Axtarış
The search found 105715 results in 0.029 seconds.
Search results
Makron yenidən Əliyevə zəng edib - RƏSMİ AÇIQLAMA
Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.
Muxalifet2 - 9-10-2020
Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başladı
Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edirlər.
Görüşün yalnız 30 saniyəlik protokol hissəsi mətbuata açıq olub.
Muxalifet2 - 9-10-2020
Hadrut qəsəbəsi və daha səkkiz kənd azad olundu - PREZİDENT AÇIQLADI / VİDEO
Az əvvəl Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev xalqa növbəti müraciətlə çıxış edib və ordumuzun işğal edilmiş ərazilərin daha bir qismini azad etdiyini bildirib. İlham Əliyev elan edib ki, ordumuz Hadrut qəsəbəsini və cənub istiqamətində daha 8 kəndi azad edib.
İşğaldan azad edilən kəndlərin siyahısı: Çaylı kəndi, Yuxarı Güzdək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edilib.
Prezidentin xalqa müraciətinin tam mətni daha sonra təqdim ediləcək.
Muxalifet2 - 9-10-2020
Putin Təhlükəsizlik Şurasını topladı - ƏSAS MÖVZU QARABAĞ OLUB
Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə Dağlıq Qarabağdakı vəziyyəti, eləcə də ölkənin Uzaq Şərq və Cənub-Şərqi Asiyada maraqlarının təminini müzakirə edib.
Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.
"Sərhədlərimizin yaxınlığında, o cümlədən Cənubi Qafqazda baş verən vəziyyəti müzakirə edək", - deyə dövlət başçısı TŞ üzvləri ilə operativ müşavirəni açaraq bildirib.
Muxalifet2 - 9-10-2020
"Kimin dabanlarını yalayırsansa yala, heç kim bizə təsir edə bilməz" - İlham Əliyevdən Paşinyana mesaj
“Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən, yalvarırsansansa yalvar. Kimin ayağının altına yıxılırsansa, yıxıl. Kimin dabanlarını yalayırsansa, yala. Heç kim bizə təsir edə bilməz”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma yenə də işğalçıya, bəlkə də, sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan”, - ölkə başçısı əlavə edib.
Muxalifet2 - 9-10-2020
"İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan" - PREZİDENT
"Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? Biz indi onun yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ Ermənistan heç vaxt olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir".
APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib.
Muxalifet2 - 9-10-2020
Qırğızıstanın sabiq prezidentinə sui-qəsd olub
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev sui-qəsdə məruz qalıb.
Bu barədə onun müşaviri, Sosial Demokrat Partiyasının sözçüsü Kündız Joldubayeva “Facebook” səhifəsindən xəbər verərək sabiq dövlət başçısının avtomobilinin gülləbaran edildiyini, lakin xəsarət almadığını bildirib.
Muxalifet2 - 9-10-2020
Düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları məhv edildi - VİDEO
Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin görüntülərini yayıb.
Muxalifet.az Nazirliyin Mətbuat Xidmətinə istinadən həmin görüntüləri təqdim edir.
Muxalifet2 - 9-10-2020
Prezident İlham Əliyevin xalqa müraciəti - TAM MƏTN
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Muxalifet.az APA-ya istinadən dövlət başçısının müraciətini təqdim edir.
Prezident İlham Əliyevin xalqa
MÜRACİƏTİ
Əziz həmvətənlər.
Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Muxalifet2 - 9-10-2020
Humanitar yardım adı altında Ermənistana silahlar daşınır
Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu dövlətə aid təyyarələrlə Ermənistana silahların daşınması həyata keçirilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə olunur.
Muxalifet2 - 9-10-2020
Qoşulmama Hərəkatına üzv dövlətlərdən Azərbaycana dəstək - BƏYANAT
Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş nazirlər səviyyəsində görüşü xüsusi bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər:
Muxalifet2 - 9-10-2020
AZƏRBAYCAN ORDUSUNUN NÖVBƏTİ UĞURU! - Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib
Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Muxalifet2 - 10-10-2020
Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur
Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutur.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür", - nazirlikdən bildirilib.
Muxalifet2 - 10-10-2020
Ermənilərin ağır döyüş texnikaları məhv edilir - VİDEO
Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Muxalifet2 - 10-10-2020
Azərbaycan Rusiyanın təklifini qəbul etdi - BU GÜNDƏN CƏBHƏDƏ ATƏŞKƏS ELAN OLUNUR
Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edib.
Muxalifet2 - 10-10-2020
"ATƏŞKƏS XALQIN İRADƏSİNƏ VƏ MÖVCUD REALLIĞA TAM ZİDDİR!" - "Biz məyus olmamalı və ruhdan düşməməliyik"
Professor Qulu Məhərrəmli atəşkəs razılaşması ilə bağlı öz fikirlərini yazıb. Muxalifet.az onun açıqlamasını təqdim edir:
"ATƏŞKƏS Azərbaycan xalqının İRADƏSİNƏ və mövcud REALLIĞA tam ziddir. Amma görünür ki, münaqişəni bizə sırımış riyakar Moskvanın da bu məsələdə öz planları var!
Muxalifet2 - 10-10-2020
Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik raketin qalıqlarının görüntüləri - FOTOLAR
Dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.
Muxalifet2 - 10-10-2020
"Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır" - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
"Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır".
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Muxalifet2 - 10-10-2020
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng vurdu - MOSKVA GÖRÜŞÜNÜN DETALLARI...
Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İlər Naziri Ceyhun Bayramovla telefonla danışıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, C.Bayramov Moskvada keçirilən son görüş haqqında M.Çavuşoğluna məlumat verib.
M.Çavuşoğlu isə deyib ki, Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir və dəstəkləyəcək.
Muxalifet2 - 10-10-2020
Düşmənin Qubadlıda yerləşdirdiyi "S-300" idarəetmə sistemi məhv edildi - VİDEO
Azərbaycan Ordusu tərəfindən Qubadlı rayonunda "S-300" idarəetme sistemi məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 10-10-2020