Axtarış

The search found 105716 results in 0.032 seconds.

Search results

  1. LAÇIN DƏHLİZİ VƏ ŞUŞA-LAÇIN YOLU BAĞLANDI! - Ermənilər etiraf etdi

    Qondarma rejimin “müdafiə nazirliyi” Laçın-Şuşa yolunun mülki əhali üçün bağlandığına dair məlumat yayıb.

    “AzPolitika.info” xəbər verir ki, beləliklə də hazırda Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yol olan Laçın koridorunun bağlanması Ermənistanda şok effekti yaradıb.

    Ermənilər Laçın koridorunun yalnız mülki əhali üçün bağlandığını bildirərək, bu addımın həmin əraziyə Azərbaycanın “diversiya qruplarının keçməsinin mümkünlüyü” səbəbindən atıldığını bildiriblər.

    Muxalifet2 - 4-11-2020

  2. DAHA 7 KƏND İŞĞALDAN AZAD EDİLDİ! - Prezident adlarını açıqladı

    Prezident İlham Əliyev işğaldan azad olunmuş yeni ərazilərin adlarını açıqlayıb.

    Bununla bağlı dövlət başçısı “Twitter”də paylaşım edib:

    “Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. 

    Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

     

    Muxalifet2 - 4-11-2020

  3. ABŞ-da seçkilərin nəticəsi regiona nə vəd edir? - Azərbaycandan reaksiyalar

    Noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsi hələlik bəlli deyil.

    Muxalifet2 - 4-11-2020

  4. “Vaqner” ÖHŞ Şuşadadır?

    Məlumatlı mənbə Turan agentliyinə bildirib ki,  Ermənistan Azərbaycanla müharibəyə üçün özəl hərbi şirkətin (ÖHŞ) rusiyalı muzdlularını cəlb edib.

    Əsasən, “Vaqner” ÖHŞ-in 300 üzvündən ibarət qrup Rusiyadan Ermənistana, sonra isə Şuşaya göndərilib.

    Muxalifet2 - 4-11-2020

  5. İşğaldan azad edilən ərazilərimiz - TAM SİYAHI

    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

    Muxalifet2 - 4-11-2020

  6. Dilqəmlə Şahbazdan xəbər var - Şuşadan Ermənistana aparıldılar...

    Dilqəm Əsgərovla Şahbaz Quliyevi Şuşadan çıxararaq Ermənistana aparıblar. 

    Muxalifet.az xəbər verir ki, bunu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Ona da bu xəbəri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyindən bildiriblər. 

    Komitədən onu da bildiriblər ki, Dilqəmlə Şahbazı konkret hara apardıqları və saxlanma yerini dəqiqləşdirdikdən sonra baş çəkəcəklər və saxlanma şəraiti barədə girovların ailələrinə əlavə məlumat verməyə çalışacaqlar. /Moderator.az

    Muxalifet2 - 4-11-2020

  7. ABŞ-da prezident seçkilərinin nəticələri... - BAYDEN TRAMPA QALİB GƏLİR

    ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı son məlumatlar yayılıb.

    “USA Today” xəbər verir ki, son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 72 055 975 seçici səsi (50,4 %), Respublikaçıların namizədi Donald Tramp isə 68 597 329 səs (48 %) qazanıb.

    Beləliklə, Bayden Seçkiçilər Kollegiyasında 264 səsə, Tramp isə 214 səsə malikdir.

    Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır.

    Muxalifet4 - 5-11-2020

  8. DÜŞMƏNƏ NÖVBƏTİ ZƏRBƏ... - Erməni silahlıları itkilər verərək geri çəkilib

    Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

    Muxalifet4 - 5-11-2020

  9. "MER" XANKƏNDİNİN BOŞ OLDUĞUNU ETİRAF ETDİ - 40 min insan Ermənistana qaçıb

    Xankəndi sakinlərinin azı 70 faizi Ermənistana qaçıb, bu isə 40 min insan deməkdir.

    Bu barədə şəhər “meri” David Sarkisyanın “Sputnik”ə müsahibəsində deyib.

    Onun sözlərinə görə, şəhərdə təxminən 17 min insan qalıb. Separatçı rejim həmin sakinləri də təxliyyə etməyə hazırlaşır.

    Eyni zamanda, Xankəndidə nəqliyyatın azlığı səbəbindən şəhər “rəhbərliyi” qalan əhalini qida və zəruri ehtiyaclarla təmin etməyə çalışır.

    Muxalifet4 - 5-11-2020

  10. ABŞ-da SEÇKİ SAXTAKARLIĞI - Miçiqan hökuməti nəticələrin açıq təhrif olunduğunu elan etdi

    ABŞ-ın Miçiqan ştatının Antrim dairəsində yerli hökumət nümayəndələri səsvermənin ilkin sayımlarının açıq şəkildə təhrif olunduğunu elan edib.

    Nəticələr səhv hesab edilərək ləğv olunub.

    “Profil”in məlumatına görə, bu barədə dairə administrasiyasının “Facebook” səhifəsində bildirilib.

    November 4, 2020 For Immediate Release Antrim County Election Results ANTRIM COUNTY, Mich. – The Antrim County...

    Muxalifet4 - 5-11-2020

  11. "Şuşa ətrafındakı bəzi kəndlər işğaldan azad olunub" - TRT HABER

    Azərbaycan Odusu Şuşa şəhərinin ətafında yetləşən bəzi kəndləri işğaldan azad edib. 

    Bu barədə Türkiyənin TRT HABER telekanalının cəbhə bölgəsində olan əməkdaşı xəbər verib.

    Məlumatda həmçinin Azərbaycan Ordusunun Cəbrayıl rayonundan Şuşa istiqamətində, Qubadlı rayonundan isə Laçın dəhlizi istiqmətində irəlilədiyi bildirilir. 

    Muxalifet2 - 5-11-2020

  12. Trampın qərargahı daha 2 ştatla bağlı məhkəməyə müraciət edə bilər

    ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qərargahı Arizona və Nevada ştatlarında səslərin sayılması ilə əlaqədar məhkəməyə müraciət etmək ehtimalını nəzərdən keçirir.
     
    Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat verib.
     
    Mənbələrin bildirdiyinə görə, qərargah nümayəndələri təkcə nəticələrlə bağlı mübahisə yaratmaq istəmirlər, həm də bu yolla bu ştatlarda səslərin sayılmasını ləngitmək üçün vaxt udmağa çalışa bilərlər.
     

    Muxalifet4 - 5-11-2020

  13. AMERİKALI JURNALİST QARABAĞ SAVAŞINDAN YAZIR... - "Məni ən çox təəccübləndirən..."

    Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi.

    Bunu ABŞ-ın “VICE News” kanalının jurnalisti Hind Hassan “Instagram” səhifəsində yazıb.

    Muxalifet4 - 5-11-2020

  14. Vətən müharibəsində bir qolunu itirən qazimiz evinə qayıtdı - VİDEO

    Azərbaycan ordusunun qələbələrində əməyi olan daha bir hərbçimizin sosial şəbəkələrdə görüntüsü yayılıb.

    Belə ki, II Qarabağ müharibəsində bir qolunu itirən qazimiz Elvin Rəsulov cəbhə bölgəsindən ailəsinin yanına qayıdıb.

    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet4 - 5-11-2020

  15. "İşğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - İLHAM ƏLİYEV

    "Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik".

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

    Muxalifet2 - 5-11-2020

  16. “Onlar Rusiyanı müharibədə iştiraka sürükləmək istəyirlər” - PREZİDENT

    “Ermənistan lap əvvəldən elə bunu etmək istəyirdi və biz həmişə buna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyi etdi”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

    Muxalifet2 - 5-11-2020

  17. “Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTOLAR

    Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq.

    Son dövrlər texniki gücü və hərbi əməliyyatlarda qazandığı uğurlarla dünya mediasının və silah sənayesinin diqqətini çəkən “Bayraktar TB2”-nin ön hissəsi köpək balığı ağzı formasında dizayn ediləcək. Yeni görünüşü dizayn edən isə Ömər Erkmendir.

    Muxalifet2 - 5-11-2020

  18. Amerikadakı seçki milyarderlərin varidatını daha da artırdı - SİYAHI

    ABŞ-da keçirilən seçkilərin ertəsi günü dünyanın 10 zəngininin varidatı 34,6 milyard dollar artıb.

    “Forbes Real-time” xəbər verir ki, dünənki hərraclar nəticəsində zənginlər reytinqinə başçılıq edən “Amazon”un sahibi Cef Bezosun (Jeff Bezos) varidatı 10,5 milyard ABŞ dolları artaraq 190,6 milyard dollara çatıb.

    Muxalifet2 - 5-11-2020

  19. Dil normalarını pozan KİV-lər cərimələnəcək - RƏSMİ

    “Ölkə Prezidentinin sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nəzarət mexanizmində cərimələrin tətbiqi nəzərdə tutulub”.  

    Muxalifet2 - 5-11-2020

  20. Erməni general Müdafiə naziri Tonoyanı hərbçilərin qarşısında alçaltdı

    Azərbaycan ordusunun qələbəyə yaxınlaşması və Qarabağın işğalçılardan azad edilməsi ilə Ermənistan hərbi-siyasi rəhbərliyinin əsəbləri tarıma çəkilir və “Qarabağ klanı” ilə səhra komandirləri arasında müxtəlif konfliktlər yaşanır.

    Əvvəl də xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan böyük hərbi birləşmələrin hansısa bir məqamda silahları ona tərəf çevirməməsi üçün onların “Qarabağ klanı”nın nəzarətinə verilməsini qəti qadağan edib.

    Muxalifet2 - 5-11-2020

Pages