Axtarış
The search found 105712 results in 0.03 seconds.
Search results
“Hərbi əməliyyatlar Azərbaycan ərazilərində aparılır” - Latviyanın müdafiə naziri / VİDEO
Latviya Respublikası Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks “RigaTV24” telekanalına müsahibəsində hazırda Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatlara da toxunub.
Muxalifet2 - 3-10-2020
Erməni hərbçilər döyüşdən qaçır, QADINLAR MÜHARİBƏYƏ GÖNDƏRİLİR - Foto
Xəbər verdiyimiz kimi, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində böyük itki ilə üzləşən Ermənistan hərbçiləri kəskin əsgər çatışmazlığı şəraitində qadınları da cəbhəyə göndərir.
Artıq bir qrup qadının cəbhəyə göndərilməsi ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
Muxalifet2 - 3-10-2020
AZƏRBAYCAN ORDUSUNDAN NÖVBƏTİ MÖHTƏŞƏM UĞUR!- Madagiz işğaldan azad olundu
Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb: "Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!"
Muxalifet2 - 3-10-2020
Prezident Madagizin işğaldan azad olunması münasibətilə hərbçilərimizi təbrik etdi
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Muxalifet2 - 3-10-2020
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Muxalifet4 - 3-10-2020
"Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır" - PREZİDENT
"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.
Muxalifet4 - 3-10-2020
Azərbaycan Ordusu ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi
Cəbhədə gərgin döyüşlər davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb.
Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını - 4 "KamAZ" və 1 "QAZ-54" markalı avtomobil hərbi qənimət kimi ələ keçirib.
Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.
Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.
Muxalifet4 - 3-10-2020
“Hədəfimiz tək Madagiz deyil…” - HİKMƏT HƏSƏNOV
Hədəfimiz tək Madagiz deyil. Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunması, işğalda olan torpaqlarımızın azad edilməsi, problemin birdəfəlik olaraq həll olunmasıdır.
Muxalifet.az bildirir ki, bunu Madagizi işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənov AzTV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, əsgərlərimizdə döyüş ruhu yüksək səviyyədədir: "Hamısı Vətən üçün öldürməyə, torpaqları azad etməyə hazırdırlar və bunu edirlər".
Muxalifet4 - 3-10-2020
Ordumuzun qələbəsi Bakıda qeyd olunur - FOTO/VİDEO
Azərbaycan Ordusunun möhtəşəm qələbəsi - Suqovuşanın düşmən tapdağından azad olması hər bir vətəndaşın böyük sevincinə səbəb olub.
Paytaxt Bakıda bu xəbər böyük coşqu ilə qarşılanıb. Şəhər sakinləri əllərində üçrəngli bayrağımız küçələrə axışıblar. İnsanlar şüarlar səsləndirir, bu qələbə münasibətilə bir-birini təbrik edirlər.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 3-10-2020
Bu gün bir sıra kəndlərimiz işğaldan azad edildi - SİYAHI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Twitter" bu gün işğaldan edilən ərazilərlə bağlı paylaşım edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı yazıb:
Muxalifet2 - 3-10-2020
İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRİMİZ - Müdafiə Nazirliyi təqdim edir / VİDEO
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı işğaldan azad edilmiş ərazilərimizdən yeni video görüntülər paylaşıb.
Həmin videoları təqdim edirik:
Muxalifet2 - 3-10-2020
Müdafiə Nazirliyindən işğaldan azad olunan ərazilərlə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib.
Muxalifet.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Muxalifet2 - 4-10-2020
Bakı sakinləri kəndlərimizin işğaldan azad edilməsini sevinclə qarşıladı
Azərbaycan Ordusunun bu gün bir sıra kəndləri erməni işğalından azad etməsi paytaxt sakinləri arasında sevinc hissi ilə qarşılanıb.
Sakinlər Azərbaycan bayraqları ilə küçələrə axışaraq Ordumuzun qələbəsini qeyd edirlər.
Qeyd edək ki, bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib./report
Muxalifet2 - 3-10-2020
Ermənilər Gəncəni raket atəşinə tutub - RƏSMİ AÇIQLAMA
Düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Muxalifet4 - 4-10-2020
Ermənistan ərazindən Gəncə raket atəşinə tutulub - ÖLƏNLƏR VAR / Yenilənib
Ermənilərin atdığı raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
"Report"un bölgə müxbirinin məlumatına görə, nəticədə ölən və yaralananlar var.
Qeyd edək ki, düşmən silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
Muxalifet4 - 4-10-2020
Düşmənin Gəncədəki hərbi obyektlərimizi vurması barədə məlumat yalandır - RƏSMİ AÇIQLAMA
Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.
Muxalifet4 - 4-10-2020
Azərbaycan Ordusu Cəbrayılı və bir neçə kəndi işğaldan azad etdi - PREZİDENT AÇIQLADI
Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb:
Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
Muxalifet4 - 4-10-2020
Birinci vitse-prezidentdən "Instagram"da Cəbrayıl paylaşımı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Ordusunun Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad etməsi münasibətilə "Instagram"da paylaşım edib.
Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Twitter"də bu gün işğaldan azad edilən ərazilərlə bağlı paylaşım edib.
Dövlət başçısı yazıb:
Muxalifet4 - 4-10-2020
Azerbaycan Konsolosluğu’nda Destek Eylemi! - FOTOLAR
HKP, Ermenistan’ın Azerbaycan’a yönelik saldırısına karşı Azerbaycan Konsolosluğu önünde destek eylem yaptı
Muxalifet4 - 4-10-2020
Gəncədə yaralanan şəxslərin adları açıqlandı - SİYAHI
Azərbaycan Respublikası Baş Prokurorluğu Gəncə şəhəri ərazisinə düşən dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralı olan şəxslərə dair siyahını rəsmi elan edib.
Baş Prokurorluqdan bildirilib ki, Gəncə şəhəri ərazisinə düşən dağıdıcı xasəlli mərmilərin düşdüyü ərazilərdə yaralanan şəxslər aşağıdakılardır:
1. 1988-ci il təvəlüdlü Əsədova Səkinə Həsən qızı
2. 1962-ci il təvəlüdlü Əliyeva Mətanət Fəxrəddin qızı
3. 2004-cü il təvəlüdlü Abdullayev Məleykə Tapdıq qızı
4. 1958-ci il təvəlüdlü Qasımova İradə Cəmil qızı
Muxalifet4 - 4-10-2020