Axtarış
The search found 105715 results in 0.06 seconds.
Search results
“Bu, ermənilərə əlavə güc toplamaq üçün vaxt verməkdir” – SƏRDAR CƏLALOĞLU ATƏŞKƏS HAQDA
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Rusiya prezidenti Vladimir Putinin əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə Azərbaycan və Ermənistana Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı müraciəti, xarici işlər nazirlərinin Moskva görüşü, Nikol Paşinyanın Fransanın “Tv5 Monde” telekanalında çıxışı zamanı Emmanuel Makrondan Qarabağın müstəqilliyinin tanınmasını gözləməsi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
Muxalifet2 - 10-10-2020
Ermənistana silah daşıyan mülki maşın Gürcüstan sərhədində saxlanıldı - FOTO
Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb.
Virtualaz.org bildirir ki, hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.
Muxalifet2 - 10-10-2020
“Qarabağ müstəqil ölkə kimi öz taleyini həll edəcək” - ERMƏNİSTANIN XİN RƏHBƏRİNDƏN SƏRSƏM AÇIQLAMA
“Bizim üçün onların (Qarabağın) öz müqəddəratını təyin etmək hüququnun tanınması və onun həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir, bu, onların öz müqəddəratını təyin etmək hüququnu həyata keçirməsinə gətirib çıxaracaq və onların azad yaşamalı və hamı tərəfindən tanınmış müstəqil ölkə kimi öz taleyini həll etməli olması reallığını təmin edəcək”.
Bu barədə Moskvadakı danışıqlar başa çatdıqdan sonra bu ölkənin XİN başçısı Zograb Mnatsakanyan Ermənistan İctimai Televiziyasına bildirib.Muxalifet2 - 10-10-2020
Azərbaycanda daha 233 nəfər koronavirusa yoluxdu - 3 NƏFƏR DƏ ÖLDÜ
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, daha 106 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Muxalifet2 - 10-10-2020
Düşmənin zenit-raket kompleksləri məhv edilib - RƏSMİ AÇIQLAMA
Düşmənin döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 10-10-2020
DÜŞMƏNİN DAHA 38 HƏRBÇİSİ MƏHV EDİLDİ - “Ermənilər itki verərək qaçmağa məcbur edilib”-
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.
Muxalifet2 - 10-10-2020
“Federasiyanın fəaliyyət fəlsəfəsi vətənə, millətə sevgi üzərində qurulub” – ORXAN ƏLİYEV
“Son 30 ildə dünya birliyi Ermənistanın təcavüzkar siyasətinə göz yumurdu”. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev deyib.
Muxalifet2 - 10-10-2020
Humanitar yardım adı altında Ermənistana raket sistemləri daşınır - PREZİDENTİN KÖMƏKÇİSİNDƏN AÇIQLAMA
Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - deyə Hikmət Hacıyev bildirib.
Muxalifet2 - 10-10-2020
Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi
Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.
A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə “Döyüş xaçı” ilə “təltif edilib”.
Muxalifet2 - 10-10-2020
Düşmən Tərtər şəhərini atəşə tutur
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 10-10-2020
Ermənilərin muzdlu təbliğatçısı Azərbaycan ordusunun Hadruta girdiyini təsdiqləməyə məcbur oldu - VƏ ARSURUN KOMİK DURUMA DÜŞDÜ
Qarabağda artıq 14-cü gündür davam edən (bu gün saat 12.00-dən qüvvəyə minməli olan humanitar xarakterli atəşkəs hələ də düşmən tərəfdən pozulmaqdadır və ordumuz istənilən belə cəhdə dərhal adekvat cavab verir,-müəl.) müharibə öz miqyası və Azərbaycan ordusunun tətbiq etdiyi silahlar, habelə müasir döyüş taktikası baxımından dünyanı təəcübləndirməkdədir. Lakin bu müharibədə təəcübləndirən həm də erməni təbliğatının misli görünməmiş həyasızlığa söykənən işi oldu.
Muxalifet2 - 10-10-2020
Azərbaycan Qarabağda Rusiya sülhməramlılarının yerləşməsinə razılıq verməyib
Azərbaycan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşməsinə razılıq verməyib. Day.Az xəbər verir ki, bu barədə özünün Twitter səhifəsində "Heritage Foundation" Beynəlxalq Siyasət mərkəzinin rəhbəri Lük Koffi yazıb.
Onun sözlərinə görə, belə bir təkliflə Moskva görüşü zamanı Ermənistan tərəfi çıxış edib. Bu zaman Rusiya təklifi dəstəkləyib. Lakin Azərbaycan ona razılıq verməyib. Azərbaycan tərəfi bildirib ki, ATƏT-in həmsədr ölkələrindən (Rusiya, ABŞ və Fransa) heç biri, heç vaxt Dağlıq Qarabağda sülhməramlı rolunda olmamalıdır.
Muxalifet2 - 10-10-2020
DÜŞMƏN GƏNCƏNİ RAKET ATƏŞİNƏ TUTUB - Sakinlər arasında ölənlər və yaralananlar var / Yenilənib - 3
Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Bu barədə Ombudsman Aparatından bildirilib.
Muxalifet2 - 11-10-2020
Mingəçevirə atılan raketlər göydə zərərsizləşdirildi - RƏSMİ AÇIQLAMA
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.
Muxalifet2 - 11-10-2020
Düşmənin hücum cəhdlərinin qarşısı alınıb - XEYLİ CANLI QÜVVƏSİ MƏHV EDİLİB
Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Muxalifet2 - 11-10-2020
Ermənilərin Mingəçevir istiqamətində uçan PUA-sı məhv edilib
Bu gün səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Muxalifet2 - 11-10-2020
Ermənistan humanitar yardım adı altında “Smerç” raketləri alıb - PREZİDENTİN KÖMƏKÇİSİ
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.
Hikmət Hacıyev yazıb: "Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın".
Muxalifet2 - 11-10-2020
Düşmənin qüvvə və vasitələri məhv edilib - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Muxalifet2 - 11-10-2020
Gəncədə ölənlərin sayı 7-yə çatdı, 30-dan çox ağır yaralı var - HİKMƏT HACIYEV AÇIQLADI
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 30-dan çox dinc sakin ağır yaralıdır. Bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter-hesabında bildirib.
“Gecə yarısı Gəncə Ermənistan tərəfdən atəşə tutulub. 3 yaşayış binası dağılıb. Bu vaxta qədər qurbanların sayının 7-dən çox olduğu məlumdur, onlardan biri qadındır. 33 dinc sakin ağır yaralanıb, onların arasında azyaşlılar da var”,-Hikmət Hacıyev bildirib.
Muxalifet2 - 11-10-2020
"Ermənistanı dayandırmaq lazımdır” - PREZİDENTİN KÖMƏKÇİSİ
"Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir".
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.
Muxalifet2 - 11-10-2020