Axtarış

The search found 105712 results in 0.03 seconds.

Search results

  1. Düşmənin 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edildi - RƏSMİ

    Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

    Muxalifet2 - 5-10-2020

  2. Separatçılar Azərbaycan torpaqlarını tərk edir - PAQOSYAN AÇIQLADI

    Separatçılar Ermənistan hərbçilərinin işğal altında olan torpaqların bir hissəsini tərk etdiklərini təsdiqləyib.

    “Report” “Aysor”a istinadən xəbər verir ki, bunu separatçıların "nümayəndəsi" Vaqram Poqosyan bildirib.

    O, artıq qurban verməkdən və itkilərdən yayınmaq üçün bölgələri tərk etdiklərini etiraf edib.

    Muxalifet2 - 5-10-2020

  3. Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçdı

    Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

    Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.

    Muxalifet2 - 5-10-2020

  4. İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Muxalifet4 - 6-10-2020

  5. Ermənistanın “Ujas” ləqəbli polkovniki məhv edildi - FOTO

    İşğalçı Ermənistan silahlı qüvvələrinin daha bir polkovnik-leytenantı Artur Qalstyan Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilib.

    Muxalifet4 - 6-10-2020

  6. Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb

    Sentyabrın 27-dən oktyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

    Muxalifet4 - 6-10-2020

  7. Sabiq prezidenti həbsdən azad edən etirazçılar meriya binasını ələ keçirdilər - YARALILARIN SAYI ARTIR

    Qırğızıstanda baş verən qarşıdurmalar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.

    TASS-ın məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb. 

    "Onlardan 150-i xəstəxanalara yerləşdirilib", - deyə xəbərdə bildirilir. Qarışıqlıqlar zamanı həmçinin 1 nəfər öldürülüb.

    Məlumata görə, paytaxt Bişkekdə etirazçılar meriyanın binasını ələ keçiriblər. Şəhər meri Aziz Surakmatov "24.kg" agentliyinə açıqlamasında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatı açıqlanmır.

    Muxalifet4 - 6-10-2020

  8. Qırğız Respublikasında etimad hökumətinin yaradılması təklif edilir

    Qırğız Respublikasının keçmiş baş naziri Temir Sariyev mövcud Nazirlər Kabineti üzvlərinin istefasını, yeni etimad hökumətinin qurulmasını təklif edib.

    “Report” xəbər verir ki, məlumatı “24.kg” agentliyi yayıb.

    Onun sözlərinə görə, yeni hökumət təsdiqlənəndən sonra parlamentlə birlikdə prezidentin məsələsi müzakirə edilməlidir:

    Muxalifet4 - 6-10-2020

  9. “Nar” cəbhə bölgəsindəki abunəçilərinə 100 dəqiqə və 100 SMS hədiyyə edib

    “Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib. Mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları kəsintisiz rabitə ilə  təmin etməkdir.

    Muxalifet4 - 6-10-2020

  10. Milli Məclis Suqovuşanın tarixi adının bərpa edilməsini təsdiqlədi

    "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

    Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.  

    Muxalifet4 - 6-10-2020

  11. Ermənilər Ağdama yenidən mərmi atdı - BƏZİ OBYEKTLƏRƏ ZİYAN DƏYDİ / Fotolar

    Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir. 

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

    Düşmən yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.

    Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

    Muxalifet4 - 6-10-2020

  12. "Can Azərbaycandakı qardaşlarımıza dəstək göstərmək üçün Bakıdayıq" - TÜRKİYƏNİN XİN RƏHBƏRİ

    “Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini göstərmək üçün Bakıdayıq”.

    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də yazıb.

    Muxalifet4 - 6-10-2020

  13. "Biz “Amnesty International”ın bu açıqlamasını rədd edirik" - PREZİDENTİN KÖMƏKÇİSİ

    “Amnesty International” bir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi”.

    Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Amnesty International”un Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də törətdiyi hərbi təcavüzlə əlaqədar tamamilə həqiqətdən uzaq açıqlaması ilə bağlı şərhində deyib.

    Muxalifet4 - 6-10-2020

  14. “Azərbaycan ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...” - TÜRKİYƏLİ EKSPERT

    Türkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ “Yeni Şafak” qəzetinə müsahibəsində Azərbaycan ordusunun Qarabağda döyüş əməliyyatlarını şərh edib. Onun sözlərinə görə, Azərbaycan ordusu həm əməliyyatın planlaşdırılması, həm icra edilməsi mərhələsini çox uğurlu şəkildə həyata keçirir.

    Muxalifet4 - 6-10-2020

  15. "AZƏRBAYCAN ORDUSU ÇOX QISA MÜDDƏTDƏ XANKƏNDİNƏ ÇATACAQ!" - Azərbaycan əsgərləri Türkiyə telekanalının canlı yayımında / VİDEO

    Azərbaycan əsgərləri Bərdə şəhərindən Türkiyənin “A HBR” xəbər kanalından canlı yayıma qoşulub.

    Canlı yayımda bütün işğal edilən ərazilərini erməni terrorçularından azad etmək üçün mübarizəyə hazır olan hərbçilərimiz “Qarabağ bizimdir, bizim olacaq”, “Biz zəfər çalacağıq”, “Qələbə bizimdir” kimi şüarlar səsləndiriblər.

    Azərbaycan hərbçilərinin yüksək əhval-ruhiyyəsi, mübarizə əzmi videoda əks olunur.

    Muxalifet4 - 6-10-2020

  16. ORDUMUZ 250-yə YAXIN ERMƏNİ HƏRBÇİSİNİ ƏSİR GÖTÜRÜB! - Düşmən cəbhə boyu darmadağın edilir / VİDEO

    Ermənistan silahlı birləşmələri artıq Azərbaycan Ordusuna müqavimət göstərə bilmir. Müdafiə Nazirliyinin yaydığı kadrlardan görünür ki, düşmən silah və hərbi texnikanı ataraq qaçır, nəticədə külli miqdarda hərbi qənimət ələ keçirilir.

    "AzPolitika.info"-nun məlumatına görə, günün nailiyyətləri təkcə bununla bitmir, düşmənin möhkəmləndirilmiş mövqeləri artilleriya atəşi ilə darmadağın edilir, Azərbaycanın yaşayış bölgələrinə atəş açılan mövqelər susdurulur.

    Muxalifet4 - 6-10-2020

  17. “Problem yalnız Ermənistan çəkiləndən sonra çözüləcək” - Türkiyə XİN başçısı

    “Bu, dondurulmuş bir ixtilaf (münqaişə) idi. Daha doğrusu, həlli dondurulmuş bir ixtilaf idi. Bu problemin qısa bir zamanda həlli mümkündürmü? Bəli, Ermənistan geri çəkilsə, mümkündür”.

    “Report” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

    “Bu problemin kökündən həlli üçün Ermənistan Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın işğal altında olan torpaqlarından çıxması ilə bağlı konkret addım atmalıdır”, - nazir əlavə edib.

    Muxalifet4 - 6-10-2020

  18. Türkiyə sakinləri Azərbaycanı dəstəkləmək üçün küçələrə çıxdılar - FOTO

    Türkiyənin bir çox vilayətlərində Azərbaycanın, torpaqlarının erməni işğalından azad olunması istiqamətində səylərinə dəstək tədbirləri davam etdirilir.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiya İstanbul, Antalya, Sivas, Ədirnə, Elazığ,  Ərzurum və digər əyalətlərdə keçirilib.

    Aksiya iştirakçıları Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərdə şəhərlərin mərkəzi küçələri ilə hərəkət ediblər. Onlar "Qarabağ bizimdir, bizim olacaq!» şüarı səsləndiriblər.

    Muxalifet4 - 6-10-2020

  19. Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu - 2 NƏFƏR DƏ ÖLDÜ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
     
    İndiyədək ölkədə ümumilikdə 40 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib, aktiv xəstə sayı 1 618 nəfərdir.
     

    Muxalifet4 - 6-10-2020

  20. Ermənistan Azərbaycanın üç rayonunu atəşə tutdu

    Ermənistan silahlı qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 6-10-2020

Pages