İran Azərbaycanla sərhədə HHM sistemləri yerləşdirir - General Musəvi

Baxış sayı:
16302

İranın Xatəmül-Ənbiya Hava Müdafiə Bazasının komandanı ölkənin şimal-qərbində yeni havadan müdafiə sistemlərinin yerləşdirildiyini bildirib. 

General-Mayor Seyid Əbdülrəhim Musəvi ölkənin havadan müdafiə bazasının hazırlıq vəziyyətini yoxlayarkən sistemlərin gücləndirildiyini bildirərək deyib ki, lazım olduğu təqdirdə bu sistemlərə əlavələr ediləcək.

Xatırladaq ki, İranın hərbi və siyasi rəsmiləri Azərbaycan və Ermənistan qüvvələri arasında hərbi toqquşmlar əsnasında İslam Respublikası ərazisinə mərmilər düşdüyünü bildiriblər.

Ölkələrin ərazi bütövlüyünə hörmət etdiklərini ifadə edən Musəvi, bölgə ölkələrinin rəsmi sərhədlərinin dəyişikliyinə dözməyəcəklərini və buna qarşı çıxacaqlarını bildirib.
Seyid Əbdülrəhim Musəvi 2017-ci ildən bəri İran İslam Respublikası Ordusunun Baş Komandanı vəzifəsində çalışır.

Bir neçə gün öncə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mexaniki briqadası Azərbaycan və Ermənistanla sərhəd ərazilərə yerləşdirilib./Azpolitika.info