Axtarış
The search found 105716 results in 0.077 seconds.
Search results
İrəvanda növbəti mitinq: YENƏ PAŞİNYANIN İSTEFASI TƏLƏB OLUNUR
İrəvanın Azadlıq meydanında 17 müxalifət partiyasının iştirakı ilə mitinq keçirilir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını və müvəqqəti hökumətin formalaşdırılmasını tələb edirlər.
Muxalifet2 - 16-11-2020
Nikol Paşinyan: “Bəyəm Şuşa ermənilərə lazım idi?”
“Deyirlər, Şuşanı satmışıq. Şuşanı kim satıb? Əgər satmışıqsa, son 30 il ərzində satmışıq. Ona görə ki, Şuşa bədbəxt, boz şəhər idi”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı deyib.
Muxalifet2 - 16-11-2020
“Əl-Cəzirə” Kəlbəcərə qayıtmağı gözləyən Ramazanovlar ailəsindən reportaj hazırladı - VİDEO
“Əl-Cəzirə” telekanalı evlərinə qayıtmağı gözləyən kəlbəcərlilər və ermənilərin Kəlbəcərdə törətdiyi dağıntılar barədə reportaj hazırlayıb.
Belə ki, kanalın müxbirləri Kəlbəcərdən olan Ramazanovlar ailəsinə baş çəkib. Reportajda bu ailənin Kəlbəcərin Azərbaycana qayıdışını qeyd etdiyi diqqətə çatdırılıb.
Ramazanovlar bildirib ki, bölgə onların həyatıdır. Onların şeirləri isə dağların və geniş ərazilərin xatirələrini dilə gətirir.
Muxalifet2 - 16-11-2020
Ərdoğan hökumət üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək
Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaranmış son vəziyyət, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı məsələ də müzakirə ediləcək.
Muxalifet4 - 17-11-2020
Rus sülhməramlı briqadasının minaaxtaranları Qarabağa göndərildi
Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölmələrinin xüsusi texnika və avadanlığı Dağlıq Qarabağa gətirilir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, daşınma Rusiya hərbi nəqliyyat aviasiyanın İl-76 təyyarələri tərəfindən həyata keçirilir. Minaaxtaranlar Qarabağ münaqişəsi zonasında mühəndis kəşfiyyatı, ərazinin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəklər.
Muxalifet4 - 17-11-2020
BU GÜN AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Xatırladaq ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.
1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub.
Muxalifet4 - 17-11-2020
Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri - BOŞ DƏBİLQƏLƏR / FOTO
“France presse” agentliyi Dağlıq Qarabağ barədə reportaj hazırlayıb. Məqalədə diqqət çəkən məqam isə dəbilqələrlə bağlı görüntüdür.
Kadrda bir kənara yığılmış erməni hərbçilərinə məxsus yüzlərlə dəbilqə əks olunub. Bu, düşmən tərəfin nə qədər itki verdiyinin bariz nümunəsidir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf edib.
Muxalifet4 - 17-11-2020
AMEA SEVİL ZÜLFÜQAROVA BARƏSİNDƏ TƏDBİR GÖRÜLƏCƏYİNİ BƏYAN ETDİ – Direktorun məqalələrinin plagiat olduğu rəsmən təsdiqləndi
Muxalifet.az saytında dərc olunan “Mərkəzi Elmi Kitabxana direktorunun məqalələri plagiat çıxdı” sərlövhəli yazı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) araşdırma aparıb. AMEA Mətbuat və informasiya şöbəsinin açıqlamasında qeyd olunur ki, araşdırma nəticəsində qeyd etdiyimiz bütün faktlar, yəni direktor Sevil Zülfüqarovanın yazılarının plagiat olduğu təsdiqini tapıb.
Muxalifet4 - 17-11-2020
“1988-ci ildə Bakıda qaldırılan Azərbaycan bayrağı bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır!” - ÇAVUŞOĞLU
“32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azadlığa qovuşdurdu”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə təbrik paylaşımında bildirib.
“1988-ci ildə Bakıda qaldırılan bayraq bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün qutlu olsun, can Azərbaycan!”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.Muxalifet4 - 17-11-2020
“Deyib mən bu müharibəni illərdir gözləyirdim, ya şəhid, ya qəhrəman kimi dönəcəyəm...” - ŞƏHİD POLKOVNİK-LEYTENANT RƏŞAD QULİYEVİN EVİNDƏ, XÜSUSİ REPORTAJ
İllər sonra “Qarabağ dastanına” yazılacaq hekayələrdən biri də əminik ki, şəhid polkovnik-leytenant Rəşad Quliyevin haqqında olacaq. 37 illik ömrünün 15 ilini cəbhə bölgəsində, səngərlərdə keçirən Rəşadın ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılmaq, qalib gəlmək olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərkən çəkdirdiyi məzun albomuna da ancaq Qarabağla bağlı arzularını yazıb. Və qəhrəman kimi döyüşüb, oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.
Muxalifet4 - 17-11-2020
“Ermənistanın qarşısında təzminat tələbi qoyulmalıdır” – ƏLİ MƏSİMLİ
“Rusların belə bir mövqeyi var ki, BMT Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan sazişi təsdiqləməlidir”
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan razılaşma ilə müharibə dayansa da, onun nəticələrinə dair müzakirələr davam etməkdədir. Bu razılaşmanın yerinə yetirilib-yetirilməyəcəyi, Rusiyanın bundan sonrakı mərhələdə obyektiv olub-olmayacağına dair cəmiyyətdə müxtəlif yanaşmalar mövcuddur.
Muxalifet4 - 17-11-2020
Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”
Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı RF Prezidenti Vladimir Putinə şikayət edib.
Bu barədə “Son Dakika” xəbər yayıb.
Məlumata görə, o, RF dövlət başçısına zəng vuraraq, “Məni dinləmirlər, itaət etmirlər”, - deyərək kömək istəyib.
Muxalifet4 - 17-11-2020
"Azərbaycanla bağlı qanun layihəsinə tam dəstək verəcəyik"- Dövlət Bağçalı
“Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun layihəsinə, şübhəsiz ki, tam dəstək verəcəyik”.
Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.
“28 il öncə işğal edilən ərazilərin 70 %-ni 44 gündə işğaldan azad edən dost və qardaş Azərbaycanın sonunadək arxasında olacağımızı söyləmək istəyirəm. Diləyimiz Dağlıq Qarabağın tamamının təmizlənməsi, təcavüzkar Ermənistanın vətən torpaqlarının hər qarışından çıxarılmasıdır”, - o qeyd edib.
Muxalifet4 - 17-11-2020
"Murovdağ zirvəsinin azad olunması üçün 4 saat mübarizə apardıq..." - MUROVDA DÖYÜŞƏN MAYOR ANAR RAMAZANOV, VİDEO
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başladıq və ermənilərin mövqelərini darmadağın etdik.
Bunu Qarabağ müharibəsində Murov zirvəsinin düşməndən azad edilməsində iştirak edən mayor Anar Ramazanov deyib.
Muxalifet4 - 17-11-2020
Füzulidən Şuşaya yeni avtomobil yolu çəkilir - YENİLƏNİB
Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa edilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Səfər zamanı Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.
Muxalifet4 - 17-11-2020
Rusiyalı deputat Solovyovun cəzalandırılmasını tələb etdi
Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli çıxışlarına qiymət verilməsini xahiş edib.
Deputat bildirib ki, Solovyov münaqişə müddətində təxribatçı açıqlamalar verib. Qeyd olunub ki, Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib:
Muxalifet2 - 17-11-2020
Şuşa cəngavərləri həlledici döyüşə yollanarkən - “GEDİRİK ŞUŞANI ALMAĞA...”,+VİDEO
Dünya hərb tarixində öz yerini tutacağı şübhə doğurmayan, təfərrüatları hələ tam açıqlanmayan Şuşa əməliyyatının iştirakçılarının sözsüz ki, hamısı qəhrəmandır, əsl cəngavərdir. Bu əməliyyatın iştirakçılarının xüsusi olaraq təsis ediləcək orden və medallarla təltif ediləcəyi gözlənilir.
Muxalifet2 - 17-11-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı -SON SUTKADA DAHA 20 NƏFƏR ÖLDÜ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb,1 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ümumilikdə 79 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 56 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21 259 nəfərdir.
Muxalifet2 - 17-11-2020
Şavarş Koçaryan da vəzifəsindən azad edildi
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan vəzifəsindən azad edilib.
Müvafiq fərmanı Baş nazir Nikol Paşinyan imzalayıb.
Şavarş Koçaryan 12 ildir xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, xüsusilə Qarabağ münaqişəsi sahəsində fəaliyyət göstərib.
2008-ci ildən etibarən bu vəzifəni icra edən Koçaryan 2018-ci il inqilabından sonra vəzifəyə yenidən təyin edilmişdi.
Xatırladaq ki, ötən gün Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa vermişdi.
Muxalifet2 - 17-11-2020
DÖVLƏT NÖMRƏLİ MAŞINDAN ÇIXARDIĞI SİLAHLA ÖZÜNÜ BAŞINDAN GÜLLƏLƏDİ - Bakıdakı dəhşətli intihar olayının bəzi təfərrüatları bəlli oldu
Sosial şəbəkələrdə yayılan fotodakı meyitin kimliyi məlum olub. Həmin şəxs noyabrın 15-i saat 16 radələrində Nəsimi rayonu ərazisində intihar edib.
Bununla bağlı “Report” noyabrın 16-da məlumat da yayıb.
Belə ki, Əliyev Ramin Alməmməd oğlu kirayə yaşadığı binanın qarşısında özünə məxsus odlu silahla atəş açaraq özünü baş nahiyəsindən vuraraq öldürüb.
Muxalifet2 - 17-11-2020