.
Muxalifet2 - 22-11-2020
Bill Qeyts yeni pandemiyanın ANONSUNU VERDİ - "İkinci dəfə biz belə axmaq olmayacağıq"
“Microsoft” şirkətinin qurucusu, iş adamı Bill Qeyts yeni pandemiyanın meydana çıxacağı ilə bağlı bəşəriyyəti xəbərdar edib.
"RİA Novosti" xəbər verir ki, milyarder aktrisa Raşida Cons və ABŞ-ın baş infeksionisti Entoni Faucla koronavirus pandemiyasını və COVID-19-un meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.
Muxalifet2 - 22-11-2020
"Yox bir, ruslar gedib orada öləcəkdilər?" - JİRİNOVSKİ ERMƏNİLƏRİ "ATƏŞƏ TUTDU"
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyanı Dağlıq Qarabağda müharibəyə cəlb etmək istəyən erməni siyasətçilərini tənqid atəşinə tutub.
Muxalifet2 - 22-11-2020
Cəbhə xəttindən kənarda həlak olanlar da şəhid hesab olunacaq - RƏSMİ AÇIQLAMA
Nazirlər Kabineti qərarına dəyişiklik edib
27 sentyabr-10 noyabr tarixlərində aparılan hərbi əməliyyatlarda cəbhə xəttindən kənar məntəqələrdə həlak olanlar da şəhid hesab olunur.
Bu barədə Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik olunub.
Muxalifet2 - 22-11-2020
“FÖVQƏLNAZİR”İN ŞİRKƏTİ İŞÇİLƏRİN MAAŞINI VERMİR - “9 aydır “Gilan Orchard” şirkətindən maaşımı ala bilmirəm”
Göyçay sakini: “Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir”
“9 aydır işləyirəm, amma əmək haqqımı ala bilmirəm. Nə işdən çıxarırlar, nə də ödənişlə bağlı bir söz deyirlər. İşi yarımçıq qoyacaq ürək də yoxdur məndə. Sahədir, pis günə qalacaq. 13 ildir gözüm kimi baxıram. Hər şeyi pula görə atıb getmək də olmur”.
Göyçayın Qarabağlar kəndinin sakini Ərəstun Kərimov Meydan TV-yə belə deyir. O, 2007-ci ildən “Gilan Holding”in Göyçaydakı “Gilan Orchard” şirkətində çalışır.Muxalifet2 - 22-11-2020
Nobel mükafatçısı Gəncədə valideynlərini itirən Xədicəyə yardım ayırdı
Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.
Muxalifet2 - 23-11-2020
Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək – DİN-dən AÇIQLAMA
“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”.
Bu barədə “Report”un sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev bildirib.Muxalifet2 - 23-11-2020
Keçmiş XİN başçısı ailəsini Ermənistandan çıxarır
Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.
“Novosti Armeniya” xəbər verir ki, bu barədə “Mediaport Teleqram” kanalı məlumat yayıb.
Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Qutterişə noyabrın 20-də işlə bağlı müraciət edib.
Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.
Muxalifet2 - 23-11-2020
Göyçayda daha bir qazimiz izdihamla qarşılandı - VİDEO
Qarabağ döyüşlərində yaralanan qazimiz Asif Məmmədov böyüyüb boya-başa çatdığı Göyçay rayonunun Şahsoltan kəndinə qayıdıb.
Baku TV xəbər verir ki, döyüşçümüzün qayıdışı kənd camaatı arasında böyük təntənə ilə qeyd olunub.
Qazimiz Asif Məmmədov kənd qəbiristanlığına gələrək, Vətən Müharibəsində şəhid olmuş döyüşçü yoldaşlarını ziyarət edib.
Muxalifet2 - 23-11-2020
ERMƏNİLƏRİN KƏLBƏCƏRDƏN KÖÇÜ DAVAM EDİR – İtli-pişikli daşınırlar / FOTOLAR
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundan ermənilərin köçü davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rayon noyabrın 25-nə qədər Azərbaycana təhvil veriləcəyi üçün köç prosesi sürətlənib.
Ötən müddət ərzində rayonda məskunlaşdırılmış 3 mindən artıq sakin Ağdərə-Vardenis yolu ilə Ermənistana qayıtmaqda davam edir. Onlar şəxsi əşyalarını, ev heyvanlarını və hətta yaxınlarının qəbir daşlarını da özləri ilə aparırlar.
Muxalifet2 - 23-11-2020
"Üsyançı general" barədə cinayət işi açıldı, istintaq başladı - Akopyan cəzalandırılır
Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyanın ötən həftəki m
Muxalifet2 - 23-11-2020
Azərbaycanda 15 deputat koronavirusa yoluxdu - MİLLİ MƏCLİSDƏ DƏHŞƏTLİ VİRUS SÜRƏTLƏ YAYILIR
Milli Məclisin (MM) 15-dək deputatı koronavirusa (COVID-19) yoluxub.
APA-nın məlumatına görə, onların əksəriyyəti müalicəsini ev şəraitində davam etdirir.
MM Aparatının işçiləri arasında da COVID-19-a yoluxanların olduğu bildirilir.Muxalifet2 - 23-11-2020
İlham Əliyevə "Ali Sərkərdə" titulunun verilməsi təklif olundu - İRƏVAN AZADLIQ TƏŞKİLATI SƏDRİNDƏN AÇIQLAMA
“İrəvan Azadlıq Təşkilatı”nın sədri Təbriz Musayev prezident İlham Əliyevə "Ali Sərkərdə" titulunun verilməsini təklif edib. Muxalifet.az onun açıqlamasını təqdim edir:
Muxalifet2 - 23-11-2020
ŞAHMAR İBADOV VƏZİFƏSİNDƏN ÇIXARILDI - Adı bir çox qalmaqalda hallanırdı...
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Ş.İbadov işdən çıxarılıb.
Nərimanov Rayon İcra Hakimiyyətindən "Report"a məlumat təsdiqlənib.
Muxalifet2 - 23-11-2020
Azərbaycanda daha 2187 nəfər koronavirusa yoluxdu – 29 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda son sutkada koronavirus infeksiyasına daha 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 23-11-2020
Koronavirusa yoluxan bəzi deputatların adları açıqlandı - SİYAHI
Milli Məclisin koronavirusa yoluxmuş deputatlarının əksəriyyətinin adı məlum olub.
Muxalifet.az COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edir:
1. Tahir Kərimli
2. Azər Badamov
3. Məşhur Məmmədov
4. Vüqar Bayramov
5. Qənirə Paşayeva
6. Rəşad Mahmudov
7. Soltan Məmmədov
8. Nizami Səfərov
9. Elnur Allahverdiyev
Muxalifet2 - 23-11-2020
Polkovnik Babək Səmidli Suqovuşanda həlak olub - RƏSMİ AÇIQLAMA
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli bu gün həlak olub.
Yerli KİV-lər xəbər verir ki, B.Səmidli Suqovuşanda minaya düşüb.
Qeyd olunur ki, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumatı təsdiqləyib.
Muxalifet2 - 23-11-2020
“Paşinyan danışıqları pozanda elə bilirdi ki, Əliyev blef edir, müharibəyə başlamaz...” - ERMƏNİSTAN DİPLOMATININ GECİKMİŞ ETİRAFLARI
Qarabağda müharibənin başlamasının səbəbi baş nazir Nikol Paşinyanın düşünülməmiş və ölçülüb-biçilməmiş xarici siyasəti oldu.
Bunu EADaily nəşrinə Ermənistanın diplomatik çevrələrindəki yüksək rütbəli mənbə danışıb. Onun sözlərini Ermənistan hökumətindəki daha iki mənbə təsdiqləyib.
Muxalifet2 - 23-11-2020