Axtarış

The search found 105716 results in 0.051 seconds.

Search results

  1. "Paşinyan sürətlə gücünü itirir, onu öldürəcəklər..." - POLİTOLOQ ANATOLİ VASSERMAN BƏYAN ETDİ

    Ermənistanın baş naziri Nikol Paşinyan sürətlə gücünü itirir: bu şərtlərdə onu kimin əvəzləyəcəyini təxmin etmək çətin deyil.

    Bunu politoloq və məşhur ziyalı Anatoli Vasserman FAN-a verdiyi müsahibəsində deyib.

    Politoloq əmindir ki, hökumət başçısının vəzifəsini tərk etməsinin iki yolu var: "okeanda" və "qəbirdə". Onun fikrincə, ikinci variant daha çox ehtimal olunur: "Sorosçular"ın bir çox sirri var və tutulma riski olanlar, ümumiyyətlə heç məhkəməyə qədər sağ qalmırlar.

    Muxalifet2 - 14-11-2020

  2. Füzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşdü - BİRİ ÖLDÜ

    Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

    Muxalifet2 - 14-11-2020

  3. ANAMA əməkdaşı Füzulidə minaya düşdü

    Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

    Muxalifet2 - 14-11-2020

  4. QARABAĞ ÜZRƏ SÜLH SAZİŞİ HAZIRLANIR - Putin İlham Əliyev və Paşinyanla müzakirə edib...

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə sazişin reallaşdırılması aspektlərini müzakirə edib.

    Bu barədə “Report” Kremlin mətbuat xidmətinə istinadən verir.

    Muxalifet2 - 14-11-2020

  5. "BÜTÜN SSENARİLƏRDƏ ŞUŞA DÖYÜŞSÜZ TƏSLİM OLMALI İDİ" – Paşinyan Şuşa döyüşləri ilə bağlı miflərin olduğunu deyib

    "Şuşa şəhərinə Azərbaycan ordusu daxil olandan sonra Ermənistan ordusu iki dəfə şəhəri geri qaytarmağa cəhd edib. Amma hər iki cəhd uğursuzluqla nəticələnib".

    Ermənistanın baş naziri Nikol Paşinyan bu iddiasını İctimai televiziyasındakı çıxışında da təkrarlayıb: “Bəli, Şuşanı itirdik və itirdikdən sonra geri qaytarmaq üçün iki cəhd edildi, ilk cəhd ümumiyyətlə nəticə vermədi, ikinci cəhd zamanı bir qrup Şuşaya girib mövqe tutsa da onlar da həmin mövqelərdə uğur qazana bilmədi və Şuşa getdi”.

    Muxalifet2 - 14-11-2020

  6. Ermənilər gün ərzində Kəlbəcəri tərk etməkdə davam edib - FOTO

    Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra burada yerləşdirilmiş ermənilər gün ərzində rayonu tərk etməkdə davam edib.

    Ermənilər şəxsi avtomobillərində, mikroavtobus və yük maşınlarında 27 ildən çox işğal etdiyi əraziləri tərk edir.

    Muxalifet2 - 14-11-2020

  7. Ermənistan müharibə zamanı Bakıda enən sərnişin təyyarələrini hədəfə götürməyə cəhd edib - VİDEO

    44 günlük müharibə dövründə Ermənistan tərəfi bir neçə dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən sərnişin təyyarələrini vurmaq niyyətində olub.

    Bu barədə “Caliber” “Youtube” kanalı məlumat yayıb.

    Xəbərdə qeyd olunur ki, Ermənistan bu məqsədinə çatmaq üçün “S-300” zenit-raket komplekslərindən istifadə etməyə cəhd göstərib.

    Düşmənin niyyəti Ukrayna səmasında Malayziya sərnişin təyyarəsinin vurulması ssenarisini həyata keçirmək olub.

    Muxalifet2 - 14-11-2020

  8. Bu gün Kəlbəcər işğaldan azad edilir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

    Muxalifet2 - 15-11-2020

  9. POLAD BÜLBÜLOĞLU SƏFİR VƏZİFƏSİNDƏN GERİ ÇAĞIRILIB? - XİN açıqlama verdi

    Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

    Muxalifet2 - 15-11-2020

  10. Qarabağda vuruşan əcnəbi muzdlular haqda şok faktlar - PAŞİNYANIN YALANI İFŞA OLUNDU

    Ermənistanın hərbi-siyasi hakimiyyətinin, o cümlədən baş nazir Nikol Paşinyanın dəfələrlə təkzib etmələrinə baxmayaraq, işğalçı ölkənin ikinci Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni-yeni faktlar ortaya çıxmaqdadır.

    Belə ki, ayrı-ayrı ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar - məlumatlar, fotolar paylaşırlar.

    Muxalifet2 - 15-11-2020

  11. Ermənilər ölülərini də qəbirdən çıxarıb apardı - FOTOLAR

    Kəlbəcəri tərk edən ermənilər ölüləri qəbirlərindən çıxararaq özləri ilə aparıblar.

    Bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.

    Hazırda ermənilərin Kəlbəcərdən köçü yekunlaşmaq üzrədir. Onlar daşına bilən əşyaları aparır, evləri və mülki obyektləri, meşələri yandıraraq Kəlbəcərdən çıxırlar.

    Muxalifet2 - 15-11-2020

  12. Eduard Vartanyan erməni generallarının Qarabağdan qaçmasından danışdı - VİDEO

    Erməni ictimaiyyəti arasında Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasında təqsirli bilinən şəxslərin axtarışı davam edir və Qarabağda hərbi əməliyyatların daha əvvəl məlum olmayan təfərrüatları üzə çıxır.

    Muxalifet2 - 15-11-2020

  13. Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə artdı - SON SUTKADA 21 NƏFƏR DƏ ÖLDÜ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 259 yeni yoluxma faktı qeydə alınıb, 1 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 21 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 15-11-2020

  14. ERMƏNİLƏRİN KƏLBƏCƏRDƏN ÇIXARILMA MÜDDƏTİ UZADILDI - İrəvanın istəyi ilə / Rəsmi açıqlama

    Azərbaycan Prezidentinin köməkçisi,  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təcili mətbuat konfransı keçirirlər.

    Mətbuat konfransı Bakı vaxtı ilə saat 14: 45-də başlayıb.

    Tədbirdə H.Hacıyev xatırladıb ki, noybarın 10-da imzalanan üçtərəfli bəynatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya prezidenti arasında telefon danışığı olub.

    Muxalifet2 - 15-11-2020

  15. Rusiya və Azərbaycan XİN rəhbərləri 10 noyabr sazişini müzakirə etdilər

    Bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

    Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

    Muxalifet2 - 15-11-2020

  16. “Gedirsən? Bəs ağacları niyə kəsirsən?...” - RUSİYA HƏRBÇİSİNİN LAÇINDAN ÇIXMAĞA HAZIRLAŞAN ERMƏNİYƏ SUALI

    28 il əvvəl işğal etdikləri Laçın rayonunun kəndlərindən çıxıb rədd olmağa hazırlaşan mülki işğalçılar (bu torpaqlarda qanunsuz məskunlaşmış erməniləri “əhali” adlandırmaq ciddi yanlışlıqdır) əllərinə keçən hər şeyi, o cümlədən ağacları da daşıyıb aparırlar.

    Muxalifet2 - 15-11-2020

  17. "Məcburi köçkünlərin öz evlərinə qayıdışı arzu olunan yeganə seçimdir" - "QAÇQINKOM"DAN AÇIQLAMA

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb.

    Muxalifet2 - 15-11-2020

  18. Kəlbəcərdən çıxan ermənilər meşələrdə ağacları kəsib, Ermənistana daşıyırlar - VİDEO

    Kəlbəcərdən çıxan ermənilər yalnız evləri yandırmaqla kifayətlənmilər, meşələrdə, yol kənarında ağacları da kəsib özləri ilə Ermənistana aparırlar.

    APA bildirir ki, bu məlumatlar “Sputnik Armeniya” portalında dərc edilib.

    Portalın əməkdaşı kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığını müşahidə edib, bu mənzərəni videolentə alıb.

    Muxalifet2 - 15-11-2020

  19. Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar

    Erməni işğalçıları Azərbaycana təhvil verməli olduqları Kəlbəcər rayonunun kəndlərində elektrik dirəklərini dağıdırlar.

    Bu faktı sübut edən fotonu “Reuters” agentliyi yayıb.

    Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistana Kəlbəcəri təhvil vermək üçün 25 noyabra qədər vaxt verib.

    Muxalifet2 - 15-11-2020

  20. Türkiyə ilk qələbəsini Rusiya üzərində qazandı

    UEFA Avropa Liqasında V turun ikinci oyun günündə Türkiyə və Rusiya yığmaları üz-üzə gəlib.

    "Report"un məlumatına görə, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

    Hesabı 11-ci dəqiqədə Denis Çerışev açsa da, 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib.

    Muxalifet2 - 16-11-2020

Pages