İşğaldan azad olunan Qubadlı şəhərinin görüntüləri yayılıb.
Muxalifet.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir:
The search found 105715 results in 0.078 seconds.
Sosial şəbəkələrdə Ermənistan vətəndaşları tərəfindən öz silahlı qüvvələrində fərariliyin, özbaşınalığın vüsət aldığını, orduda ərzaq və digər zəruri tələbat növlərinin çatışmazlığını əks etdirən videolar paylaşılır.
Videoda erməni əsgəri kamera arxasından ordularındakı pərakəndəliyi çəkərək bunları deyir:
Muxalifet2 - 26-10-2020
"Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırdır".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
Muxalifet2 - 26-10-2020
Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndinin videogörüntülərini yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir:
Muxalifet2 - 26-10-2020
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mexaniki briqadası Azərbaycan və Ermənistanla sərhəd ərazilərə yerləşdirilir.
Bu barədə Sepahnews saytı xəbər yayıb.
"İmam Zaman" mexaniki briqadasının əsasən Xudafərin və Culfa məntəqələrinə yerləşdirildiyi bildirilir.
İLNA xəbər agentliyi bir İslam İnqilabı Keşikçiləri Korpusunun üzvünə istinadən yazıb ki, briqadanın bölgədə yerləşdirilməsi “ölkənin ərazi bütövlüyünü və Xudafərin vilayətinin sakinlərini qorumaq” məqsədilə həyata keçirilib.
Muxalifet2 - 26-10-2020
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib.
Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: "Təəssüf ki, dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib".
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənddə davam edir.
Muxalifet2 - 26-10-2020
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Muxalifet2 - 27-10-2020
İşğaldan azad olunan Qubadlı şəhərinin görüntüləri yayılıb.
Muxalifet.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir:
Muxalifet2 - 27-10-2020
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan yaralanıb. Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb. Məlumata görə, qondarma "naziri" bu vəzifədə general Mikael Arzumanyan əvəzləyəcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Cəlal Arutyunyanın ölümü ilə bağlı da məlumatlar yayılıb.
Muxalifet2 - 27-10-2020
"Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik".
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk.
Muxalifet2 - 27-10-2020
Otuz yaşlı da xəyal olar? Özü də elə xəyal ki, qoysaydılar bir ay içində reallaşa bilərmiş. Əvvəlcə dünyada, sonra da öz içimizdə olan düşmənlərdən çəkirmiş başımız. Ancaq bir aydır, itkilərə, faciələrə, ölümlərə rəğmən, hər kəs xoşbəxtdir. Bir aydır xəyallarımız gerçək olur çünki. Bir aydır, dünyanı ayağımıza gətirə bilmişik. Bir aydır bütün dünya bizdən danışır. Otuz illik hayqırtımızı eşitdirmişik dünyaya. Demişik ki, bizi erməni ilə Qarabağda baş-başa qoyun. Bir aylıq baş-başalıqda, dörd rayon, yüzdən çox kənd, qəsəbəmizi geri qaytarmışıq.
Muxalifet4 - 27-10-2020
Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın Rai-1 telekanalına müsahibəsində Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından Ermənistan ordusuna silah-sursat verildiyini açıqlayıb. İlham Əliyev deyib ki, Azərbaycan tərəfi bu barədə faktlara və sübutlara malikdir. Dövlət başçısı jurnalistin Azərbaycana Türkiyənin birbaşa hərbi dəstəyi barədə iddiaları xatırlatmasına cavab olaraq danışıb.
Muxalifet4 - 27-10-2020
Düşmən tərəf Azərbaycan ordusunun əks-hücumu nəticəsində ölən 35 hərbçinin də siyahısını açıqlayıb.
Bununla da, işğalçı dövlət mindən çox hərbçi itirdiyini etiraf edib.
Eyni zamanda, Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfər itirib.
“Sputnik Armeniya” xəbər verir ki, bunu xidmətin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib:
Muxalifet4 - 27-10-2020
Ermənistanın siyasi partiyası “Daşnaktsutyun”un bir qrup tərəfdaşı Türkiyənin Beyrutdakı səfirliyi yaxınlığında icazəsiz aksiya təşkil edib.
“Anadolu” xəbər verir ki, etirazçılan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və yandırıcı qarışıqla hücum ediblər.
Təxminən iki yüz erməni etirazçı Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək səylərinə dəstək göstərən Ankaranın mövqeyindən narazılığını bildirib.
Bundan əlavə ermənilərin diplomatik nümayəndəliyin binasına girmək cəhdinin qarşısı ciddi şəkildə alınıb.
Muxalifet4 - 27-10-2020
Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ötür. Bu ay ərzində Azərbaycan Ordusu dünya müharibə tarixində yeni bir səhifə açdı.
Düşmənə ciddi zərbələr vuran Azərbaycan Ordusu bir ay ərzində Ermənistana hərbi texnika və canlı qüvvə baxımından ciddi zərbə vurub. Düşmənin dəyəri 2 milyard dollardan çox hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb. Həmin siyahı aşağıdakı kimidir:
Muxalifet4 - 27-10-2020
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin Avronest PA-dakı nümayəndə heyətinin keçmiş üzvü, sabiq deputat Fərəc Quliyev BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzaiyə müraciət edib. Muxalifet.az həmin müraciət olduğu kimi dərc edir:
Tanışlıq üçün :
- Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskasa;
- Avropa Şurasının Bakı Ofisinin rəhbəri cənab Zoltan Hernyesə;
Muxalifet4 - 27-10-2020
Ötən gün Türkiyənin Suriya ilə sərhəddində yerləşən Hatay vilayətinin İsgenderun şəhərində terror aktı törədilib. Hatay vilayətinin qubernatoru Rahmi Doğan bildirib ki, terror aktı törətmək məqsədilə iki qrupdan ibarət olan PKK üzvləri Suriyanın Menbic şəhərindən gəliblər. Birinci qrup sentyabrın 28-də ikinci isə oktyabrın 10-da gəliblər. Məqsədləri içərisinə bomba qoyulmuş avtomobili partlatmaq olub.
Muxalifet4 - 27-10-2020
Azərbaycanda bu gün koronavirus infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet4 - 27-10-2020
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.
***
Muxalifet2 - 27-10-2020
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluqdan bildirilib ki, 2020-ci il oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Muxalifet2 - 27-10-2020
Dağlıq Qarabağdakı münaqişə rusları Ermənistaan pilotsuz uçan aparatlara qarşı silah göndərməyə məcbur edib. Bu haqda Honkonqun “Asia Times” nəşri yazır.
Qəzet qeyd edir ki, Ermənistan KTMT-nin üzvüdür və Rusiya öz müttəfiqini, eyni zamanda oradakı hərbi obyektlərini Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə və İsrail istehsalı olan dronlarından qorumağa çalışır.
Muxalifet2 - 27-10-2020