Axtarış
The search found 105716 results in 0.06 seconds.
Search results
Türk professorun koronavirusa qarşı hazırladığı vaksin gələn ay hazır olacaq
“BioNTech” şirkətinin qurucusu və baş direktoru professor Uğur Şahin koronavirusa qarşı peyvəndin gələn ay hazır ola biləcəyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
“Əgər hər şey planlaşdırdığımız kimi gedərsə, ABŞ-dan təcili vəziyyətdə istifadə icazəsini dekabrın ilk yarısı və ya ikinci yarısının əvvəlində ala biləcəyik”, - U.Şahin bildirib.
Muxalifet4 - 19-11-2020
NÖVBƏTİ ERMƏNİ VANDALİZMİ - Ağdamda da evlər yandırılır...
Ağdamda qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən mağaza və evləri yandırırlar.
Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
Kənddən çıxan Armen adlı sakin agentliyə öz ərzaq mağazası, daha sonra isə evini yandıracağını söyləyib:
“Sabahadək (noyabrın 19-dək - red.) getməyə vaxt verdilər. Hər şeyi aparmaq imkanı yoxdur. Ona görə indi ən doğrusu bunları yandırmaqdır. Türklərə heç nə saxlamayacağam”.
O qeyd edib ki, Boyəhmədli kəndində 10 il öncə məskunlaşıb.
Muxalifet4 - 19-11-2020
AVTOMOBİLİ ETİBARNAMƏSİZ İDARƏ ETMƏK OLAR? - Ekspert: “Etibarnamə əslində lazımsız bir sənəddir"
Azərbaycanda sürücülərin bir çoxu istifadələrində olan avtomobili etibarnamə əsasında idarə edirlər. Yəni avtomobilin mülkiyyətçisi həmin avtomobildən digər şəxsin istifadə edə bilməsi üçün ona vəkalət sənədi verir.
Nəzərə alaq ki, ölkədə avtomobil sahibləri onların mülki məsuliyyətinə görə icbari sığorta olunmalıdır. Sığortanın bu növü üzrə sığorta haqları və ya ödəmələrdə isə bonus-malus sistemi tətbiq edilir.
Muxalifet4 - 19-11-2020
İki oğlu və qardaşı ilə birlikdə döyüşə atılan Müşfiq Abbasovun şəhidlik dastanı - BİRİNCİ QARABAĞ SAVAŞINDA QAZİ, İKİNCİDƏ ŞƏHİD OLDU...
... Ordusu müqəddəs Vətən savaşında qalib gələn ölkəmizin paytaxtının tıxaclı, leysan yağışlardan sonra yaranan dərin gölməçəli yollarından keçib Fatmayı bağlarına – Birinci Qarabağ müharibəsi qazisi, üstəlik İkinci Qarabağ müharibəsinə könüllü yollanan, Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Müşviq Abbasovun evinə üz tuturuq. Şəhidin bizə bələdçilik edən oğlu İntiqam Abbasov atasının 40 mərasimində iştirak etmək üçün bir neçə günlüyə cəbhə bölgəsindən evə buraxılıb. Deyir, tək təsəllisim budur ki, atamın qanı yerdə qalmadı.
Muxalifet4 - 19-11-2020
General Movsesi Paşinyanın arvadı ilə mübahisə etdiyi üçün işdən qovublar - DÜŞMƏNİN SIRALARINDA TRAGİKOMİK SİTUASİYA
Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, qondarma “dqr”in keçmiş “müdafiə naziri” və son günlərə qədər Ermənistan Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəisi olmuş general Movses Akopyanı baş nazir Paşinyanın arvadı ilə mübahisə etdiyi üçün işdən çıxarıblar.
Qeyd edək ki, general Movsesin istefası barədə dünən açıqlanmışdı. O, erməni KİV-lərinə açıqlamasında deyib ki, yaxın günlərdə mətbuat konfransı keçirib niyə işdən azad edilməsi barədə danışacaq.
Muxalifet4 - 19-11-2020
ERMƏNİSTANA QARŞI TƏZMİNAT TƏLƏBİ NECƏ OLMALIDIR? - İqtisadçı alimin təklifləri
Ermənistanın işğalçılıq siyasəti aparan bir dövlət kimi tam ifşa olunmalı, bu illər ərzində əldən çıxmış və itirilmiş mənfəətin məbləği müəyyən edilməlidir...
Muxalifet4 - 19-11-2020
FRANSA “DQR”-i TANIMAQLA TƏHDİD EDİR! – BMT TŞ-nın üzvü beynəlxalq cinayətə baş vurur! / VİDEO
Rusiya KİV-nin məlmatına görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qətnamə Fransa Senatına daxil olub. Bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında xəbər verilir.
Layihəni müxtəlif fraksiyaları təmsil edən 5 senator - Bryuno Retayo (respublikaçılar qrupunun rəhbəri), Patrik Kanner, Erve Marsel («Sentristlər ittifaqı» qrupunun rəhbəri), Elian Assasi və Qiyom Qotar irəli sürüb.
Oktyabrın ortalarında Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə layihə Milli Məclisə (Fransa parlamentinin aşağı palatası) da daxil olub.
Muxalifet4 - 19-11-2020
Ticarət şəbəkələrində nə baş verir? – BİLƏSUVARDAN REPORTAJ
Cəmiyyət, insan və vətandaş hüquqları harınlıqdan quduzlaşmış məmurların ayaqları altına atılmış vəziyyətdədir. Cəmyyət insanları köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalandan, gündəlik normaya çevirən korrupsiya və rüşvət üsullarından yararlanan məmurlardan qoruya bilmir.
Muxalifet4 - 19-11-2020
PKK-nın qadın dəstələrinin komandiri Layika Gültekin: “Qarabağa qədər gedib erməniləri azad edirik...” - TERROR TƏŞKİLATI ÖZÜ TƏSDİQLƏDİ
Ermənistanın Qarabağada sentyabrın 27-də başlayan müharibə ərəfəsində İraq və Suriyadan yüzlərlə (bəzi mənbələrə görə minlərlə) PKK/YPG terrorçularını daşıyıb işğal altındakı Azərbaycan ərazilərinə yerləşdirdiyi məlum idi. Bu haqda o cümlədən xarici KİV-lər də yazmışdı.
Muxalifet4 - 19-11-2020
RAMİZ MEHDİYEV VƏZİFƏDƏN ÇIXARILDI - İdarəçilik Akademiyasında onu Rəcəb Rəhimli əvəz edəcək
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsindən çıxarılıb.
“Report” xəbər verir ki, o, Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib.
Muxalifet4 - 19-11-2020
AZƏRBAYCANDA XÜSUSİ KARANTİN REJİMİNİN MÜDDƏTİ UZADILDI - Bir sıra yeni qadağalar tətbiq edildi
Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır:
Muxalifet2 - 19-11-2020
KƏLBƏCƏRDƏ KİLSƏNİN YANINDA RUSİYA NƏ MƏQSƏDLƏ POST QOYUR? - Siyasi ekspertdən sensasion təhlil
Ermənilərin Kəlbəcərin Vank kəndindəki Dadivank adlandırdığı kilsə kompleksi artıq bütün Rusiyanın gündəminə çevrilmişdir. Məsələ o qədər şişirdilmişdir ki, artıq Prezident Putin bu məsələni Prezident İlham Əliyevlə müzakirə etmişdir.
Sanki bu kilsə Yerusəlimdəki Əl- Aksa məçidinin statusunu daşıyır. Ermənilərin hər bir tələbinə Rusiyanın bu səviyyədə həssas yanaşması suallar doğurur. Agdamda, Zəngilanda və Qubadlıda məscidlər donuz və inək tövləsinə çevrilmişdir. Həmsədr olan Rusiyanın bundan yaxşı xəbəri vardır. Heç bir münasibət eşitməmişik.
Muxalifet2 - 19-11-2020
Etirazçılar İrəvanda küçələri bağladı - PAŞİNYANIN İSTEFASI TƏLƏB OLUNUR
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələb edən aksiya iştirakçıları paytaxt Yerevanda küçələri bağlayıblar.
Məlumatı “Novosti Armenii” yayıb.
Aksiyanın təşkilatçıları “Daşnaksütyun”, Vətən və Çiçəklənən Ermənistan partiyalarıdır.
Küçələrə çıxan “Nikol satqındır!” şüarı səsləndirirlər./report
Muxalifet2 - 19-11-2020
Açıq havada maskadan istifadə etməyənləri hansı cəza gözləyir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda noyabrın 21-dən açıq havada maskadan istifadə etməyənlər cərimə olunacaqlar. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarında bildirilib.
Muxalifet2 - 19-11-2020
“Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatlarının 100 %-i yalan idi” - ERMƏNİ GENERAL
“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 %-i yalan idi”.
Muxalifet2 - 19-11-2020
Şənbə-bazar günləri taksilər də işləməyəcək - RƏSMİ AÇIQLAMA
Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb. Həmin siyahıda taksi xidməti yoxdur.
Nazirlər Kabinetindən məlumat təsdiqlənib.
Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək.
Muxalifet2 - 19-11-2020
Ermənistan 2018-ci ildə Naxçıvan istiqamətində böyük bir ərazini itirdi - ERMƏNİ GENERAL ETİRAF ETDİ
"Biz hələ 2018-ci ilin aprel - may aylarında Naxçıvan istiqamətində kifayət qədər böyük bir ərazini əldən verdik".
“Novosti Armeniya” bildirir ki, bunu noyabrın 19-da keçirdiyi mətbuat konfransında Ermənistan Müdafiə Nazirliyi Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyan deyib.
“Biz Zəngəkatun sahəsində güzəştə getdik, düşmən təxminən 6 km irəlilədi”, - o bildirib.
"Artak Davtyan o zaman komandir idi və bütün bunları gizlədirdi", - deyə Akopyan qeyd edib.
Muxalifet2 - 19-11-2020
Türkiyə müşahidəçilərinin Azərbaycana gələcəyi tarix açıqlandı - RƏSMİ
Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana göndəriləcəklər.
Bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.
Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcəklər.
Muxalifet2 - 19-11-2020
ERMƏNİLƏR DAHA İKİ KƏNDİ BOŞALDIR
10 noyabrda imzalanan üçtərəfli razılaşmaya əsasən, ermənilər keçmiş Əsgəran rayonunun Şelli kəndini də boşaltmağa başlayıblar.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bundan başqa Azərbaycana təhvil verilən kəndlər arasında Əsgəranın Xaçındərbətli kəndi də var.
Məlumatda keçmiş Əsgəran rayonunun daha bir neçə kəndinin isə Azərbaycan Ordusu tərəfindən azad edildiyi xatırladılıb.
Qeyd edək ki, Azərbaycanda Əsgəran inzibati rayonu ləğv edilib və onun kəndləri Xocalı rayonuna birləşdirilib. Bir neçə kənd isə Ağdam rayonuna daxil edilib.
Muxalifet2 - 19-11-2020
Qarabağı tərk edən erməni evini “belinə alıb” apardı - VİDEO
Azərbaycan Ordusu tərəfindən azad olunmuş torpaqlarımızı tərk edən mənfur qonşularımız əllərinə keçən bütün əşyaları maşınlara yükləyib daşıyırlar.
Muxalifet2 - 19-11-2020