Axtarış
The search found 105716 results in 0.055 seconds.
Search results
Ermənilərin ərazi iddialarına gürcü tarixçilərdən tutarlı cavab - VİDEO
Ermənilərin ərazi iddialarına gürcü tarixçiləri cavab veriblər.
Məsələ ilə bağlı BakuTV-yə açıqlama verən gürcü alimlər tarixi faktları təhlil ediblər.
Tarixçi professor Quram Marxuliya bildirib ki, erməni xalqı tarixçilərin uydurma fikirlərinə inanır, hakimiyyət isə nə danışdığını bilmir:
Muxalifet2 - 6-11-2020
"Nikol Paşinyan ruhi xəstədir, Ermənistanı fəlakətə sürükləyir" - PYOTR MONASTIRININ ERMƏNİ KEŞİŞİ
Nikol Paşinyan ruhi xəstədir, müalicəyə ehtiyacı var. O, Ermənistanı fəlakətə sürükləyir.
Bunu Moskvadakı Müqəddəs Pyotr monastırının keşişi Ruben Mkrtçyan sosial şəbəkələrdə etdiyi paylaşımda deyib.
Keşiş bildirib ki, Qarabağdakı savaşa baxın... Ermənistanda kimsə acı həqiqətləri dinləmək, etiraf etmək istəmir:
Muxalifet2 - 6-11-2020
Avstraliyada Ermənistana göndərilən pullarla bağlı istintaq başladı
Avstraliya hökuməti ölkənin 2 böyük bankında açılmış hesaba toplanılan və Ermənistana köçürülən pullarla bağlı istintaq başlayıb.
Bu barədə Avstraliya Türk Vəkilləri İttifaqı məlumat yayıb.
Məlumatda deyilir ki, hökumət kaset bombaları kimi qadağan olunmuş döyüş sursatlarının satın alınmasını təmin edərək bu pulların toplanmasından, insanlığa qarşı cinayətlərə şərik olmaqdan narahatdır.
Muxalifet2 - 6-11-2020
Baydenlə Tramp arasında səs fərqi azalır - RESPUBLİKAÇILARIN SƏSİ ARTIR...
ABŞ-da prezidentlik yarışında qeyri-müəyyənlik davam edir, “tərəddüdlü” Corciya, Pensilvaniya və Arizona ştatlarında respublikaçı Donald Tramp ilə demokrat Cozef Bayden arasındakı fərq son saatlarda xeyli azalıb.
Bu barədə TASS xəbər verir.
Muxalifet2 - 6-11-2020
Ermənistanın silah-sursat anbarı partladı - RƏSMİ
Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.
Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.
Muxalifet2 - 6-11-2020
MİLLİ ORDUMUZ QUBADLI-LAÇIN İSTİQAMƏTİNDƏ İRƏLİLƏYİB - Düşmən mövqeləri ataraq qaçıb
Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.
Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.
Muxalifet2 - 6-11-2020
"Putin yanvar ayında istefa verəcək" - İNGİLİS MEDİASINDAN SENSASİON İDDİA
“Ömürlük senator” layihəsi ilə bağlı iddialar
İngiltərə mediası Rusiya Prezidenti Vladimir Putinin yanvar ayında vəzifəsini tərk edəcəyi iddiasını irəli sürüb. İngiltərə mətbuatı Putinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini iddia edib.
Hurriyyet.org xəbər verir ki, “Deyli Meyl” nəşrinin Moskvadakı mənbələrdən əldə elədiyini yazdığı məlumatda Putinin 2012-ci ildən bəri Parkinson xəstəliyinin pəncəsində olduğu və yanvar ayının axırında dövlət başçısı vəzifəsindən istefa verəcəyi bildirilir.
Muxalifet2 - 6-11-2020
ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin yeni pandemiyaya hazırlaşmalı olduğunu hesab edir. Qurum bu məsələni noyabrın 9-da telekonfrans formatında keçiriləcək Ümumdünya Sağlamlıq Assambleyasının 73-cü illik sessiyasının əsas mövzulardan biri kimi görür.
Bu barədə TASS ÜST-nin bəyanatına istinadən məlumat verib.
Muxalifet2 - 6-11-2020
“Ermənistana Azərbaycanın tərkibində muxtar status verə bilərik” - SƏRDAR CƏLALOĞLU
“Bundan sonra terror dəstələrinin neytrallaşdırılması, təmizlənməsi üçün antiterror əməliyyatı aparılmalıdır”
“Azərbaycan öz silahlı qüvvələri ilə Qarabağı qaytarırsa, Zəngəzuru və İrəvanı da qaytarmalıdır. Ermənilər biz sərhədə çatana qədər müharibəni dayandırmasa, Azərbaycanın müharibəni Ermənistan ərazisində ta ki, kapitulyasiya olana qədər davam etdirməyə haqqı var”
Muxalifet2 - 6-11-2020
SOCAR da daxil olmaqla dövllətin iri şirkətləri yeni Holdinqin İDARƏÇİLİYİNƏ KEÇDİ - SİYAHI
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı məlum olub.
Muxalifet2 - 6-11-2020
Azərbaycanda işsiz şəxslərə 190 manat veriləcək - 10 ŞƏHƏR VƏ RAYON ÜZRƏ
Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.
Muxalifet2 - 6-11-2020
10 şəhər və rayonda iş fəaliyyəti məhdudlaşdırılır - QƏRAR
2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində iş fəaliyyəti məhdudlaşdırılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərarında qeyd edilib.
Qərara əsasən, aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:
Muxalifet2 - 6-11-2020
Nazirlər Kabineti xüsusi karantin qaydalarına dəyişikliklər etdi
Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.
Muxalifet2 - 6-11-2020
Azərbaycanın 4 şəhər və 10 rayonuna giriş-çıxış dayandırılır
Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.
Muxalifet2 - 6-11-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır - SON SUTKA ƏRZİNDƏ DAHA 17 NƏFƏR ÖLDÜ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Muxalifet2 - 6-11-2020
“Uzun müddət Rusiyanın təkliflərini qulaqardına vurduq, indi isə istəyirik ki, bizi xilas etsin” - ERMƏNİSTAN PREZİDENTİNİN SABİQ MÜŞAVİRİ
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar strategiyasını şərti olaraq iki dövrə bölmək olar. Birinci dövr 1991-1998, ikinci dövr isə 1998- 2020-ci illəri əhatə edir. Bu iki dövr arasında həlledici fərqi görmək olar".
Virtualaz.org bildirir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri, Ermənistan xarici işlər nazirinin sabiq müavini Jirayr Liparityan Kaliforniya Universitetinin Ermənistan Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransda çıxış edərkən deyib.
Muxalifet2 - 6-11-2020
Azərbacan Ordusu erməni general-mayoru məhv etdi
Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edilib.
Hərbi mənbələrdən virtualaz.org-a verilən məlumata görə, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.
Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.
Muxalifet2 - 6-11-2020
Ağdərə yaxınlığında düşmənin canlı qüvvəsi məhv edildi - RƏSMİ AÇIQLAMA
Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 6-11-2020
Əsgər ailəsindən nigaran qalmamalıdır - FOTO
Missiya Media Qrupu Vətən Müharibəsi başladığı gündən etibarən Nizami rayonu ərazisində yaşayan və ön cəbhədə döyüşən əsgər ailələrini mütəmadi ziyarət edib.
Muxalifet.az xəbər verir ki, göstərilən diqqətə görə minnətdarlıq edən ailələr torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bu mübarizənin hər bir əsgər ailəsi üçün müqəddəs amal olduğunu qeyd ediblər.
Düşmənin gözünə dik baxıb, xalqına qələbələr yaşadan Azərbaycan əsgəri ilə qürur duyduqlarını bildiriblər.Muxalifet2 - 6-11-2020
Zəngilanda qanunsuz məskunlaşdırılan suriyalı ermənilərin sənədləri ələ keçirildi - FOTOLAR
Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.
"Report"un məlumatına görə, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.
Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. .
Muxalifet2 - 6-11-2020