Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşür...
30-10-2020 17:25
Baxış sayı:
1006

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan feysbuk səhifəsində bildirib.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilir.
Xatırladaq ki, daha əvvəl Ermənistan XİN başçısının ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü keçirilmişdi.