Axtarış

The search found 105715 results in 0.076 seconds.

Search results

  1. Putin Makronla Qarabağı müzakirə etdi

    Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

    "RİA Novosti" bildirir ki, liderlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

    Rusiyalı lider həmkarına Dağlıq Qarabağda münaqişənin daha da qızışmasının qarşısının alınması və problemin həlli üçün danışıqların bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.

    Muxalifet2 - 20-10-2020

  2. "QƏLBİMİZ AZƏRBAYCANLA DÖYÜNÜR" - Kamal Kılıçdaroğlu İlham Əliyevə məktub göndərib

    Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

    "Report"un məlumatına görə, mətndə deyilir:

    "Hörmətli cənab Prezident,

    Sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumları ilə başlayan, işğal altındakı ərazilərinizin azad edilməsinə yönələn hərbi əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirəm.

    Muxalifet2 - 20-10-2020

  3. ERMƏNİSTAN ORDUSU DARMADAĞIN EDİLİR! - Xeyli canlı qüvvəsi və texnikası məhv edildi / VİDEOLAR

    Ermənistana məxsus xeyli sayda zirehli texnika və hərbçi məhv edilib.

    Bununla bağlı müvafiq görüntüləri təqdim edirik:

     

    Muxalifet2 - 20-10-2020

  4. "Azərbaycana bütün imkanlarımızla dəstək verdik, verəcəyik" - ƏRDOĞAN

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qarabağ məsələsində Azərbaycana dəstəyini ifadə edib.

    Publika.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

    “Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək mübarizəsinə bütün qəlbimizlə və imkanlarımızla dəstək verdik, verəcəyik”, - deyə Türkiyə Prezidenti bildirib.

    Muxalifet2 - 20-10-2020

  5. UEFA AZƏRBAYCANA QADAĞA QOYDU - Ölkəmizdə heç bir oyun keçirilməyəcək

    Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.
     
    Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.
     
    Qurum Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar bu addımı atıb. Hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamaması qərara alınıb.
     

    Muxalifet2 - 20-10-2020

  6. ERMƏNİLƏR QUBADLINI DA TƏRK EDİR! - Düşmənin tabor komandiri və şəxsi heyəti məhv edildi

    Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 21-10-2020

  7. ABŞ-ın Minsk Qrupundakı fəaliyyəti müzakirə olunub

    ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik Con Batchelor Şou radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb.

    Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

    Muxalifet2 - 21-10-2020

  8. Qara dənizdə Ukraynaya məxsus iki hərbi baza tikiləcək - ZELENSKİ AÇIQLADI

    "Qara dəniz hövzəsinin təhlükəsizliyini qorumaq üçün dənizdə iki hərbi bazanın inşasına başlayırıq".

    TASS xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

    Prezident, həmçinin, əlavə edib ki, “Getman Sagaydachni” kimi hərbi gəmilərin yenilənməsi davam etdirilir: “Bununla yanaşı, “Kentavr” sürətli enmə qayıqları hazırlanır və yeni gəmi əleyhinə “Neptun” raketi istifadəyə verilib”.

    Muxalifet2 - 21-10-2020

  9. “Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər” - PUSİYALI POLİTOLOQ

    “Bu gün (20 oktyabr-red.) Azərbaycan Ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib”.

    Bunları rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan Ordusunun Zəngilan şəhərini və bir sıra kəndləri işğaldan azad etməsi ilə bağlı çıxışında deyib.

    Muxalifet2 - 21-10-2020

  10. ​“Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin etdi

    “Nar”  Gəncədə yaşayan abunəçilərini ödənişsiz danışıq dəqiqələri ilə təmin edib. Doğmaları ilə rahatlıqla ünsiyyət qura bilmələri üçün Gəncədə yaşayan bütün “Nar” abunəçilərinin balansına mobil operator tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.
     

    Muxalifet2 - 21-10-2020

  11. Baş Prokurorluq muzdlu kimi döyüşən xarici vətəndaşlara müxtəlif dillərdə müraciət etdi - VİDEO

    Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları, eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

    Muxalifet2 - 21-10-2020

  12. DİN-in İDARƏ RƏİSİ VƏFAT ETDİ - General-mayorun ölüm səbəbi...

    Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinski vəfat edib.

    Nazirlikdən "Report"a bildirilib ki, o, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Məlumata görə, E.Şəkinski xəstəlikdən əziyyət çəkirmiş.

    Muxalifet2 - 21-10-2020

  13. Ceyhun Bayramov yenə Moskvaya getdi - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Muxalifet2 - 21-10-2020

  14. ​DÜŞMƏNİN DAHA 4 ZABİTİ MƏHV EDİLDİ – Aralarında hərbi hissə komandiri də var

    Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib.
    “Novosti Armeniya” xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.
    Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan./report
     

    Muxalifet2 - 21-10-2020

  15. Cəbrayılın işğaldan azad olunan Çərəkən kəndinin görüntüləri - VIDEO

    Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin görüntülərini yayıb.

    Muxalifet.az görüntüləri təqdim edir.

    Muxalifet2 - 21-10-2020

  16. Ermənilərin 400 nəfərlik taboru sıradan çıxarıldı - MÜDAFİƏ NAZİRLİYİ AÇIQLADI

    Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

    Muxalifet2 - 21-10-2020

  17. Erməni nazir də Moskvaya çağırıldı - CEYHUN BAYRAMOVLA NÖVBƏTİ GÖRÜŞ OLACAQ?

    Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli səfərə gedib.  

    “RİA Novosti” xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

    Qeyd edək ki, daha əvvəl yayılan məlumata əsasən, Zöhrab Mnatsakanyan oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək.

    Muxalifet2 - 21-10-2020

  18. “ABŞ Azərbaycanı dəstəkləməlidir” - Nüfuzlu “Newsweek” dərgisindən Vaşinqtona çağırış

    Azərbaycanla Ermənistan arasında davam edən müharibə beynəlxalq medianın diqqət ayırdığı əsas mövzulardan biridir. Dəmək olar, hər gün nüfuzlu nəşrlərin manşetində bu barədə informasiyalar, şərhlər yer alır.

    ABŞ-ın nüfuzlu “Newsweek” dərgisində Ceyson Epsteyn və İrina Tsukerman ABŞ-ın qərbyönlü Azərbaycanı dəstəkləməli olduğunu yazırlar.

    Muxalifet2 - 21-10-2020

  19. ERMƏNİSTANDA DAXİLİ MÜHARİBƏ DƏ ALOVLANIR! – Keçmiş MTX rəisi həbs edilib

    Azərbaycan Ordusunun cəbhədə ard-arda uğurlar qazanması, düşmənin saysız-hesabsız canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsi Ermənistanda daxili çaxnaşmaları dərinləşdirir. Siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar, inamsızlıq ölkənin gündəlik ictimai-siyasi həyatının əsas hissəsini təşkil edir.

    Muxalifet2 - 21-10-2020

  20. "PAŞİNYANIN NÖVBƏTİ ADDIMI QAÇMAQ OLACAQ" - “Dağlıq Qarabağın da işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir"

    “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil”. Bunu erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov deyib
     
    “Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı təqdirdə mümkün olacaq. Bu isə yalnız Ermənistan ordusu Bakıya daxil olduğu halda baş verə bilər. O da heç vaxt olmayacaq! Ermənilərin buna nə gücləri, nə də imkanları var. Odur ki, İrəvan, hər halda, kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır”, - deyə o qeyd edib.
     

    Muxalifet2 - 21-10-2020

Pages