Axtarış

The search found 105715 results in 0.093 seconds.

Search results

  1. ERMƏNİLƏR DÖYÜŞ TEXNİKALARINI QOYUB QAÇIR - VİDEO

    Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan qaçmasını əks etdirən görüntülər yayılıb.

    Videodan aydın olur ki, Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı düşmənin canına qorxu salıb.

    İşğalçı ölkənin hərbçilərinin öz döyüş texnikalarını qoyub qaçmasının görüntülərini təqdim edirik:

    Muxalifet4 - 13-10-2020

  2. BU GECƏ DÜŞMƏNİN XEYLİ HƏRBİ TEXNİKASI MƏHV EDİLDİ - SİYAHI

    Oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və müxtəlif növ hərbi texnikası məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

    Muxalifet4 - 13-10-2020

  3. “Türkiyəsiz heç bir danışıq ola bilməz…” - 11 SİYASİ PARTİYA BƏYANAT YAYDI

    Sentyabr 27-də Ermənistanın növbəti silahlı təcavüz aktı ilə başlamış Qarabağ müharibəsində humanitar atəşkəs haqqında 09 sentyabr 2020-ci il tarixli Moskva sazişindən sonra çoxlu sayda   üzv və təəssübkeşlərimiz   müraciətlərində Azərbaycanın haql

    Muxalifet4 - 13-10-2020

  4. “Avropadakı hərbçilərin Vətənə qayıtmasına icazə verin...” – TANINMIŞ ÇEÇEN AĞSAQQALLARI AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

    “Azərbaycanın ərazisində Ermənistanın işğalçı ordusunun heç bir üzvü qalmamalıdır”

    Muxalifet4 - 13-10-2020

  5. Kriştianu Ronaldu koronavirusa yoluxdu

    İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirusa yoluxub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.

    Beləliklə, Ronaldu sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

    Qeyd edək ki, Kriştianu Ronaldu A Seriyasının növbəti turunda "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Ukrayna "Dinamo"su (Kiyev) ilə görüşdə iştirak edə bilməyəcək.

    Muxalifet2 - 13-10-2020

  6. "MİNSK QRUPU TƏCİLİ TOPLANMALIDIR..." - "Artıq addımlar atılmalıdır"

    “Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üçün konkret bir addım atmadığını qeyd etmişik”.

    Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

    Mövlud Çavuşoğlu deyib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır. 

    “Minsk qrupu olaraq iclas keçirməyimiz faydalı olar. Bu təklifimizi bu gün gündəmə gətirdik. Minsk qrupu həmsədrləri də bu günədək nə işlər görüblərsə, bununla bağlı hesabat hazırlamalıdırlar. Artıq addımlar atılmalıdır”, - nazir vurğulayıb.

    Muxalifet2 - 13-10-2020

  7. Türk iş adamı Azərbaycan Ordusuna ianə etdi – “Ümid edirəm digər şirkətlər də qoşular” / FOTO

    Türkiyənin məşhur quşçuluq şirkətlərindən olan “Orallar” Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min TL yatırıb.

    Şirkətin sahiblərindən biri Ömür Oralın “AzPolitika”-ya verdiyi məlumata görə, onlar azərbaycanlı iş adamı Mürvət Həsənlinin çağırışı ilə bu kampaniyaya qoşulublar və digər yaxın Türk şirkətlərini də bu işə cəlb etməyə çalışacaqlar.

    Muxalifet2 - 13-10-2020

  8. İşğaldan azad edilən Hadrutun görüntüləri - VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin videogörüntüsünü yayıb.

    Muxalifet/az həmin videogörüntünü təqdim edir.

    Qeyd edək ki, Hadrut qəsəbəsi Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 9-da işğaldan azad olunub.

    Muxalifet2 - 13-10-2020

  9. Солдат Мамедов уничтожил 7 танков, БМП и автомобиль противника - ФОТО

    Министерство обороны Азербайджана распространило информацию о проявленном героизме солдата Хунара Мамедова.

    Согласно информации, Хунар Мамедов вместе со своими сослуживцами Эльвином Мадатовым и Руфатом Асадуллаевым в боях за освобождение территорий Азербайджана от оккупации уничтожил 7 танков, одну БМП, автомобиль с боеприпасами, а также два наблюдательных пункта противника.

    «Да здравствуют наши героические бойцы!», - говорится в сообщении Минобороны.

    Muxalifet2 - 13-10-2020

  10. DÜŞMƏNİN RAKET KOMPLEKSLƏRİ MƏHV EDİLİB - Rəsmi açıqlama

    Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən  Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.
    Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib.

    Muxalifet2 - 14-10-2020

  11. Ermənilər yaşayış məntəqələrimiz atəşə tutmaqdadır - DÜŞMƏNİN YENİ TEXNİKALARI SIRADAN ÇIXARILIB

    Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
    Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

    Muxalifet2 - 14-10-2020

  12. BU SƏHƏR DÜŞMƏNƏ SARSIDICI ZƏRBƏ ENDİRİLİB - Növbəti ballistik raket kompleksi məhv edilib

    Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib. 

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib. 

    Muxalifet2 - 14-10-2020

  13. Tərtər istiqamətində aktiv döyüş əməliyyatları davam edir

    Oktyabrın 14-də səhər 7-dən başlayaraq Tərtər istiqamətində döyüşlər yenidən aktiv fazaya keçib. Gecə boyu ara-sıra eşidilən atəş səsləri artıq ara vermir. Birbaşa hərbi əməliyyatların getdiyi əraziyə yaxın yerləşən “Yeni Müsavat”ın Reportyor Qrupu xəbər verir ki, Azərbaycan Ordusu düşməni atəş nöqtələrini, canlı qüvvələrini zərərsizləşdirmək üçün tədbirlər görür. Tərtər rayonu Dağlıq Qarabağla biləvasitə sərhəddə yerləşir.

    Muxalifet2 - 14-10-2020

  14. Ermənilər tərəfindən AzTV-nin maşını atəşə tutulub - BİR NƏFƏR ÖLÜB

    Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu atəşə tutulub.

    APA-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Dövlət Televiziyasının maşını da atəşə məruz qalıb.

    Nəticədə sürücü Qəmbərov Namiq Malik oğlu yaralanıb, AzTV-nin avtomobili yararsız vəziyyətə düşüb. 

    Muxalifet2 - 14-10-2020

  15. “Su-25 təyyarəmiz vurulmayıb” - Azərbaycan MN

    Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb. 

    Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

    Muxalifet2 - 14-10-2020

  16. Avstraliyadakı soydaşlarımız ölkənin təhlükəsizlik orqanlarına müraciət edib

    Avstraliyada yaşayan soydaşlarımız ölkənin təhlükəsizlik orqanlarına müraciət edib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan-Avstraliya Assosiyasının (AAA) prezidenti Mikayıl Oytanın imzası ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunub.

    Muxalifet2 - 14-10-2020

  17. "Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir" - HİKMƏT HACIYEV

    "Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir".

    Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

    O bildirib ki, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir.

    "Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.

    Muxalifet2 - 14-10-2020

  18. İsveçin nüfuzlu “Aftonbladet” qəzeti Ermənistanın işğalından yazdı

    İsveç mediasında erməni mövqeyini əks etdirən məqalələrin çap edilməsi, İsveçdə yaşayan azərbaycanlıların qəzəbinə səbəb olub.
     

    Muxalifet2 - 14-10-2020

  19. Azərbaycan Ordusu daha 8 kəndi işğaldan azad etdi - PREZİDENTDƏN AÇIQLAMA

    "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

    Muxalifet2 - 14-10-2020

  20. Paşinyan geri çəkildiklərini etiraf etdi - "BÖYÜK SAYDA İTKİLƏRİMİZ VAR..."

    Ermənistanın Baş naziri cəbhədəki vəziyyətlə bağlı ermənilərə növbəti isterik müraciət ünvanlayıb.

    “AzPolitika.info” xəbər verir ki, Paşinyan müraciətində Ermənistan ordusunun çoxsaylı itkilərini və geri çəkilməsini etiraf edib: “Bu müddət ərzində böyük sayda itki verdik. Hazırda itkilərimizin sayı böyükdür”. Onun sözlərinə görə, Ermənistan qoşunları şimal və cənub istiqamətində geri çəkiliblər.

    Muxalifet2 - 14-10-2020

Pages