Axtarış

The search found 105715 results in 0.056 seconds.

Search results

  1. Türkiyənin məşhur serialında “Ay Laçın” səsləndi - VİDEO

    Türkiyənin “TRT 1” telekanalında yayımlanan və izlənmə rekordları qıran “Payitaht Abdülhamit” teleserialında Azərbaycanın haqq mübarizəsinə dəstək ifadə olunub.

    Serialda hökmdar bir Azərbaycan mahnısı oxumnasını istəyir. İsmayıl Haqqı əfəndi obrazını canlandıran aktyor isə “Ay Laçın” xalq mahnısını səsləndirib.

    Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı uğurlu əməliyyatlarını nəzərə alaraq bu səhnə sosial şəbəkələrdə geniş paylaşılıb. 

    Muxalifet2 - 31-10-2020

  2. Gürcüstanda parlament seçkilərinə səsvermə başlayıb

    Gürcüstanda parlament seçkiləri üçün səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb, səsvermə saat 20:00-a qədər davam edəcək.

    Bu barədə TASS xəbər yayıb.

    Respublikada parlament seçkiləri qarışıq sistemə görə keçirilir: 150 deputatdan 120-si proporsional, 30-u isə majoritar siyahıya görə seçiləcək.

    Seçkilərdə 48 partiya və iki blok iştirak edir.

    Seçki günü 52-si Gürcüstandan kənarda olmaqla, 3 847 seçki məntəqəsi fəaliyyət göstərəcək.

    Muxalifet2 - 31-10-2020

  3. CENEVRƏ DANIŞIQLARINDA AZƏRBAYCAN NƏ QAZANDI, ERMƏNİSTAN NƏ İTİRDİ? - Qubad İbadoğlunun şərhi

    "ABŞ rəsmiləri erməniləri Cırtdanın nağılında olduğu kimi, işıq gələn tərəfə deyil, ithürən tərəfə göndərirlər ki, seçkiöncəsi onlardan yaxalarını qurtara bilsinlər"

    ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun Cenevrədəki danışıqlara həsr olunan şərhini kiçik redaktələrlə təqdim edirik.

    Qubad İbadoğlu mövzuya ermənilərin Bərdə və Tərtərə atdığı çoxluqlu (kaset) döyüş bombalarına dünyanın verdiyi reaksiya ilə başlayıb.

    Muxalifet2 - 31-10-2020

  4. Trampı zibil qutusuna atdılar... - FOTO

    Berlində yerləşən məşhur “Madam Tyusso” muzeyi ABŞ Prezidenti Donald Trampın fiqurunu zibil qutusuna yerləşdirib.

    Bununla bağlı Almaniyanın “Stern” nəşri məlumat yayıb.

    Muzeydən bildirilib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində belə bir aksiya rəmzi xarakter daşıyır.

    “Madam Tyusso” muzeyi olaraq biz ehtiyat tədbiri kimi Donald Trampın fiqurunu yığışdırmaq qərarına gəldik”, - açıqlamada qeyd edilib.

    Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutacaq.

    Muxalifet2 - 31-10-2020

  5. İTC Millət Şurasından Türkiyənin Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Türk xalqına BAŞSAĞLIĞI MESAJI

    Türkiyənin İzmir şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan təlafatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allahdan yaralılara tezliklə şəfa tapmasını diləyirik. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun! 

    Muxalifet3 - 31-10-2020

  6. AZƏRBAYCANDA DAHA 12 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutkada yoluxma sayında ciddi artım olub...

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet2 - 31-10-2020

  7. “Gürcüstanda seçkilər dinc şəraitdə keçirilir” - AZƏRBAYCANLI DEPUTAT

    “Gürcüstanda parlament seçkiləri sakit və dinc şəraitdə keçirilir”.

    Bu barədə qonşu ölkədə seçkiləri müşahidə edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

    Muxalifet2 - 31-10-2020

  8. "İndi beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib" - PREZİDENT

    "Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib".

    Muxalifet2 - 31-10-2020

  9. "Cenevrədəki görüşdən sonra rayonlar ağır artilleriya ilə atəşə tutulub" - Hikmət Hacıyev

    "Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub.

    Bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılmışdır.

    Muxalifet2 - 31-10-2020

  10. Ağdərə, Xocavənd və Qubadlı istiqamətində şiddətli döyüşlər gedir - RƏSMİ AÇIQLAMA

    “Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verdiyi ağır itkilər nəticəsində hər dəfə geri çəkilməyə məcbur edilir”.

    Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

    "Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür", - o əlavə edib.

    Muxalifet2 - 31-10-2020

  11. Ermənilər bu gün Tərtərə 69 top mərmisi atıb - FOTOLAR

    Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, ətraf qəsəbə və kəndləri atəşə tutub.

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Gün ərzində düşmən tərəfindən rayon ərazisinə ümumilikdə 69 top mərmisi atılıb.

    Muxalifet2 - 31-10-2020

  12. Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

    Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin tamamilə məhv olması fonunda kadr çatışmazlığı bu cür mənzərələrə gətirib çıxardır.

    Kadrları “Caliber” “Telegram” kanalı paylaşıb.

    Fotoda cırtdan insanların əllərində demək olar ki, yararsız silahla cəbhə xəttində şəkiləri əks olunub.

    “Qagik Tsarukyanlar, Artur Vanetsyanlar, Anna Akopyanlar isə heç cəbhəyə gedib çıxmayıblar. Görəsən, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqını nə vaxta qədər qırğına aparacaq?”, - deyə kanal bildirib.

    Muxalifet2 - 31-10-2020

  13. Gürcüstanda seçici fəallığı 45%-i ötüb

    Gürcüstanda saat 17:00-a olan məlumata əsasən seçici fəallığı 45,77% olub.
     
    Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
     
    Artıq 1 607 530 seçici parlament seçkilərində iştirak edib.
     
    Seçicilər ən yüksək fəallığı Raça-Leçxumi və Svaneti (57,3%), ən aşağı fəallığı isə Kvemo Kartlidə (41,9%) nümayiş etdiriblər.
     

    Muxalifet2 - 31-10-2020

  14. “Gürcüstanda hakimiyyət dəyişir” - SAAKAŞVİLİ DANIŞDI

    ““Gürcü Arzusu” bu gün parlament seçkilərində uduzub”.
    Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.
    Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.
    Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər./report

    Muxalifet2 - 31-10-2020

  15. GÜRCÜSTANDA SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ – Hakim və müxalif partiyalar ayrılıqda qələbələrini qeyd edirlər / YENİLƏNİR

    MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil edib

    İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.
    Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib. Onun sözlərinə görə, səsverməyə 1 970 540 seçici qatılıb.
    Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

    ***

    Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmir

    Muxalifet2 - 31-10-2020

  16. İzmirdə zəlzələ: ölənlərin sayı 37-yə, yaralıların isə 885-ə çatdı - FOTO, VİDEO+YENİLƏNİR

    Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

    Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

    Bundan başqa, İzmirə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koordinasiya mərkəzində ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

    ***19:32

    Muxalifet2 - 31-10-2020

  17. "Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!" - TER-PETROSYAN ERMƏNİLƏRƏ MÜRACİƏT EDİB

    Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı məktuba və müraciətin cavabına münasibət bildirib.

    Levon Ter-Petrosyan xüsusilə qeyd edib: “Nikol (Ermənistan Baş naziri Nikol Paşinyan - red.) Vladimir Putinə bir xahişlə bağlı məktub göndərib.

    Putin bu məktuba Rusiya Xarici İşlər Nazirliyinin vasitəsi ilə cavab verib.

    Siz başa düşmürsünüz onun nə dediyini? Bunu da başa düşmürsünüzsə, vay bizim halımıza!

    Muxalifet2 - 31-10-2020

  18. İbrahim Kalın və Süleyman Soylu koronavirusa yoluxdu

    Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu koronavirusa yoluxub.

    Bu barədə “Sözcü” xəbər yayıb.

    Bildirilir ki, DİN rəhbərinin xanımı Hamdiyə Soyluda da COVID-19 testinin cavabı müsbət çıxıb.

    Məlumata görə, Süleyman Soylu Ankarada xəstəxanada müalicə alır. Bu səbəbdən zəlzələ fəlakətləri ilə bağlı İzmirə getməyib.

    “Oda TV” isə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınının da koronavirusa yoluxduğunu bildirir. Onun hazırda özünü təcrid etdiyi vurğulanıb.

    Muxalifet2 - 31-10-2020

  19. Армянские СМИ: «Азербайджан стоит у Зангезура… А Баласаняна не привлекают»

    Армянские СМИ критикуют оборонную политику правительства Никола Пашиняна. Как пишет издание Айсор.ам, азербайджанские войска подошли вплотную к армяно-азербайджанской границе в районе Зангезура - исторической азербайджанской области, перешедшей в советский период в состав Армении. Издание объясняет причину поражений на поле боя отношением нынешних властей к карабахским полевым командирам, добившимся успехов в период первой карабахской войны. 
     

    Muxalifet2 - 31-10-2020

  20. ERMƏNİLƏR MƏĞLUBİYYƏTİN ANONSUNU VERDİ - Ordumuz Xocavənd istiqamətində irəliləyir

    Qarabağdakı döyüşlərin 35-ci günü ilə bağlı maraqlı açıqlama yayıb. Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Nazirliyin sözçüsü Artsrun Ovannisyan deyib ki, Azərbaycan ordusu cəbhənin mərkəzi istiqamətindəki mövqelərini qismən yaxşılaşdırıb. 

    Muxalifet2 - 31-10-2020

Pages