Axtarış

The search found 105715 results in 0.056 seconds.

Search results

  1. ERMƏNİ HƏRBÇİLƏRİ ARASINDA ATIŞMA - İnsanların döyüşə məcburi göndərilməsi qanlı toqquşmalara səbəb olur

    Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Muxalifet2 - 29-10-2020

  2. Azərbaycanda koronavirusa yoluxanların sayı min nəfəri keçdi - DƏHŞƏTLİ VİRUS DAHA 9 CAN ALDI

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 636 nəfərdir.

    Muxalifet2 - 29-10-2020

  3. Bərdə qətliamının qisası alınır - VİDEO

    Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 29-10-2020

  4. SEPARATÇILAR BÖYÜK TƏŞVİŞ İÇİNDƏ - "Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir"

    Azərbaycan Ordusunun bir aydan çoxdur başlatdığı əks-hücum əməliyyatları düşməni ağ bayraq qaldırmağa məcbur edir.

    Belə ki, artıq Dağlıq Qarabağdakı separatçıların lideri Araik Aratunyan əvvəlki ritorikasından əl çəkərək məğlub olduqlarını etiraf etməyə başlayıb.

    Separatçıbaşı bu gün videomüraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.

    Muxalifet2 - 29-10-2020

  5. ERMƏNİLƏRƏ DAHA BİR SARSIDICI ZƏRBƏ - Düşmənin canlı qüvvəsi və texnikaları məhv edilib

    Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin qüvvə və vasitələri məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    Muxalifet2 - 29-10-2020

  6. "Qarabağ" "Vilyarreal"a uduzdu - 2 TOP FƏRQİ İLƏ

    "Qarabağ" UEFA Avropa Liqasının I qrupunda növbəti oyununu keçirib. "Report"un Türkiyənin İstanbul şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, Ağdam təmsilçisi II turda İspaniya "Vilyarreal"ını qəbul edib.

    Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Muxalifet2 - 29-10-2020

  7. Putin: “Türkiyə Qarabağla bağlı danışıqlarda olmalıdır”

    Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

    Bu barədə “HaberTürk” məlumat yayıb.

    “Qarabağla bağlı danışıqlarda Türkiyə də daxil olmaqla, bir çox ölkə yer almalıdır”, - deyə Rusiya Prezidenti bildirib.

    Muxalifet2 - 30-10-2020

  8. “Mənə bu mövzuda heç nəyi izah etmək lazım deyil...” – Kadırov Peskova sərt cavab verib

    Fransanın prezidenti Emmanuel Makronu İslam dinini təqib etdiyinə görə günahlandıran Çeçenistan başçısı Ramzan Kadırov bəyan edib ki, o, siyasətçi kimi yox, bir müsəlman kimi çıxış edib. Kadırov beləliklə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bu bəyanatını şərh edib ki, «Rusiyanın xarici siyasətini bölgə başçıları yox, prezident formalaşdırır».

    Muxalifet2 - 30-10-2020

  9. DÜŞMƏNİN HÜCUM CƏHDİNİN QARŞISI ALINIB! - Canlı qüvvəsi və texnikası məhv edilib

    Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Muxalifet2 - 30-10-2020

  10. BƏRDƏNİ ATƏŞƏ TUTAN "SMERÇ" MƏHV EDİLDİ! - Anbaan görüntülər / VİDEO

    Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

    Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.

    Muxalifet2 - 30-10-2020

  11. DÜŞMƏNİN ÖTƏN SUTKA MƏHV EDİLƏN DÖYÜŞ TEXNİKASI - SİYAHI

    Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Muxalifet2 - 30-10-2020

  12. Düşmənin yüksək rütbəli zabiti məhv edildi - FOTO

    Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

    Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.

    Muxalifet2 - 30-10-2020

  13. Təhsilin distant təşkili ilə bağlı yeni dəyişikliklər - CANLI YAYIM

    Təhsil naziri Emin Əmrullayev Azərbaycanda tədris prosesin dekabrın 1-dək distant qaydada təşkili ilə bağlı brifinq keçirilir.

    Virtualaz.org xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməsi ilə bağlı qaydalara dəyişikliklər müzakirə edilir.

    Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub...

    Muxalifet2 - 30-10-2020

  14. Niderland Parlamentinin deputatına erməni vəhşiliyi barədə məlumat verilib

    Niderland Azərbaycan Evinin təşkilatçılığı ilə Parlamentin Xristian Demokrat Partiyasından (CDA) millət vəkili Martijn van Helvertle videokonfrans formatında göruş keçirilib.

    Muxalifet2 - 30-10-2020

  15. Cümhuriyyət Günündə türk şəhidləri anıldı - FOTOLAR

    Bayram günü kimi qeyd edilən Türkiyə Cümhuriyyəti 29 oktyabr 1923-cü ildə quruldu.
     
    Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olması və torpaqların qalib dövlətlər arasında  yağmalanması keçən əsrin əvvəllərində ölkəni böyük ümidsizlikliyə boğmuşdu. Amma Qərbin heç gözləmədiyi bir halda ortaya Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı və milli gücləri öz baş komandanlığında birləşdirərək Qurtuluş Savaşına başladı.
     

    Muxalifet2 - 30-10-2020

  16. Xüsusi karantin rejimində təhsilin təşkili barədə QƏRAR

    Ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabinetinin təhsilin təşkilinə dair Qərarı imzalanıb.Qərarda deyilir:

    1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

    Muxalifet2 - 30-10-2020

  17. “Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

    “Nar” Bərdə şəhərində olan abunəçilərinin yaxınları ilə kəsintisiz ünsiyyət qura bilmələri üçün balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib.

    Düşmənin atdığı raket nəticəsində həlak olmuş şəxslərin yaxınlarına başsağlığı, yaralılar şəfa diləyirik! Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminik.  Qələbə bizimdir!
     
     
     

    Muxalifet2 - 30-10-2020

  18. Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi - P-18 DÜŞMƏNİN ƏLİNƏ NECƏ KEÇMİŞDİ...,+VİDEO

    Ötən gün Azərbaycan Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin və texnikasının ordumuzun dəqiq atəş zərbələri ilə məhv edilməsinə dair növbəti görüntüləri yaymışdı.

    Virtualaz.org xəbər verir ki, Rusiya mütəxəssisləri dərhal həmin görüntülərdəki bir detalı görüb heyrətə gəliblər. Məlum olub ki, Azərbaycan ordusu dünyanın ən yüksək effektivliyə malik radiolokasiya stansiyalarından birini Qarabağda məhv edib. Bu, hətta stels-təyyarələri belə aşkar etməyə imkan verən P-18 RLS-idir.

    Muxalifet2 - 30-10-2020

  19. Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları irəli verdilər - FOTOLAR

    Xəbər verdiyimiz kimi, ötən gün separatçı rejimin “rəhbəri” Araik Arutyunyan öz ordusuna yalvarıb.

    Xatırladaq ki, o, yaydığı videomüraciətdə Azərbaycan Ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu qeyd edib.

    Yalvarış tonundan məğlubluq yağan Araikin bu çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub.

    Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan “Facebook” səhifəsindən döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb.

    Muxalifet2 - 30-10-2020

  20. "İşğal olunmuş ərazidə dinc əhali söhbəti yoxdur!" - İLHAM İSMAYIL

    İlham İsmayıl: “Ermənilərin Gəncədə, Bərdədə törətdikləri onlar tərəfindən birgə yaşayışın mümkün olmayacağını da ortaya qoydu”

    "Azərbaycan Ermənistan ərazisini də vura bilər"

    Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib. Nazirliyin təqdim etdiyi video kadrlarda "Smerç"-in iki raketlə məhv edildiyi göstərilir.

    Muxalifet2 - 30-10-2020

Pages