Axtarış
The search found 105716 results in 0.033 seconds.
Search results
Oqtay Gülalıyevin müalicəsi Bakıda davam etdirilir - HÜQUQ MÜDAFİƏÇİSİNİN SƏHHƏTİ HAQDA AÇIQLAMA
Hüquq müdafiəçisi Oqtay Gülalıyev uzun müddət İstanbulda “Amerika hospitalı” klinikasında müalicə aldıqdan sonra Bakıya qaytarılıb. Onun müalicəsi ev şəraitində davam etdirilir. Bu barədə fəalın həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Uçuş hüquq müdafiəçisinin vəziyyətinə təsir etməyib, deyə o bildirib. Oqtay əllərini oynadır, gözlərini açır, amma hələ özünə gəlməyib, deyə həyat yoldaşı qeyd edib.
Gülalıyevə qulluq və onun müalicəsi üçün tibbi heyət ayrılıb. Ailə özü Gülalıyevin Bakıya qayıdıb evdə müalicə olunmasını istəyib.
Muxalifet2 - 9-11-2020
"TÜRKİYƏ İLƏ SƏNƏD İMZALAMIŞIQ..." - İlham Əliyev: "Hərbi təcavüz olarsa..."
“Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın və digər ölkələrin davranışından asılı olacaq”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Türkiyənin birbaşa hərbi iştirakını istəyəcəyiniz günü gözləyirsinizmi” sualına cavab olaraq deyib.
Muxalifet2 - 9-11-2020
Xocavənddə düşmənin mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO
Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edir.
Müdafiə Nazirliyindən (MN) verilən xəbərə görə, düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılır.Muxalifet2 - 9-11-2020
Ermənilər Qarabağdan silah-sursat daşıyır
Ermənistan polisi Dağlıq Qarabağdan qaçaqmalçılıq yolu ilə gətirilən silahların yeni hissəsini aşkarlayıb.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Digər hadisə Vardenis bölgəsində qeydə alınıb. Qarabağdan qayıdan şəxslərin avtomobilində qoruyucu əl bombası, avtomatik patron və seriya nömrəsi olan tüfəng tapılıb. Müəyyən olunan silah və sursat müsadirə edilib və araşdırmalar davam edir.
Qeyd edək ki, son bir neçə həftə ərzində Ermənistan polisi silah qaçaqmalçılığının üstünü açıb.
Muxalifet2 - 9-11-2020
Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutdu: 20 ev tamamilə dağıldı - FOTO
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Əskipara kəndini artilleriya atəşinə tutub.
Muxalifet2 - 9-11-2020
Rusiyada kişi müalicə üçün qonşunun itini yedi
Rusiyada Buryatiya Respublikasının sakini vərəm müalicəsi üçün başqasının itini yeyib.
Bu barədə Tayga.info Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
İtin sahibi polisə bununla bağlı ifadə verib.
Bildirilir ki, Buryatiya sakininə çoban itini qaçırdığına görə oğurluq maddəsi ilə cinayət işi başladılıb.
“Qaçırılan heyvanın qalıqları onu vərəm müalicəsi üçün dostu ilə birlikdə aparan və kəsən cinayətkardan götürülüb”, - deyə polis idarəsindən bildirilib.
Muxalifet2 - 9-11-2020
Azərbaycanda daha 635 nəfər koronavirusa yoluxdu – 12 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda bu gün koronavirus infeksiyasına 635 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 9-11-2020
“Nar”dan vətəndaşlara bayraq hədiyyəsi! - FOTOLAR
“Nar” 9 noyabr – Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xüsusi aksiya keçirib. Vətəndaşların yüksək qələbə ruhuna dəstək məqsədilə mobil operator yeni konseptə uyğunlaşdırılmış Fəvvarələr meydanı, Bülbül prospekti və Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı mağazalarına, eləcə də digər satış mərkəzlərinə gələn abunəçilərə Azərbaycanın 3 rəngli bayrağının həkk olunduğu yaxa sancaqları hədiyyə edib. Bundan başqa paytaxtın mərkəzi küçələrində olan vətəndaşlara da yaxa sancaqları paylanılıb.
Muxalifet2 - 9-11-2020
Daha 41 kənd və 1 qəsəbə işğaldan azad edildi - PREZİDENTDƏN AÇIQLAMA
Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı,
Muxalifet2 - 9-11-2020
Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib - RƏSMİ
Noyabrın 9-da cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Muxalifet2 - 9-11-2020
AZƏRBAYCAN RUSİYANIN HƏRBİ HELİKOPTERİNİ VURDU - XİN-dən açıqlama
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.
Muxalifet.az bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən, bu ilin 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.
Muxalifet2 - 9-11-2020
Rusiya helikopterinin vurulması ilə bağlı araşdırmalara başlanılıb - BAŞ PROKURORLUQDAN AÇIQLAMA
Doqquz noyabr saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul olunması təmin ediləcək.
Muxalifet2 - 10-11-2020
Zakir Həsənov Rusiyaya başsağlığı verdi - "...ÜZRXAHLIQ BİLDİRİRİK"
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Muxalifet2 - 10-11-2020
Rusiyadan Azərbaycanın helikopterlə bağlı üzrxahlığına REAKSİYA - "Bakının öz təqsirini dərhal etiraf etməsi..."
Moskva Bakının Mİ-24 helikopteri ilə bağlı məsələdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, dünən saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb.
Muxalifet2 - 10-11-2020
QARABAĞ SAVAŞI BİTDİ! - Ermənistan Kəlbəcər, Laçın və Ağdamı bu tarixdə qaytaracaq... / PREZİDENT RAZILAŞMANIN ŞƏRTLƏRİNİ AÇIQLADI, YENİLƏNİB -3
Rusiya sülhməramlıları Dağlıq Qarabağa doğru yola salınıb.
APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya Sülhməramlılarının Qarabağa gətirilməsi Ulyanvsk aerodromundan il-76 təyyarələri ilə həyata keçirilir.
Ümumilikdə Dağlıq Qarabağda 1650 Rusiya sülhməramlısının yerləşdirilməsi nəzərdə tutulur.
***
Prezident Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqladı
Muxalifet2 - 10-11-2020
Prezident İlham Əliyevin xalqa müraciəti - CANLI
Prezident İlham Əliyev xalqa müraciət edir.
***
Prezident İlham Əliyev yaxın dəqiqələrdə xalqa müraciət edəcək.
Muxalifet.az xəbər verir ki, dövlət başçısının müraciəti Azərbaycan televiziyasında yayımlanacaq.
Muxalifet2 - 10-11-2020
Ermənistanda etirazlar başladı - PAŞİNYANIN BƏYANATI QƏZƏB DOĞURUB
Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər.
“SputnikArmenia”nın verdiyi xəbərə görə, bundan əvvəl avtomobil karvanları İrəvanın mrəkəzində yerləşən Respublika Meydanına doğru hərəkət ediblər.
Etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb.
Muxalifet2 - 10-11-2020
"Bu bəyanat bizim Şanlı Qələbəmizdir!" - İLHAM ƏLİYEV
"Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Muxalifet2 - 10-11-2020
Etirazçılar Paşinyanın kabinetinə girdilər - PARLAMENTİN SPİKERİ DÖYÜLDÜ / YENİLƏNİB
Ermənistanda etirazçılar arasında çaxnaşma başlayıb.
“SputnikArmenia”nın verdiyi xəbərə görə, parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb.
Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edir.Onlar Baş nazir Nikol Paşinyandan istefa verməyi tələb edirlər.
***
Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bəyanatından sonra İrəvanda etirazçılar hökumət binasına giriblər.Muxalifet2 - 10-11-2020
“Mənim Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolum yox idi” - PAŞİNYAN
“Mənim Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolum yox idi”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz təkcə bugünkü hərbi vəziyyəti yox, onun mümkün davamını da nəzərə alaraq bu qərarı qəbul etmişik. Mən bütün vətəndaşlardan xahiş edirəm ki, talançı qrupların təsiri altına düşməsinlər”, - deyə o qeyd edib.Muxalifet2 - 10-11-2020