Axtarış
The search found 105716 results in 0.06 seconds.
Search results
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi
“Qəhrəman Azərbaycan Ordusu böyük əhəmiyyətə sahib Şuşa şəhərini işğaldan azad edib. Təbrik edirik”.
Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabındakı paylaşımda belə deyilir.
“Azərbaycan türkü qardaşlarımız 28 il sonra Şuşadakı məşhur Xarıbülbül çiçəyinin açılmasını izləyəcəklər, ətrini alacaqlar. Nə xoşbəxt onlara!”,- deyə paylaşımda vurğulanıb.
Muxalifet2 - 8-11-2020
Türkiyənin Vitse-prezidentindən Şuşa paylaşımı
“Şuşa erməni işğalından xilas oldu. Zəfərin, qəzan mübarək olsun, əziz qardaşım”.
Bunu Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay “Twitter” hesabında yazıb.
Şuşa, Ermenistan işgalinden kurtuldu.
Zaferin kutlu, gazan mübarek olsun gardaşım.
— Fuat Oktay (@fuatoktay) November 8, 2020
Muxalifet2 - 8-11-2020
Ərdoğan Azərbaycanı təbrik etdi
“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Addım-addım işğal altındakı şəhərləri və Qarabağı azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir”, - o vurğulayıb.
Muxalifet2 - 8-11-2011
AZƏRBAYCAN ORDUSUNDAN DAHA BİR UĞURLU ƏMƏLİYYAT - Düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi
Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.
Muxalifet.az bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Muxalifet2 - 8-11-2020
İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Muxalifet2 - 8-11-2020
Düşmən cəbhənin Xocavənd istiqamətində ciddi itkilər verir
Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.
Muxalifet.az xəbər verir ki, bi barədə Müdafiə Nazirliyindən bildirilib.
Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.
Muxalifet2 - 8-11-2020
“AZƏRBAYCAN ORDUSU ŞUŞAYA TAM NƏZARƏT EDİR” - Rəsmi açıqlama
Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir", - deyə məlumatda qeyd olunub.
Muxalifet2 - 8-11-2020
Azərbaycanda koronavirusa yoluxanların sayında DƏHŞƏTLİ ARTIM - Daha 16 nəfər də öldü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 65 411 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15 663 nəfərdir.Muxalifet2 - 8-11-2020
Şuşanın işğaldan azad olunması Ankarada da qeyd edilib - FOTO
Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsi Ankarada bayram ovqatı ilə qeyd edilib.
Muxalifet2 - 8-11-2020
Düşmən Xocavənddə mövqeləri ataraq qaçır - VİDEO
Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.
Muxalifet2 - 9-11-2020
Pakistan səfiri Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik etdi
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Şuşa şəhərinin erməni işğalından azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə səfir öz "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Mən Azərbaycan xalqını öz əzəli tarixi şəhəri Şuşanın azad olunması münasibətilə təbrik edirəm".
Muxalifet2 - 9-11-2020
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonununun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib:
"Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib".
Muxalifet2 - 9-11-2020
Sami Yusifdən Şuşa ilə bağlı təbrik mesajı
“Təbriklər! Şuşa = bəzi böyük Azərbaycan dahilərinin doğulduğu yer”.
Muxalifet.az xəbər verir ki, bunu Böyük Britaniyada yaşayan azərbaycanlı müğənni Sami Yusif öz feysbuk səhifəsində yazıb.
O həmçinin #karabakhisazerbaijan həştaqı ilə Azərbaycana dəstəyini ifadə edib.
Muxalifet2 - 9-11-2020
Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi - "Üç rəngli bayrağınla məsud yaşa, can Azərbaycan!"
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Muxalifet.az xəbər verir ki, Türkiyə Xarici İşlər naziri bu barədə "Twitter"də bildirib.
"Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhraman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır.Üç rəngli bayrağınla məsud yaşa, can Azərbaycan!" - Mövlud Çavuşoğlu qeyd edib.
Muxalifet2 - 9-11-2020
SOROS ailəsinin “Mikroskopu”… - JALƏ MÜTƏLLİMOVADAN SENSASİON ARAŞDIRMA
Mikroskop media. Bütün sosial şəbəkələrdə aktivdir. “Nexta” teleqram kanalın törəməsidir. Bir mərkəzdən, Budapeşətdən, SOROS institutlarının ən çox fəaliyyət göstərdikləri ölkədən maliyyələri göndərilir. Yaxşı maddi və texniki təhcizatları var. Prosesə daha çox maddi ehtiyaclı, peşəkar, əqidəsi pul qazanmaq olanları cəlb edirlər. Yəni SOROS-un balaları “işləyir”.
Muxalifet2 - 9-11-2020
Daha 23 kənd işğaldan azad edildi - PFREZİDENTDƏN AÇIQLAMA
"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Muxalifet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yazıb.
Muxalifet2 - 9-11-2020
Düşmən mühasirədən çıxmaq istəyərkən məhv edildi - VİDEO
Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib", - məlumatda qeyd edilib.
Muxalifet2 - 9-11-2020
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətlər davam edir.
Bu barədə Oxu.Az-ın suallarına cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova açıqlamasında bildirib.
Muxalifet2 - 9-11-2020
“Biz ərazi bütövlüyümüzü bərpa edənə kimi, sona qədər gedəcəyik” - PREZİDENT
“Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, - onlar faktiki olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, - bir müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşayacaqlar”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.Muxalifet2 - 9-11-2020
SON DƏQİQƏ! - Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edildi
Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.
Müdafiə Nazirliyindən (MN) verilən xəbərə görə, noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib.Muxalifet2 - 9-11-2020