Axtarış

The search found 105715 results in 0.053 seconds.

Search results

  1. Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - BAŞ PROKURORLUQDAN AÇIQLAMA

    "Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

    Muxalifet2 - 17-10-2020

  2. Dağıntılar altından daha bir nəfərin meyiti tapıldı - ÖLƏNLƏRİN SAYI 13 NƏFƏRƏ ÇATDI

    Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

    Məlumata görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

    Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.
     

    Muxalifet2 - 17-10-2020

  3. QOŞUNLARIMIZ CƏBHƏDƏ YENİ MÖVQELƏR ƏLDƏ EDİB - Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib

    Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

    Müdafiə Nazirliyindən bildirilib ki, qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

    Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.

    Muxalifet2 - 17-10-2020

  4. Prezident İlham Əliyev xalqa müraciət edəcək

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edəcək.

    Muxalifet.az xəbər verir ki, dövlət başçısının müraciəti AzTV ilə yayımlanacaq.

    Muxalifet2 - 17-10-2020

  5. Xilasedicilər Gəncədə dağıntılar altından 52 yaralı və 13 meyit çıxarıb - FOTOLAR

    Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

    Muxalifet2 - 17-10-2020

  6. ​“ERMƏNİSTANIN BU ŞƏRƏFSİZ ƏMƏLİNİ ŞİDDƏTLƏ QINAYIRIQ” – İTC Millət Şurası bəyanat yaydı

    İrəvan Türk Cümhuriyyəti Millət Şurası düşmənin yenidən Gəncəni atəşə tutması ilə bağlı bəyanat yayıb. Muxalifet.az həmin bəyanatı olduğu kimi təqdim edir:

    Muxalifet2 - 17-10-2020

  7. "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!" - İLHAM ƏLİYEV

    “Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur. Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik”.

     Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

    Muxalifet2 - 17-10-2020

  8. "Erməni vəhşiliyi qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir" - MÖVLUD ÇAVUŞOĞLU

    "Ermənistan müharibə cinayətləri və mülki şəxsləri öldürməyə davam edir". 

    Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında yazıb. 

    "Ermənistan uşaq böyük demədən günahsız insanları öldürür, bu vəhşiliyə qarşı susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar  işlədikləri günahlara görə cavab verəcəklər. Can Azərbaycanın  hər zaman  yanındayıq", - deyə Türkiyə XİN başçısı bildirib./apa

    Muxalifet2 - 17-10-2020

  9. FÜZULİ ŞƏHƏRİ və DAHA 7 KƏND İŞĞALDAN AZAD OLUNDU! - Prezident ordumuzun yeni zəfərlərini açıqladı / VİDEO

    Müzəffər Azərbaycan Ordusu Füzuli şəhəri və daha bir neçə kəndi işğaldan azad edib.

    Prezident İlham Əliyev bu dəqiqələrdə xalqa müraciətində bunu elan edib.

    Füzuli şəhəri ilə yanaşı işğaldan azad olunan kəndlər bunlardır: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub.

    Muxalifet2 - 17-10-2020

  10. DÜŞMƏNİN BU GECƏ MƏHV EDİLƏN DÖYÜŞ TEXNİKASI - 7 tank, 2 “Qrad”, 10 sursat maşını...

    Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.

    Muxalifet2 - 17-10-2020

  11. Gəncəyə raket atılması ilə bağlı cinayət işi başlanıldı

    Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olmuş, onlarla şəxs şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

    Muxalifet2 - 17-10-2020

  12. "Rusiya və İran gizlində olan əllərini geri çəkməlidirlər" - Təbriz Musayevdən AÇIQLAMA

    Rusiya təcili olaraq Ermənistana Gəncə şəhərini poliqona çevirməyi ilə bağlı xəbərdarlıq etməlidir.

    Muxalifet3 - 17-10-2020

  13. Sabah 15 yaşı olacaqdı, dağıntılar altında qaldı...

    “Ermənistanın Gəncəyə etdiyi SCUD raket hücumu nəticəsində dağıntılar arasında yeniyetmə Nigar Əsgərovaya aid şəxsiyyət vəsiqəsi tapılıb”.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

    “Sabah - 18 oktyabrda onun ad günüdür”, - o əlavə edib./report

    Muxalifet2 - 17-10-2020

  14. Gəncəyə raket atəşi nəticəsində daha bir məktəb dağılıb

    Gəncəyə erməni atəşi nəticəsində şəhər 29 nömrəli məktəbi ciddi dağıntılara məruz qalıb.

    "Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "facebook" hesabında məlumat yayıb.

    Muxalifet2 - 17-10-2020

  15. "Ermənistan ordusu çox böyük çarəsizlik içindədir..." -TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ

    “Cəbhə xəttində Qəhrəman Azərbaycan Ordusunun önündən qaçan Ermənistan bir daha namərdcə və qorxaqca Gəncədə yaşayış məntəqəsini raketlə vurdu”.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində yazılıb.

    “Qardaş Azərbaycan bu alçaqlğa cavabı cəbhədə verir. Ermənistan ordusu çox böyük çarəsizlik içindədir və hər gün yeni bir insanlıq cinayəti törədirlər. Bu qətliamlara baxmayaraq, susanlar da tarixin ləkəli səhifələrində yerini alacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyirik”, - qeyd olunub.

    Muxalifet2 - 17-10-2020

  16. "ERMƏNİSTAN BU QƏTLİAMLARIN BƏDƏLİNİ ÖDƏYƏCƏK!" - Ərdoğanın sözçüsü

    “Ermənistanın təcavüzünə səssiz qalanlar və onları cəsarətləndirənlər hərbi cinayətə ortaqdırlar”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tvitterdə yazıb.

    “Ermənistan və havadarları bu qətliamların bədəlini ödəyəcəklər”, - o qeyd edib.

    Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın qeyd edib ki, kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır

    Muxalifet2 - 17-10-2020

  17. Prezident düşmənin məhv edilmiş texnikasının sayını açıqladı - "Bu qədər silah Ermənistanda hardandır " / VİDEO

    "Bu günlər ərzində Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulub". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

    Muxalifet2 - 17-10-2020

  18. 50 siyasi partiya beynəlxalq təşkilatlara müraciət etdi - TAM MƏTN / SİYAHI

    Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə

    Muxalifet2 - 17-10-2020

  19. Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi - RƏSMİ AÇIQLAMA

    Oktyabrın 17-si saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 17-10-2020

  20. Almaniyalı jurnalist Gəncədəki terrordan yazdı

    “Ermənistan Gəncəyə qarşı təcavüzə haqq qazandırır”.

    “Report” xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke "Twitter"dəki hesabında yazıb.

    Muxalifet2 - 17-10-2020

Pages