Axtarış
The search found 105715 results in 0.03 seconds.
Search results
Trampın müalicəsinə 100 min dollardan çox xərclənib
ABŞ prezidenti Donald Trampın üç gün ərzində koronavirus infeksiyasından müalicəsi 100 min ABŞ dollarından çox baha başa gəlib.
“Report” xəbər verir ki, bu barədə məlumat “The New York Times” tərəfindən yayımlanıb.
Nəşrin hesablamalara görə, vəsait yeni koronavirus üçün aparılan testlərə, müxtəlif antikor əsaslı dərmanların istifadəsinə xərclənib. Bura onun “Uoltir Red” Tibb Mərkəzində yerləşdirilməsi daxil deyil.
Muxalifet2 - 8-10-2020
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində bir nəfər ölüb - RƏSMİ
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Muxalifet2 - 8-10-2020
Qarabağda separatçıların liderlərindən biri məhv edilib
Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edilib.
Məlumatı “Novosti Armenii - news.am” yayıb.
Bildirilib ki, o, Ermənistan ordusunun tərkibində döyüşürmüş.
Muxalifet2 - 8-10-2020
Prezidentin köməkçisi Ağstafada məhv edilmiş PUA-nın şəkillərini paylaşdı
“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən uğurla məhv edilib. Dron yaşayış yeri ətrafında uçurdu. Xeyli sayda dinc sakinin həyatı xilas edilib. Ermənistanın dövlət terroru davam edir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
Muxalifet2 - 8-10-2020
Ermənilərin atdığı mərmi avtomobilin yanına düşdü - AĞDAM SAKİNİ OLAN QADIN YARALANDI
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Muxalifet2 - 8-10-2020
BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI – “Bu, əsl mənada həmrəylikdir”
27 oktyabr 2020-ci il tarixdə qalacaq Böyük Zəfərin başlanğıcı. Azərbaycan düşmən təxribatına cavab olaraq öz suverenliyi və torpaqlarının azad olunması uğrunda qanuni hərbi əməliyyatlara başladı. Hazırda Dağlıq Qarabaq və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində mübarizəmiz uğurla davam edir. Ön cəbhədə döyüşənAzərbaycan əsgərləri böyük cəsarət və şücaət nümayiş etdirir, ruh yüksəkliyi ilə mübarizə aparır və düşmən tapdağı altında qalmış torpaqlarımızı azad edirlər.
Muxalifet2 - 8-10-2020
Gecə döyüşləri zamanı düşmənə endirilən artilleriya zərbələri - VİDEO
Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayıb.
Muxalifet.az həmin görüntünü təqdim edir.
Muxalifet2 - 8-10-2020
Düşmənin daha bir hərbçisi ələ keçirildi - FOTO
Azərbaycan Ordusu daha bir düşmən hərbçisini ələ keçirilib.
Muxalifet.az xəbər verir ki, ələ keçirilən erməni hərbçi - Narek Qarik oğlu Amirzanyanın fotosunu təqdim edir.
Muxalifet2 - 8-10-2020
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 7 mülki şəxs yaralanıb - RƏSMİ
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə səhər saat 10 radələrindən başlayaraq Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutmuşdur.
Muxalifet2 - 8-10-2020
Paşinyan DTX rəhbərini işdən azad etdi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kyaramyan vəzifəsindən azad edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı baş nazir Nikol Paşinyanın təklifinə əsasən müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, Arqişti Kyaramyan bu vəzifəyə keçən ilin aprel ayında təyin olunmuşdu.
Muxalifet2 - 8-10-2020
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır" - Peskov
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ məsələsi üzrə üçtərəfli görüşü hələ ki planlaşdırılmır".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin döyüşlərin Ermənistan ərazisində getmədiyini vurğulamışdı.
Muxalifet2 - 8-10-2020
“Ermənistanın qətliamları qarşısında susanlar ikiüzlüdürlər” - HULUSİ AKAR
“Azərbaycan ərazilərinin işğalına səs çıxarmayanların atəşkəs çağırışı yerinə Ermənistanın Qarabağı tərk etməsini təmin etmələri doğru olacaq”.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.
“Ermənistanın Qarabağı işğalı və dinc əhalini qətliam etməsi qarşısında susqun qalanların sərgilədiyi mövqe ikiüzlülükdür”, - nazir vurğulayıb.
Muxalifet2 - 8-10-2020
“Mardakert (Ağdərə) qanlı sıyığa dönüb, hər şey yanır, minlərlə ölü var...” - XANKƏNDİNƏ QAÇAN ERMƏNİ ƏSGƏRİ
Rusiyanın ZNAK.COM saytında Qarabağda gedən əməliyyatlarla bağlı yazı reportaj dərc olunub. Reportajda ermənilərin Qarabağda, xüsusən Xankəndində ağır duruma düşdüyü əksini tapır.
Reportajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.
Muxalifet2 - 8-10-2020
Ermənistan XİN Qarabağ həqiqətlərini yazan jurnalistin akkreditasiyasını ləğv edib
Ermənistan XİN işğal altındakı Dağlıq Qarabağ bölgəsinə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün ezam olunmuş "Novaya Qazeta"nın əməkdaşı İlya Azara verdiyi akkreditasiyanı ləğv edib.
"Report" xəbər verir ki, bu barədə jurnalist öz "Facebook" səhifəsində paylaşım edib:
Muxalifet2 - 8-10-2020
DÜŞMƏNİN HƏRBİ KOLONU və ZİREHLİ TEXNİKALARI MƏHV EDİLDİ - VİDEOLAR / Yenilənib
Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
***
Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv olunub.
Muxalifet2 - 8-10-2020
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA / VİDEO
"Ötən müddət ərzində Ordumuzun qətiyyətli əks-hücum əməliyyatı davam edib”.
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, düşmənin daha 10-dək tankı, 30-dək avtomobil texnikası və xeylis ayda canlı qüvvəsi məhv edilib:
Muxalifet2 - 8-10-2020
"Şuşaya kim gedəcəksə, sözün əsl mənasında, qəhrəman olacaq"
Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, əslən Şuşadan olan Fərhad Bədəlbəyli “Azadlıq” radiosuna müsahibə verib.
Muxalifet.az müsahibəni oxucularına təqdim edir:
– Fərhad müəllim, Sizin bir arzunuz vardı, Şuşada məktəb açmaq. Bu arzunun reallaşmasına, deyəsən, az qalır? Beləmi hiss edirsiniz?
– İnşallah. Mənim də sponsorum var, mənə bir milyon dollar verəcəyinə söz verib. Bir milyonum var.
Muxalifet2 - 8-10-2020
Putin Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Moskvaya dəvət etdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.
Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.
Muxalifet2 - 9-10-2020
Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmır
İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bildirib.
O, hərbi qulluqçuların orduya "qısa" müddətdə qayıtdığını vurğulayaraq, bunu tibb işçilərinin “fədakarlığı” ilə əlaqələndirib.
Muxalifet2 - 9-10-2020
Separatçılar ermənilərin yarısının Qarabağdan qaçdığını təsdiqlədilər
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın "nümayəndəsi" Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib.
Bu barədə xarici mətbuat xəbər verir.
Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O, bunu hərbi əməliyyatlarla əlaqələndirib.
Muxalifet2 - 9-10-2020