Axtarış

The search found 105715 results in 0.117 seconds.

Search results

  1. ”QUTSAL VƏTƏN MÜHARİBƏSİNDƏ YER ALMAĞIMIZA ŞƏRAİT YARATMAĞINIZI XAHİŞ EDİRİK” – Güneyli soydaşlarımızdan Azərbaycan Prezidentinə müraciət

    Güney Azərbaycanın bir qrup milli fəal tərəfindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə müraciət olunub. Muxalifet.az həmin müraciəti olduğu kimi dərc edir:
    ”Cənab Ali Baş komandan!

    Muxalifet2 - 30-10-2020

  2. Azərbaycanda daha 1022 nəfər koronavirusa yoluxdu – 10 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 10 nəfər vəfat edib.

    Muxalifet2 - 30-10-2020

  3. Azərbaycan Ordusu daha 9 kəndi işğaldan azad etdi - PREZİDENTDƏN AÇIQLAMA

    "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

    Muxalifet.az xəbər verir ki, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.

    Muxalifet2 - 30-10-2020

  4. Gürcüstan müxalifəti koalisiya hökumətindən imtina edib

    Gürcüstanın 10-a yaxın müxalifət partiyası seçkiöncəsi yeni memorandum imzalayıb.

    “Report”un yerli bürosu xəbər verir ki, sənədə əsasən, müxalifət Gürcü Arzusu Partiyası ilə əməkdaşlıq və onunla koalisiya hökuməti yaratmaqdan imtina edib.

    “Gürcü Arzusu” isə parlament seçkilərində qalib gələcəyinə və koalisiya hökumətinə ehtiyacın olmayacağına əmindir.

    Muxalifet2 - 30-10-2020

  5. Kənd kitabxanalarında kitabların müzakirəsi - FOTOLAR

    20-30 il əvvəl avtobusda, metroda kitab oxuyan neçə insana rast gəlmək mümkün idisə, bu gün təəssüf ki, biz gənclərin əlində daha çox telefon görürük. Bu acı bir həqiqətdir. Telefona o qədər aludə omuşuq ki, hətta evdə ən yaxınlarımızla belə söhbət etməyə vaxtımız olmur. Beləcə gün-gündən həm bir -birimizdən ayrılırıq, həm zərərli vərdişlər baş alıb gedir, həm də savadsızlıq artır.

    Muxalifet2 - 30-10-2020

  6. Erməni hərbçilər silah-sursatı toplayıb, qaçırlar - MTX TƏSDİQLƏDİ

    Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşları ölkənin Sisian rayonu ərazisində hərbçinin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobildə silah-sursat aşkar ediblər.

    “Novosti Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

    Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də, silah-sursatın "avtomobilinə atıldığını" bildirib.

    Hazırda araşdırma aparılır.

    Muxalifet2 - 30-10-2020

  7. Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşür...

    İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

    “Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan feysbuk səhifəsində bildirib.

    Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilir.

    Xatırladaq ki, daha əvvəl Ermənistan XİN başçısının ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü keçirilmişdi.

    Muxalifet2 - 30-10-2020

  8. TÜRKİYƏDƏ 6,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ - 15 nəfər ölüb, 475 nəfərdən çox yaralı var / YENİLƏNİB - 2

    Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 15 nəfər həlak olub, daha 475 nəfər xəsarət alıb.

    Bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

    "Ölənlərin sayı 15 nəfərə yüksəldi. 475 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.

    ***

    İzmirdə zəlzələ nəticəsində daha 2 nəfərin öldüyü məlum olub.

    “CNN Türk” xəbər verir ki, yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.

    Məlumata görə, yaralıların sayı isə 202-yə çatıb.

    ***

    Muxalifet2 - 30-10-2020

  9. Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO

    Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə məhv edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 30-10-2020

  10. Ermənistan döyüşə dustaqları göndərir - RƏSMİ

    Hərc-mərclik, kütləvi fərarilik, habelə hərbçi çatışmazlığı üzündən Ermənistan hökuməti son ümidini dustaqlara bağlayaraq onları həbsxanalardan çıxarıb cəbhə xəttinə göndərir.

    “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məsələyə dair bildirib:

    Muxalifet2 - 30-10-2020

  11. Paşinyan razılıq verdi: Ter-Petrosyan və Köçəryan Moskvaya uçurlar

    Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfərinə icazə verib.

    Virtualqa.org bildirir ki, bubu jurnalistlərə Nikol Paşinyanın mətbuat katibi Mane Gorgian deyib.

    Muxalifet2 - 30-10-2020

  12. Ermənistanın keşişləri müharibəyə cəlb etdiyi bir daha təsdiqləndi

    Ermənistan bir daha təsdiq etdi ki, Qarabağ müharibəsində erməni keşişləri iştirak edirlər.

    Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Hovanisyan bu gün açıqlamasında bildirib ki, döyüşlərdə iki keşiş Qazaryan və Nərsisyan aktiv şəkilədə iştirak edib:

    "Dünən gecə döyüşlər baş verib. Keşişlərimiz Qazaryan və Nərsisyan dünən gecə əsgərlərimiz üçün tanrıya dua edib və döyüşlərdə iştirak edib".

    O, döyüşlərdə işitrak edən keşişlərin fotolarını da yayıb.

    Muxalifet2 - 30-10-2020

  13. Köçəryan Moskvaya getməyəcək - KEÇMİŞ PREZİDENTDƏ KORONAVİRUS AŞKARLANDI

    Bir az əvvəl Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorgyana istinadən bildirmişdik ki, hökumət başçısı Nikol Paşinyan Ermənistanın keçmiş iki prezidenti -  Levon Ter-Petrosyan və Robert Köçəryana Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı Rusiya siyasi elitası ilə danışıqlar aparmaq üçün mandat verib.

    Muxalifet2 - 30-10-2020

  14. Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

    Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.

    Muxalifet.az bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    Muxalifet2 - 30-10-2020

  15. AZƏRBAYCAN ORDUSUNDAN DÜŞMƏNƏ NÖVBƏTİ SARSIDICI ZƏRBƏ - Xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib

    Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

    Muxalifet2 - 31-10-2020

  16. Ermənilərin məhv edilən və sıradan çıxarılan döyüş texnikası - SİYAHI

    Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd 

    Muxalifet2 - 31-10-2020

  17. Koronavirusdan sağalan milyarder insanlara pul paylamağa qərar verdi

    Meksika milyarderi, adı "Forbes"in siyahısına düşmüş Rikardo Salinas Plieqo koronavirusdan sağaldıqdan sonra öz bankının müştərilərinə 1 milyon peso (46,6 min ABŞ dolları-red) paylamağa söz verib.

    Bu barədə biznesmen özünün "Twitter"dəki öz səhifəsində yazıb.

    Salinas bildirib ki, uzun müddət infeksiyadan müalicə olunub, koronavirusla bağlı son analizi mənfi olub. O, bundan sonra öz bankı “Aztec”in xidmətlərdən istifadə edən insanlara pul paylamağa qərar verib.

    Muxalifet2 - 31-10-2020

  18. "ONLARDAN BİRİ PKK-çı, O BİRİ SURİYA ERMƏNİSİDİR" - Hikmət Hacıyev

    "30 oktyabrda Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair videokadr yayılmışdır.

    Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır".

    Muxalifet2 - 31-10-2020

  19. 85 yaşlı əsir Ermənistanda işgəncələrə məruz qalaraq ifadə verib - RƏSMİ

    “Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Evgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur”.

    Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Muxalifet2 - 31-10-2020

  20. Azərbaycan ordusunun işğaldan azad etdiyi 185 məntəqə interaktiv xəritədə - VİDEO

    Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritə növbəti dəfə yenilənib. 

    Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən dörd şəhər, üç qəsəbə, 185 kənd və Murovdağ zirvəsi qeyd olunub. 

    Xəritədə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

    Muxalifet2 - 31-10-2020

Pages