Axtarış

The search found 105716 results in 0.031 seconds.

Search results

  1. Türkiyə Qarabağdakı atəşkəsə Rusiya ilə birlikdə nəzarət edəcək - ƏRDOĞANDAN AÇIQLAMA

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

    Muxalifet2 - 10-11-2020

  2. “Rus qoşunlarına 15 noyabrdan əvvəl bölgəyə girməyə imkan vermək olmaz” - PARTİYA SƏDRİ

    Ümid Partiyasının sədri İqbal Ağazadə dünən gecə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış razılaşma sənədini təhlil edib. O, sənəddən irəli gələn öhdəliklərin icra mexanizmi barədə yaranan sualları qeyd edib.

    İ.Ağazadənin qeydlərini oxucularımıza təqdim edirik:

    "Ermənistanın sülhə məcbur edilməsi və işğal olunmuş torpaqlarımızdan qoşunlarının çıxarılması çox əhəmiyyətli və dövlətimiz üçün misli görünməmiş uğurdur.

    Muxalifet2 - 11-11-2020

  3. "Yoluxma sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik" - Hande Harmancı

    Hazırda Azərbaycanda səhiyyə sistemi pandemiya ilə mübarizənin öhdəsindən gəlir, lakin rəqəmlər bu sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik.

    Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

    Onun sözlərinə görə, Azərbaycandakı hazırkı yoluxma göstəricisinin ölkə əhalisinin sayına görə yüksək olub-olmadığını müəyyənləşdirmək üçün yoluxma hallarının sayında artımın davamlılığı müəyyən müddət müşahidə edilməli və bununla bağlı dəqiq hesablamalar aparılmalıdır.

    Muxalifet2 - 11-11-2020

  4. Cozef Baydenlə Emmanuel Makron İran məsələsini müzakirə edib

    ABŞ-ın yeni seçilən Prezidenti Cozef Baydenlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.

    “Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti tvitter səhifəsində yazıb.

    E.Makron və C.Bayden koronavirus pandemiyası ilə mübarizə, qlobal iqlim dəyişikliyi ilə yanaşı İrana dair məsələləri də müzakirə ediblər.

    Muxalifet2 - 11-11-2020

  5. Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib

    Rusiya Federasiyasına məxsus “İl-76” hərbi nəqliyyat təyyarələri artıq 400-dən çox rus sülhməramlısını Ermənistana çatdırıb, heyət təyyarəni boşaldıb və xidmət sahəsinə getmələri üçün konvoylar yaradıblar.
    APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

    Muxalifet2 - 11-11-2020

  6. “Müharibə bir az da davam etsəydi biz nəinki Stepanakerti (Xankəndi), Martuni (Xocavənd) və Əsgəranı da itirəcəkdik, ardınca kollaps baş verəcəkdi...” - NİKOL PAŞİNYANIN ETİRAFI

    Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın rəhbərliyi ilə Qarabağa dair əldə edilən razılaşma erməni qoşunlarının mühasirəyə alınmasının və kollapsının (tam darmadağın edilməsinin) qarşısını aldı.

    Muxalifet2 - 11-11-2020

  7. "Azərbaycan Ordusu Zəngilanı 3 pikapla azad etdi" - "ARABO" ERMƏNİ KÖNÜLLÜ DƏSTƏSİNİN KOMANDİRİ MANVEL YEGİAZARYAN

    "Arabo" erməni könüllü dəstəsinin komandiri Manvel Yegiazaryan Ermənistanın Baş naziri Nikol Paşinyanı müharibədə günahkar adlandıraraq istefaya çağırıb.

    Aysor.am-ın verdiyi məlumata görə, Manvel Yegiazaryan Ermənistan hakimiyyətini vaxtında səfərbərlik aparmamaqda günahlandırıb.

    Muxalifet2 - 11-11-2020

  8. 28 İL SONRA AZAD EDİLƏN ŞUŞANIN YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 8-də Azərbaycanın mədəniyyət beşiyi Şuşanın 28 il sürən erməni işğalından azad olunduğunu elan edib.

    Noyabrın 9-da isə Müdafiə Nazirliyi Şuşanın azad olunduqdan sonra çəkilmiş ilk görüntülərini yayımlayıb.

    Həmin kadrlar uzun illər doğma yurd yerimizə həsrət qalan xalqımızı yaralarına sanki məlhəm olub.

    Bu gün isə zəfər xəbərləri fonunda Şuşadan yeni görüntülər paylaşılıb. Bu görüntülərdə şəhərin Qazançı kilsəsi diqqət çəkir.

    Muxalifet2 - 11-11-2020

  9. ÖLKƏDƏ QARABAĞA RUS QOŞUNLARININ GİRİŞİ ƏNDİŞƏSİ... - Vahid Əhmədovdan açıqlama

    Sosial medianın Azərbaycan seqmentində bir həyəcan, narahatlıq, ajiotaj hökm sürür. Sosial şəbəkə istifadəçilərinin bir çoxu rus sülhməramlı qoşunlarının Qarabağa yerləşməsi ilə bağlı ümidsiz proqnozlar yazırlar. Onlara elə gəlir ki, yenə köhnə əyyamlardır, 1920-ci illər, 1990-cı illər təkrarlanır, onlara elə gəlir ki, Rusiya bizi tələyə salır, rus əsgəri əbədi bu ərazilərə nəzarət edəcək, nəticədə suverenliyimiz risklidir və sair.

    Amma vətəndaşlarımız unudurlar ki, bölgədə təkcə rus yox, həm də türk sülhməramlıları keşik çəkəcəklər.

    Muxalifet2 - 11-11-2020

  10. "PAŞİNYAN BUNKERDƏ GİZLƏNİR, QIZLARI KANADAYA QAÇIB" - Erməni mətbuatı baş naziri axtarır

    "Bütün ölkə bu günlərdə Nikol Paşinyanı və onun ailə üzvlərini axtarır". 

    Bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti yazıb.

    Muxalifet2 - 11-11-2020

  11. Qarabağa yeridilən Rusiya desantı Gəncə diviziyasının bazasında yaradılıb - MARAQLI DETAL

    Rusiyanın Dağlıq Qarabağa yeritdiyi sülhməramlı kontingentin əsasını Ulyanovskda dislokasiya edilmiş 31-ci desant briqadası təşkil edir. Bu haqda tanınmış rusiyalı hərbi müxbir Aleksandr Sladkov yazır.

    Onun bildirdiyinə görə, briqada “həqiqətən sülhməramlıdır”, onun döyüşçüləri yerli əhali ilə ünsiyyət vərdişlərinə, nəzarət-buraxılış məntəqələri təşkil etmək və orada xidmət aparmaq bacarıqlarına malikdir. Briqadanın hərbçilərindən kim Avropa dillərindən biri bilirsə onun maaşına 15 faiz əlavə edilir, Asiya dillərindən birini bilənə isə 30 faiz artıq maaş verilir.

    Muxalifet2 - 11-11-2020

  12. İrəvanda mitinq başlayıb: liderlər saxlanıldı

    Ermənistanın paytaxtı İrəvanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.

    Virtualaz.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, etiraz aksiyasının qarşısının polis tərəfindən alınıb.

    Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.

    Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.

    Muxalifet2 - 11-11-2020

  13. “MİN DƏFƏ DEMİŞİK Kİ, TÜRKLƏ SÜLHMƏRAMLI ARASINDA FƏRQ YOXDUR..." - Rusiya sülhməramlıları Kəlbəcərdə qanunsuz məskunlaşmış erməniləri köçürməyə başlayıb

    Qarabağa dair üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq regiona yeridilən Rusiya sülhməramlıları erməni tərəfində isterikaya səbəb olub.

    Muxalifet2 - 11-11-2020

  14. Rusiya sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü - GENERAL SERGEY RUDSKOY AÇIQLADI

    Ermənistan və Azərbaycan Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarını dayandırıb, iki ölkə silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə dayandırılıblar. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Əməliyyat İdarəsinin rəisi, general Sergey Rudskoy bildirib.

    Muxalifet2 - 11-11-2020

  15. “Təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları olacaq” - BAXÇALI

    “Qarabağ türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ türkün poladdan biləyidir”.

    Bunu Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı söyləyib.

    “Dağlıq Qarabağ və Laçın dəhlizi təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək”, - o vurğulayıb.

    Muxalifet2 - 11-11-2020

  16. Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzaladı - ƏRDOĞANDAN AÇIQLAMA

    “İşğal altındakı ərazilərin və Dağlıq Qarabağın bütövlükdə işğal altından azad olunması münasibətilə qardaşım İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Muxalifet2 - 11-11-2020

  17. KİV: Gürcüstanın baş naziri qadın ola bilər

    Gürcüstanın baş naziri vəzifəsinə keçmiş ədliyyə naziri Tea Tsulukianinin namizədliyi irəli sürülə bilər.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “IPN” agentliyi mənbəyə istinadla məlumat yayıb.

    Məlumata əsasən, hakim Gürcü Arzusu Partiyası hökuməti formalaşdırmağa başlayıb. T.Tsulukianinin parlamentin birinci vitse-spikeri vəzifəsinə namizədliyi nəzərdən keçirilir, lakin onun baş nazir vəzifəsinə təyinatı məsələsi ilə bağlı da danışıqlar aparılır.

    Məsələ üzrə yekun qərar hələ qəbul olunmayıb.

    Muxalifet2 - 11-11-2020

  18. Şoyqu Akarla yenidən Qarabağ məsələsini müzakirə etdi - SUTKA ƏRZİNDƏ İKİNCİ DƏFƏ

    Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında yenidən telefon danışığı olub.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat paylaşılıb.

    Qeyd olunub ki, Akar və Şoyqu telefon danışığı zamanı Qarabağda atəşkəsdən sonrakı prosesləri müzakirə ediblər.

    Muxalifet2 - 11-11-2020

  19. AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 18 NƏFƏR ÖLDÜ - Son sutka ərzində yoluxma sayında azalma var

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
     
    Son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.
     
    İndiyədək ümumilikdə 68 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16 702 nəfərdir.
     

    Muxalifet2 - 11-11-2020

  20. “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” - İLHAM ƏLİYEV

    “Biz tarixi anlar yaşayırıq. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər”.

    Bu sözləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.

    Ölkə başçısı bildirib ki, bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur:

    Muxalifet2 - 11-11-2020

Pages